Ümumi

Novruz xoncasi hazirlamaq

Novruz xoncasi hazirlamaq istəyirsinizsə, sizə göstərdiyimiz xonşa nümunələrinə nəzər yetirə bilərsiniz.

Novruz bayramının vacib sayılan atributlarından biri də xonçadır. Xonça il təhvil olanda artıq hazır olmalıdır. Qədim Novruz adəti olan xonça bəzəmək orta əsrlərdən bu yana icra olunur.

Bəs bayram xonçasını necə bəzəyəcəyinizi bilirsinizmi? Novruz xonçası bayram axşamı hazırlanır. Xonçada “s” hərfi ilə başlayan 7 nemətin olması mütləqdir.

Səməni həm də həyatın dirçəlməsi deməkdir. Buna görə də Səmənidən hazırlanan halva 7 evə paylanır. Bayram süfrəsində vacib sayılan, xonçada da mütləq olmalı olan nemətlərdn biri də yumurtadır. Yumurta həyatın, dünyanın yaranışı mənasını daşıyır.

Bayram şirniyyatlarının hərəsinin isə öz mənası vardır. İl təhvil olanda, süfrədə qovurğa və qoz, fındıq da qoyulur. Qovurğa bərəkət, qoz, fındıqsa güc deməkdir.

Novruz xonşasının yaraşığı şamdır. Şam Günəşin yerdəki rəmzi sayılır. Xonçaya ailə üzlərinin sayı qədər şam qoyulur. Şamları ailə başçısı il təhvil olan anda yandırmalı və ailəsinə xeyir-bərəkət arzulamalıdır.

Bayram başa çatandan sonra düz 13-cü gündə səməni axar suya buraxılmalıdır.

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button