Hamiləlik məlumatları

Cinsiyyet hesablama metodlari

Cinsiyyet hesablama metodlari çoxdur. Hər bir hamilə qadının marağını çəkən üsullardan biri də Çin və Rus təqviminə əsasən hesablanan cinisyyət metodlarıdır. Bir çox saytlarda hazır şəkildə bir neçə tarixi qeyd etməklə sayt avtomatik cinsiyyəti hesablayıb göstərir. Bu işi peşəkar şəkildə görənlər də vardır ki, ödənişli şəkildə cinisyyəti hesablayır və 80-90% düzgünlüyə zəmanət verirlər.

Çin təqvimi nədir?

  • Çin təqvimi Günəş və Ayın hərəkətləri nəzərə alınmaqla hazırlanır.
  • Çinin 1945-ci ilə qədər istifadə etdiyi bu təqvim artıq rəsmi olaraq istifadə edilmir.
  • İstifadə etdiyimiz Qriqorian Təqvimində cinisyyət hesablamaq kimi xüsusiyyət olmadığı üçün körpənin cinsiyyətini təxmin etmək mümkün olmur.
  • Çin Təqvimi heyvanların adları ilə adlandırılan 12 illik dövrlərdən ibarətdir və hər dövr 5 dəfə təkrarlanır. Buna görə Çin təqvimi 60 il davam edən dövrlərdən ibarətdir.
  • Həmçinin Çin təqvimində 1 il cəmi 354 gündən ibarətdir. 1 ilin istifadə etdiyimiz təqvimdən 11 gün qısa olması Çin təqviminə görə cinsi hesablamağı çətinləşdirir.
  • Bəzi illərdə ilin sonuna sıçrayış günləri adlanan 11 günlük zaman dövrləri əlavə edilərək, həmin ilin günlərinin sayı 384-ə çatdırılır.

Çin Təqvimi nəticələrinin 85% dəqiq olduğunu söylənilir. Lakin qeyd edək ki,  körpənin cinsi ananın yaşından və ya cinsi əlaqə ayından asılı deyil. Yəni təqvimin doğruluq payına çox da inanmaq olmaz.

Yalnız Çin təqviminə əsasən deyil, Rus təqviminə əsasən də cinsiyyət hesablana bilir. Rus təqvimi rusların tez-tez istifadə etdiyi körpə cinsiyyətinin proqnozlaşdırılması üsuludur. Bu təqvimə əsasən hesablama atanın doğum tarixi, ananın doğum tarixi və son menstruasiya məlumatlarından istifadə edərək  hesablanır.

Təbii ki, bu hesablama yalnız körpənizin cinsini təxmin edə bilər, körpənizin cinsini dəqiq bilmək üçün həkiminizlə məsləhətləşməlisiniz.

Oxşar məqalələr:

4.5/5 - (2 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button