Ümumi

Su çərşənbəsi mesajları💧

Su çərşənbəsi ilk çərşənbədir. Artıq Novruzun yaxınlaşdığından xəbər verən çərşənbənin qeyd olunması ta qədim zamanlara təsadüf edir. B çərşənbəni “Əzəl çərşənbə”, “Sular Novruzu” adlandırırlar. Bu çərşənbə ərəfəsində su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Hər çərşənbədə insanlar bir-birini təbrik edir, uzaq qohumlar, dostlar mesajlar yollayaraq bayramda xoş diləklərini çatdırırlar. Analar.az olaraq sizlərə ən yeni Su çərşənbəsi mesajlarını təqdim edirik.

Çərşənbə bayramınızı təbrik edirəm. Neçə belə bayramlara çıxasınız. Sizlərə bu bayramda ruzili, bərəkətli və sağlam həyat arzulayıram. Su Çərşənbəniz Mübarək!

Su çərşənbəniz mübarək. Ömrünüz su qədər uzun, saf, təmiz olsun.

Su Çərşənbənizi Təbrik Edirəm. Sizlərə uzun ömür can sağlığı arzu edirəm. Bütün arzularınızın həyata keçməsini arzu edirəm.

Su çərşənbəniz mübarək! Süfrəyə su dağılması aydınlıqdır deyirlər. Süfrəniz daim bərəkətli olsun!

Su olan yerdə dirilik olar. Su çərşənbəniz mübarək olsun.

Od yansın, Yel Əssin, Torpaq Oynasın, Su qışı aparsın yazı gətirsin. Milli nemətimiz paxlava, qoğal qoy bizim ellərə ruzi gətirsin. Su Çərşənbəniz Mübarək!

Su gələr axar,doymaz,
Dağ-daşıyaxar,doymaz.
Gözlərim yar gözünə
Ölüncə baxar,doymaz.

Ömrünüz Su kimi təmiz, saf və uzun olsun. Su Çərşənbəniz Mübarək

Su hıyatda əvəzolunmaz nemətdir. Su kimi əvəzolunmaz olasınız ! Su Çərşənbəniz Mübarək!

Su çərşənbəsi aydınlıq, saflıqla bağlı olduğundan istər istəməz ruhumuza xüsusi təzəlik, təravətlilik gətirir, qəlbimiz aydınlıqla dolur, mənəviyyatımız saflaşır… Çərşənbəniz mübarək!

Yolunuz Su kimi aydın, Arzularınız su kimi saf olsun. Su Çərşənbəniz Mübarək!

Su Çərşənbəniz Mübarək. İlk Çərşənbə xoş xəbərlərin, bol ruzinin müjdəçisi olsun.

Susuz nə ağac, nə bitki, nə də həyat olar. Birinci çərşənbəniz mübarək!

Su olan yerdə dirilik olar. Dörd çərşənbənin ilki olan su çərşənbəniz mübarək

Bu gün Novruzun ilk müjdəçisi – Su Çərşənbəsidir. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir. Birinci Çərşənbəniz Mübarək

Bextiniz su kimi saf, Ömrünüz su qədər uzun olsun. Su Çərşənbəniz Mübarək Olsun

Süfrəniz ruzili, bərəkətli canınız sağlam olsun. Su Çərşənbəniz Mübarək Olsun

Novruza qovuşan dörd çərşənbənin hərəsinin özəl adət və ənənələri var. Su çərşənbəsi aydınlıq,saflıqla bağlı olduğundan istər–istəməz ruhumuza xüsusi təzəlik, təravətlilik gətirir, qəlbimiz aydınlıqla dolur,mənəviyyatımız saflaşır…Su çərşənbəniz mübarək!

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button