Ümumi

Ciyelek murebbesi 🍓

Ciyelek murebbesi ən sevilən mürəbbə növlərindən biridir. Uşaqdan böyüyə hər kəsin sevimlisi olan bu mürəbbənin hazırlanma qaydası asandır, lakin ehtiyatlı olmağı tələb edir. İlin istənilən fəsilində ləzzətlə yeyilən çiyələk mürəbbəsi, həm də gözəl görünüşü və rənginə görə süfrələrin bəzəyidir. Sizin üçün ən dadlı çiyələk mürəbbəsi resseptini paylaşırıq.

Sizə lazım olacaq:

  • 1 kq çiyələk
  • 1kq şəkər
  • 100 ml su

Hazırlanma qaydası:

  1. Çiyələklər yuyulur, saplaqlardan təmizlənilir. Yaxşı olardı ki, saplaqları ilə birgə yuyardınız ki, əzilməsin.
  2. Yuyulan çiyələk sudan çıxarıldıqda aşsüzənə yığılır.
  3. qazanın dibinə şəkər tozunun müəyyən hissəsi səpilir. Təmizləndikcə çiyələklər həmin qazana əlavə edilir. Şəkər tozunun üstü örtüldükdə bu proses yenidən təkrarlanır. 
  4. 100 ml. su əlavə edilir.
  5. Qazanın altına dəmir qoyularaq oda vam odda bişirilir.
  6. Şirə alınan kimi qazın xodu artırılır və yüksək qazda bişmə prosesi davam edir. Kəfi yarandıqca yığılır. 
  7. Tövsiyyə olunur ki, qarışdırılmasın, çünki əzilə bilir. Onun yerinə qazanın hər iki tərəfindən tutaraq fırladaraq yerini dəyişə bilərsiniz.  
Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button