Ümumi

Yel çərşənbəsi haqqında🌪️

Yel çərşəbəsi Novruzun üçüncü çərşənbəsidir. Boz ay bu çərşənbə ilə təslimiyyatın astanasına qədəm qoyur və təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır. Müasir zamanımızda isә Yel çәrşәnbәsi xalqın arasında Külәk çәrşәnbәsi kimi dә çağrılır. Baharın gәlişi ilә havaların dәyişmәsi, durmadan hәzin külәklәrin vә mehlәrin olması insan alәmindә dә müxatәlif dәyişikliklәrә yol açır.
Xüsusәn rayonlarda vә kәndlәrdә yaşayan insanların әkin – biçinindә, onların zәmilәrindә hәzin külәklәrin olması torpağın yavaş – yavaş oyanmasına işarәdir. 

Novruz bayramı gəlişinin xəbərçisi 4 çərşənbədir. Bu çərşənbələr ölkəmizdə böyük təm-təraqlı şəkildə qeyd olunur. Hər çərşənbədən qabaq həyət-baca, ev-eşik təmizlənir, şirniyyatlar bişirilir, dadlı xörəklər hazırlanılır, bayram süfrəsi bəzədilərək ailə süfrə ətrafında toplaşır. Kənd yerlərində isə darvazaların ağzında tonqallar qalanaraq bütün kənd əhli uşaqdan böyüyə ətrafında toplaşırlar.

Ümumiyyәtlә isә inirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilsanlar yelin yәni külәyin insanlara xoş vә şirin tәsürratlar gәtirәcәyini inanırlar. İnama görә bu çәrşәnbәdә oyanan yel, külәk oyanmış suyu, odu hәrәkәtә gәtә bağlı müxtәlif rәvayәt, nәğmә, әfsanә, mif,inanc, mәsәl vә s. yaranmışdır. 

A Yel baba, Yel baba,
Tez gәl, baba, gәl, baba.
Sovur bizim xırmanı,
Atına ver samanı.
Dәn dağılıb dağ olsun,
Yel babamız sağ olsun.
A Yel baba, Yel baba,
Qurban sәnә, gәl baba.

Yelli babam, Yel babam
Yelli babam, Yel babam.
Telli babam, Tel babam.

Elim, günüm batdı gәl,
Çәrpәlәngim yatdı gәl.
Tәknәdә qaldı aşım,
Yatdı dәgirman daşım…

Yelli babam, Yel babam.
Telli babam, Tel babam.
Güllü babam, Gül babam.
Dәrdimi gәl bil babam,
Gәl babam, ay gәl babam!

Dağdan yel әsir yenә,
Sәbrimi kәsdi yenә.
Getdin, mәni eylәdin
Yolunda әsir yenә.

Yel әsәr, toz qoparar,
Ağacdan qoz aparar.
Yellә gәlәn bәlanı,
Yel özü dә aparar.

Digər çərşənbələrdəki kimi Yel çərşənbəsi zamanı da müxtəlif inanclar vardır ki, insanlar ona əməl edirdilər. Günümüzdə bu falları, inancların bir çoxu unudulub təəssüf ki.

Yel əslində, sonuncu çərşənbə olmalı imiş Biz bu gün çərşənbələrin sırasını pozmaqla varlığın fəlsəfəsini, mahiyyətini bir qanunauyğunluq kimi rədd edirik. Yel, hava özündən əvvəlki üç varlığın- su, torpaq və odun hərəkətverici qüvvəsidir, o ən sonuncu gəlir və dirilişi tamamlayır.

Yel çərşənbəsi inancları

  • Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. İnsanlar bu əsən küləklərə görə ilin necə keçəcəyini müəyyənləşdirirdilər.
  •  Yel çәrşәnbәsi gecәsi söyüd ağacının altına gedib niyyәt elә vә Yel babanı çağırardılar. Әgәr Yel babasә sәsi eşidib әssә vә söyüdün budaqlarını torpağa toxundursa, dilәyin yerinә yetəcəyinə inanılırdı.
  • Bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır.
  • Yel baba xırmana gәlmәmişdәn qabaq oradan buğda, dәn götürmәzdilәr. Sovurulmamış buğda götürәnin oğlu ölәcəyinə inanılırdı.

Yel çərşənbəsi adətləri

Yel çərşənbəsinin adətlərindən biri də fallara baxmaq idi. Qız-gəlinlər bu cür falları daha çox edərdilər. Hətta qədimdə qonşu qızlar çərşənbə axşamında bir qızın evində toplaşar, fallar edərdilər.

Çökə falı

Çökə falını demək olar ki, indi edən yoxdur. Çünki bu şirniyyat növü daha demək olar ki, bişirilmir. Şirniyyat şəkərburaya oxşasa da ondan əsaslı dərəcədə fərqlənir. Üzərindəki işarələr qədim xalqımızın mifoloji düşüncəsini özündə əks etdirib. Çökə ilk olaraq evə gələn qonağa verilirdi.

“Yüyət günü”

 Yel çərşənbəsində “yüyət günü”nü mütləq keçirərdilər. Bu gün insanın özü təmizlənməklə yanaşı, ev-eşiyini də səliqəyə salır, həyət-bacasını təmizləyir.

Cıdır falı

Bu falı indi demək olar ki, etmirlər. Çünki dövrün tələbinə uyğun olaraq daha çox insan at saxlamır. Əvvəllər hər kəsin evində at saxlanardı. Gənc oğlanlar at çapar, qılınc oynadardı. Kəndin cavanları cıdıra gedər, hansısa atı ürəyində nişanlayıb niyyət tutardılar. Kimin işarələdiyi at birinci olardısa, o zaman həmin adamın niyyəti yeni ildə gerçəkləşə bilərdi. Atlar daha çox cıdırlarda çapılarda. Hətta el şənlikləri də burada qeyd olunardı. Yel kimi sürətli olan atın sahibini il ərzində bolluq, ruzi gözləyirdi.

Başmaq falı

İlaxır çərşənbə ilə yanaşı digər çərşənbə axşamlarında gənc, subay qızlar evin qapısından arxası həyətə doğru dayanıb sağ çiyin üzərindən başmaq tullayırlar. Əgər başmağın burun tərəfi evə daban tərəfi yola sarı düşərsə deməli, qarşıdakı il həmin qız yenə də bu evdə keçirəcək. Yaxud əksinə olarsa, o zaman çox yaxında ərə gedəcəyinə inanırlar.

5/5 - (3 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button