Hamiləlik məlumatları

Usaq sagda terpenirse

Usaq sagda terpenirse bu uşağın cinsiyyətindən xəbər verilməsi ilə bağlı bir işarə olduğu düşünülür. Bəs doğrudanmı belədir? Gəlin tanış olaq.

Bir qadının yaşaya biləcəyi ən gözəl duyğulardan biri hamiləlikdir. Kimisi bu periodu daha asan, kimisi isə çətin keçirir. Qadınların hamiləlik periodunda ən çox həyəcanla gözlədiyi zamanlar uşağın hərəkətlərini hiss etdikləri zamandır. Bu kiçik zərbələr hamiləliyin ən həyəcanlı anlarından biridir. Ana ilə körpə arasında xüsusi ünsiyyəti təmin edən və körpələrin xarici dünya ilə yeganə ünsiyyət üsulu olan zərbələr həqiqətən bizə nəsə deyə bilərmi? Hələ görüb toxunmadığınız və səsini eşitmədiyiniz körpənin tərpənişləri onun sizin sözlərinizə, duyğularınıza verdikləri cavablar hesab olunur. Körpələr hamiləliyin 12-ci həftəsindən başlayaraq təpik atmağa başlayırlar. Onların hər hərəkətinin bizə bir mesaj vermək istədikləri söylənilir.

Körpənin Hərəkətləri Bətnində İlk Nə Zaman Olur?

Qadınlar hamilə olduqlarını bildikləri andan etibarən dölün inkişafını izləməyə başlayırlar. İnternet üzərindən araşdırmalar aparır, kitablar oxuyaraq özlərini inkişaf etdirir, hamilələlik periodunu həkimin məsləhəti ilə tam sağlam şəkildə keçirməyə çalışırlar. Hamiləliyin 7-ci həftəsindən döl artıq böyüməyə və inkişaf etməyə başlayır. 7-ci həftəsdən etibarən dölün kiçik hərəkətləri müşahidə olunur. İlk ürək döyüntüsünü də bu həftədən eşidə bilərsiniz. 13-16 həftələr arasında körpənizin ilk hərəkətləri meydana gəlməyə başlayır. Və siz bu hərəkətlənməni hiss edə biləcəksiniz.

16-24-cü həftələr arasında körpə hərəkətlərinin tam şəkildə ana tərəfindən hiss olunduğu dövrdür. O, əsasən əlini və ya qolunu və ya bədənini hərəkət etdirməyə başlayır. Bu kiçik hərəkətlərin başlaması ilə hamiləliyinizi real olaraq hiss etməyə başladığınız ilk dövrə daxil olursunuz.

Bu həyəcanlı və aktiv proses orta hesabla 36-cı həftəyə qədər davam edir. Bu həftələrdə körpə ana bətnində yerləşdikcə və kifayət qədər böyüdükcə içindəki kisəsi daralır və hərəkətləri daha az olur. Hərəkətlərin azalması isə bir çox hallarda ilk hamiləlik yaşayan qadınların narahatlığına səbəb olur. Lakin bu çox normal haldır. Hərəkətlərdə azalma olsa da, hərəkətin intensivliyi artır. Həmin filmlərdə gördüyünüz səhnələr bu həftələrdə baş verməyə başlayır.

UŞAĞIN ANA BƏTNİNDƏ HƏRƏKƏT ETMƏSİ ÜÇÜN NƏ ETMƏK OLAR?

Körpənin hərəkətləri tam olaraq 16-cı həftədən etibarən hiss edilir. Bəzən hərəkətlər yavalaşaya bilər. Ana daimi olaraq körpəsinin hərəkətlərini hiss etmək istəyir. Belə olduqda rahatlayır. Bəs körpənin hərəkətlərini hiss etməyinizə kömək edəcək vasitələrin olduğunu bilirdinizmi?

Bir stəkan portağal suyu və ya süd içdiyiniz zaman həzm sisteminiz aktivləşəcə və körpəyə müsbət təsir göstərəcəkdir.

Qarnınıza  yüngülcə toxunmaq və onu əzizləmək körpənizə stimullaşdırıcı təsir göstərəcəkdir.

