ÜmumiHamiləlik məlumatları

Hamiləliyi necə planlamaq lazımdır?

Hətta körpənin dünyaya gəlişini yalnız və yalnız Allahın qismətii hesab edən cütlüklər belə orqanizmi uşağın gəlişinə hazır etməlidirlər. Gəlin hamiləliyin planlaşdırılması haqqında danışaq. Bəs hamiləliyin planlaşdırılması vaxtı hansı amillər nəzərə alınmalıdır? Qadının yaş: Hamiləlik üçün ən yaxşı vaxtı seçərəkən, ən uğurlu hamiləlik 20-yaşından dən 35-ə yaşa qədər mümkündür. Böyük yaşda isə müxtəlif patologiyaların  inkişaf riski böyükdür.

Qadının çəkisi. Qadının hamiləlikdən öncə çəkisi – hamilənin immunitetinin formalaşmasınıda əhəmiyyətli amilidir. Məlumdur ki, piylənmə, distrofiya və ya distrofiyaya yaxınlaşan vəziyyət uşağın mayalanması üçün ciddi maneə ola bilər.

Müxtəlif xəstəliklər. Ekstraqenital xəstəliklər, cinsiyyət orqanlarının infeksiyaları və immunitet zəifliyi  mayalanma qabiliyyətinə təsir edir. Diqqətəlayiqdir ki, bəzi hallarda isə müalicə vəziyyəti nəinki düzəldə bilməyəcək, hətta daha da ağırlaşdıracaq.

Zərərli mühitin təsiri. Kimyəvi maddələrlə əlaqə, əlverişsiz ekoloji amillər, radiasiyanın müxtəlif növləri ilə  zəhərlənmə, passiv çəkmə, stress vəziyyətləri müəyyən riskə gətirir.

Hamiləliyin planlaşdırılması üzrə tövsiyyələr

Aktiv həyat tərzi qadının orqanizmini hamiləlik zamanı artan yüklənmələrə və doğuşa hazırlayacaq. Qarın nahiyəsinə və kürəyin əzələlərinə Xüsusi diqqəti ayırın.

Zərərli vərdişlərdən imtina (edin. Bu hər iki valideyn üçün məcburidir. Siqaretdən və alkoqolun istifadəsindən mayanmaya qədər 3 ay ərzində qurtulmağa çalışın.

Dərmanların qəbulundan imtina edin.Bu həm hamiləliyə qarşı  hormonal dərmanlardan və antibiotiklərdən imtina edin.

Vitaminlərin gücləndirilmiş qəbulu isə məsləhət görülür. Misal üçün vitamin A, folio turşusu, maqnezium və başqalar son dərəcə əhəmiyyətlilər mikro – və makroelementlər.

Mütləq hərtərəfli tibbi müayinədən keçin. Və bundan sonra həkim sizə ediləcək peyvəndlər və əhəmiyyətli prosedurlar barədə konkret praktik tövsiyələrini verə biləcək. Hamilə qadının düzgün qidalanması üçün yalnız faydalı və təbii ərzaqları daxil edin.  

Səma Abiyeva_analar.az

5/5 - (1 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button