Ümumi

Oruc qüsulu necə alınır?

Oruc qusulu nece alinir, oruc tutmadan əvvəl nələrə diqqət etmək lazımdır kimi suallarınızın cavabını saytımızda tapa biləcəksiniz.

Qüsl almaq hər bir müsəlmanın ibadətdən qabaq etməli olduğu əməllərdən biridir. Namaz qılmadan, oruc tutmadan, Quran oxumadan əvvəl qüsl almaq vacib və məsləhət buyrulmuşdur. Orucdan əvvəl qüsl almaq vacib olmasa da sübh namazı üçün qüsullu olmaq vacibdir.

Qüsl bütün bədənin tam şəkildə yuyulub təmizlənməsidir.

Uca Allah buyurur: “Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Yaxınlıq edib natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz”. (əl-Maidə, 6). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: “Üç kəsə mələklər yaxın durmazlar; kafirin cəsədinə, zəfəranlı ətir vurana və cənabət halında olana – dəstəmaz alarsa istisnadır”. (Əbu Davud, 4182).

Allah dərgahında qəbul olunan qüsl iki növdədir:

  1. Vacib qüsl. Vacib qüsl bu şəkildə alınır: İlk əvvəl “Bismilləh” deyib ağız və burun yaxalanır, daha sonra baş və bütün bədən su ilə yuyulur.
  2. Kamil qüsl. Kamil qüsl almaq üçün “bismilləh” deyib əlləri yumaq, sonra cinsiyyət üzvünü yumaq, sonra dəstəmaz almaq lazımdır. Yuyunduqdan sonra üç dəfə başa su töküb əl ilə suyu saçların dibinə qədər çatdırmaq, sonra bədənin qalan yerini üç dəfə yumaq, sonra isə ayaqları yumaq lazımdır.

Bu şəkildə alınan qüsl Peyğəmbərimiz Məhəmmədin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) aldığı şəkildə qüslla eynidir.

Möminlərin anası xanım Hz. Aişə rəvayət edir: “Peyğəmbər (salləllahu aleyhi və səlləm) cənabət qüslü etdikdə əllərini yudu. Sonra sağ əli ilə sol əlinin üzərinə su töküb övrət yerini yudu. Sonra dəstəmaz aldı. Sonra üç dəfə başına su töküb əlləri ilə onu saçlarının dibinə çatdırdı. Sonra bədəninin qalan yerini yudu. Sonra isə ayaqlarını yudu”. (Səhih Muslim, 716).
Qüsl alarkən dillə niyyət etməyi unutmusunuzsa, ancaq fikrinizdə, qəlbinizdə adi çimmək yox, qüsl almağı niyyət etmisinizsə, bu kifayətdir. 

Oruc tutulması qaydası, iftar və imsak duaları, oruc vaxtları kimi digər əsas məlumatları buradan https://analar.az/oruc-dualari/ , https://analar.az/oruc-pozan-hallar/ , oxuya bilərsiniz.

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button