Yüksək enerjili qidalar qəbul edə bilərsiniz. Lakin bunu daimi olaraq etməyin.

Əgər hərəkət sayı az hiss olunursa, siz şokolad da yeyə bilərsiniz. Qısa müddətə onun hərəkətləndiyini hiss edəcəksiniz. Lakin şokolad da çox istifadə olunmamalıdır.

Unutayın ki, əgər körpəniz həddindən artıq hərəkətlidirsə, təpik sayı çoxdursa, bu o deməkdir ki, o kifayət qədər oksigen qəbul edir və amniotik mayesinin yerindədir.

Usaq sagda terpenirse

Usaq sagda terpenirse bu onun cinsiyyətinin qız olacağına işarə olunur. Tibb daha yaxşı inkişaf etmədiyi dövrlərdə, ultrases müayinəsinin olmadığı zamanlarda insanlar uşağın cinsiyyətini müəyyən etmək üçün müxtəlif inanclara inanırdılar. Bir çox qadın təcrübəsindən yola çıxaraq hamiləlik zamanı baş verənlərə əsasən uşağın qız və ya oğlan olacağından xəbər verirdilər. Uşağın sağ tərəfdə tərpənməsi də bu inanclardan biri idi.  Tibbi cəhətdən bu inancların doğruluğu təsdiq olunmasa da, hələ də bu kimi şeylərə inan kifayət qədər çox sayda insan vardır.

Qadınlar ana olacaqlarını bildikdən dərhal sonra körpələrinin cinsini öyrənməyə can atırlar. Körpənin oğlan və ya qız olduğunu göstərdiyinə inanılan əlamətlər bunlardır ;

  • Körpənin cinsiyyətini müəyyən edən inanclardan biri ananın qarnının formasıdır. Ananın qarnı sivri olsa, körpənin oğlan, yastı olsa, qız olacağına inanılır.
  • Hormonal balansın dəyişməsi səbəbindən dəridə sızanaqların görünməsi. Dərisindəki sızanaq körpələnin oğlan olacağına işarə olunur.
  • Əgər göbək yuxarı olarsa, körpənin qız olacağı, göbək aşağıda olarsa, körpənin oğlan olacağı düşünülür.
  • Körpənin şirin istəyi varsa, körpənin oğlan, turş həvəsi varsa, körpənin qız olacağı düşünülür.
  • Körpənin cinsiyyətini öyrənmək üçün evdə tətbiq oluna biləcək üsullar da vardır. Ananın xəbəri olmadan iki fərqli yastığın altına qayçı və bıçaq qoyulur. Ananın bu iki yastıqdan birinə əyləşir. Əgər yastığın altında qayçı varsa, körpə qız, bıçaq varsa, körpə oğlan hesab olunur.
  • Hamiləlik zamanı çox qadında ürək bulanma, qusma kimi hallar yaşanır. Əgər ürək bulanması yüksək olarsa, körpə qız, az olarsa, oğlan uşağı olacağına inanılır.
  • Hamiləlik dövründə saçların normaldan daha sürətli uzanması oğlan, daha yavaş uzanma olarsa, qız olacağına inanılır.
  • Hamiləlik dövründə ananın məmə ucunda çox qara ləkələr olarsa, körpənin oğlan, az olarsa və ya heç olmazsa, körpənin qız olacağı düşünülür.
  • Cinsiyyət təfsiri də körpənin ürək döyüntüsünə görə edilir. Körpənin ürək döyüntüsü 140-dan yuxarı olarsa, qız, 140-dan aşağı olarsa, oğlan uşağı olacağına inanılır.
  • Cəmiyyət arasında cinsiyyətin müəyyən edilməsinin başqa bir üsulu isə anaların xarici görünüşüdür. Hamiləlik zamanı ana daha da gözəlləşərsə, oğlu, əksi olarsa, qızının olacağına inanılır. 
  • Ananın hamiləlik ayı ərzində omba nahiyəsindən kökəldiyi təqdirdə körpənin qız, qarın nahiyəsindən kökəldiyi təqdirdə isə oğlan olacağı düşünülür.
Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button