Mətbəx

Qargidali salati

Qargidali salati hazırlanması çox asan olan salatlardandır. Gündəlik başqa fərqli dadda nəsə yemək istədikdə, qonağınız gəldikdə tez-bazar hazır edə biləcəyiniz bu salatın resseptini sizinlə paylaşırıq. Qeyd edək ki, qarğıdalı salatı fərqli üsullarla, ərzaqlarla hazırlana bilir. Odur ki, sizə bir ressept deyil, bir neçə ressept təqdim edirik ki, hansını daha çox bəyənsəniz onu hazırlaya biləsiniz. İndidən nuş olsun!

Ressept 1

Sizə lazım olacaq ərzaqlar:

  • 1 banka banka qarğıdalı
  • 3 ədəd kartof
  • 2 ədəd kök
  • 3 ədəd  yumurta
  • 200 qr ət
  • Zeytunlu mayonezi
  • Xörək duzu
  • İstiot

Hazırlanma qaydası:

  1. Qeyd olunan ərzaqlar bişirilir.
  2. Ət didilir.
  3. Kartof, kök, yumurta rəndədən keçirilir.
  4. Daha sonra istənilən forma verilərək mayonez və zövqə görə duz, istiot tökülür.

Ressept 2

Ərzaqlar:

  • 200 qr toyuq filesi
  • 2. Konservləşdirilmiş qarğıdalı
  • 3. Mayonez
  • 4. 3 ədəd xiyar (turşu)
  • 5. 3 ədəd təbii xiyar
  • 6. 3 ədəd pomidor
  • 7. 3 ədəd bibər
  • 8. 3 ədəd yerkökü
  • 9. Şüyüt
  • 10. Duz, istiot

Hazırlanma qaydası belədir:

  1. Bişiriləcək olan kök, toyuq filesi bişirilir.
  2. Daha sonra digər ərzaqlar kub-kub doğranılır. İstəyə görə rəndədən də keçirilə bilər.
  3. Hər bir ərzaq qarışdırılır, üzərinə şüyüd, duz, istiot səpilir, mayonezlə qarışdırılır.

Ressept 3

Ərzaqlar:

  1. 100 q toyuğun döş əti
  2. 100 q holland pendiri
  3. 3 ədəd yumurta
  4. 1 ədəd kök
  5. 3-4 x.q mayonez
  6. Duz
  7. Istiot

Hazırlanma qaydası:

  1. Döş əti, yumurta, kök bişirilir.
  2. Toyuğun əti didilir.
  3. Yumurta və kök rəndələnir yaxud kub şəklində doğranılır.
  4. Digər ərzaqlar da qarışdırılaraq servis olunur.

Ressept 4

Ərzaqlar:

  • 1 balaca banka konserv olunmuş qarğıdalı
  • 1 ədəd alma
  • 2 ədəd pomidor
  • 1 balaca kahı
  • Duz
  • 3-4 x.q zeytun yağı

Hazırlanması:

Hazırlanma qaydası çox asandır.

  • Alma və pomidor kub şəklində doğranılır.
  • Kahı da doğranılaraq üzərinə əlavə olunur.
  • Daha sonra bütün ərzaqlar bir qaba boşaldılıb qarışdırılır.
  • Forma verilərək servis olunur.

Ressept 5

Ərzaqlar:

  • 1 balaca banka qarğıdalı (140 q)
  • 2 ədəd pomidor
  • 2 ədəd xiyar
  • 1 ədəd qırmızı soğan
  • 100 qr ağ pendir
  • 2-3 x.q zeytun yağı
  • Duz
  • İstiot

Hazırlanma qaydası:

  1. Pomidor, xiyar, soğan, pendir doğranılır.
  2. Pendirdən başqa digər ərzaqlar üzərinə zeytun yağı, duz, istiot tökülərək qarışdırılır.
  3. Daha sonra doğranmış pendir əlavə olunur.

Ressept 6

Ərzaqlar:

  • 4  ədəd şirin bibər(4 rəngdə)
  • 300 q toyuğun döş əti
  • 2 ədəd kök
  • 1 ədəd tər xiyar
  • 1 ədəd tutma xiyar
  • 1 kiçik banka konserv olunmuş qarğıdalı
  • 4-5 x.q zeytun yağı
  • Kiçik dəstə şüyüd
  • Duz
  • Istiot

Hazırlanması:

  1. Toyuğun döş ətini duzlu suda bişiririk. Soyuduqdan sonra nazik uzun hissələrə bölürük.
  2. Kökü də ayrıca qabda suda bişiririk.
  3. Daha sonra digər ərzaqlar da uzun-uzun doğranılıb qarışdırılır.
  4. Üzərinə zövqə görə duz, istiot, zeytun yağı səpilərək forma verilib servis edilir.
Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button