ÜmumiHamiləlik məlumatları

Hamilə qalmaq üçün qida reseptleri

“Övlad evin bəzəyidir”. Bu deyim təsadüfən yaranmayıb. Ailə qurduqdan sonra hər kəs xoşbəxt ailə tablosunu tamamlamaq üçün övladının olmasını çox istəyir. Bu arzunun reallaşmasına bir çox amillər də müsbət təsir edir, məsələn çoxlu E vitamini qəbul etmək kimi…

Valideyn olmaq üçün orqanizmin antioksidantlarla zəngin olması vacib amillərdəndir. Aparılan araşdırmalara görə, oqanizmi antioksidant və sinklə zəngin olan cütlüklərin ana-ata olma şansı 30 % daha yüksəkdir.

Hər 20 kişidən birində rast gəlinən sonsuzluq problemin 80 %-nin oksidativ stresdən qaynaqlandığı və bunun da sperma hüceyrələrinin həm sayına, həm də keyfiyyətinə mənfi təsir etdiyi məlumdur. Antioksidanlar isə hüceyrə metobolizmasının sağlamlığını təmin edir.  

Onu da qeyd edək ki, antioksidantın ən əsas mənbəyi E vitaminidir. O hormonların, xüsusən cinsiyyət hormonunun sintezini gücləndirərək, insanların və heyvanların balavermə qabiliyyətini artırır. Həmçinin bu vitaminə “Gözəllik və cavanlıq vitamini” də deyilir. Ona ən çox dana ətində, kərə yağında, yumurta sarısında, həmçinin ispanaq, brokkoli, fındıq və badamda rast gəlinir. Amma E vitamininin ən böyük qaynağı buğda unudur. Günəbaxan tumu və yağı, küncüt, qızılbalıq, kök də bura daxildir. Daha az miqdarda isə babanın, pomidorun, qozun tərkibində var.

E vitamininin mənbəyi olan reseptləri Sizə təqdim edirik: 

Brokkoli salatı

  • Brokkoli – yarım baş;
  • Şirin bolqar bibəri – 2 ədəd;
  • Çəyirdəyi çıxarılmış zeytun – 0,5 st.;
  • Sirkə – 1 ç/q.;
  • Zeytun yağı – 2 x/q.;
  • Bərk pendir – 100 qr.;
  • Duz.

Hazırlanması:

Brokkolini yaxşıca yuyub, “kiçik başlara” ayırmaq lazımdır. Bu zaman ərzində qazanda su qoyub, duz əlavə edib, onu qaynadırıq. Su qaynayan kimi brokkoliləri əlavə edib, 3 dəqiqə bişirik. Sonra onları qaynar sudan çıxarıb, üzərinə soyuq su gəzdirib, kənara qoyuruq.

Brokkolilər soyuyana kimi salatın digər ərzaqlarını hazırlayırıq. Şirin bibərləri doğrayırıq.   Çalışmaq lazımdır ki, bibərlərdən biri sarı, digəri yaşıl olsun ki, salat gözəl görünsün. Zeytunların hər birini ortadan bölürük. Pendiri sürtgəcdən keçirik. Sonra brokkolinin “başlarını” 2 yerə bölürük. Üzərinə salatın bütün inqredientlərini əlavə edib, zeytun yağı, limon şirəsi və duz vururuq. Yaxşıca qarışdırdıqdan sonra 15 dəqiqə soyuducuda saxlayıb, süfrəyə veririk. Yaxşı olar ki, brokkoli salatı balıq yeməkləri ilə təqdim edilsin. Bu həm onun dadını, həm də faydasını artırar.

Qızılbalıq qovurması

Ərzaqlar:

  • Qızılbalıq filesi – 200 qr;
  • Soğan – yarım baş;
  • Sarımsaq – 2 diş;
  • Qırmızı bibər – yarım dənə;
  • Sarı bibər – yarım dənə;
  • Yaşıl bibər – yarım dənə;
  • Günəbaxan yağı – 1 x/1.;
  • Duz – istiot.

Hazırlanması:

Soğan və sarımsaq xırda-xırda doğranılır, yağda azca qızardılır. Bibərləri də kub formasında doğrayıb, tavaya əlavə edirsiniz. Balıq filesini də doğrayıb, tavada qızardın, duz-istiot vurub, üzərinə göyərti səpin. İstəyə görə bəzəyib, masaya təqdim edin.

Dana ətindən qulyaş

Ərzaqlar:

  • Dana əti (xırda-xırda doğranmış) – 500 qr.;
  • Baş soğan – 1 ədəd;
  • Sarımsaq – 2 diş;
  • Duru yağ – 0,5 st.;
  • Un – 1 x/q;
  • Tomat – 2 x/q.;
  • Kəklikotu;
  • Cirə;
  • Duz;
  • İstiot.

Hazırlanması:

Doğranmış ətləri qazanda yaxşıca bişirin. Digər tərəfdə isə soğan və sarımsağı xırda-xırda doğrayıb, duru yağda tavada qızardın. Sonra tomatı əlavə edib, qarışdırın. Ən sonda unu töküb, 1-2 dəqiqə qovurun. Sonra əti 1,5 st. su ilə tavaya əlavə edin. Ədviyyatları, həmçinin duz-istiotunu da vurub, 1-2 dəqiqə bütün təamların dadı qarışana kimi bişirin və oddan götürün. Dana qulyaşı spagetti ilə, kartof püresi ilə masaya təqdim edilə bilər. Çox dadlıdır. Nuş olsun!

Qeyd edək ki, sizə təqdim etdiyimiz bu 3 reseptdə bir neçə ərzaq E vitamini mənbəyidir. Bol-bol hazırlayıb yeyin ki, sağlam və gümrah olasınız. Həmçinin valideyn olmaq şansınız da artsın!

Aygün Quliyeva_analar.az

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button