Mətbəx

Halva resepti

Halva resepti axtarışında olanlar üçün ən dadlı resseptləri təqdim edirik. Adətən yas mərasimlərində təqdim edilən halva dadlı şirniyyat növlərindən biridir. Bundan əlavə Qurban və Ramazan bayramlarında da halva bişirilir. Siz adi günlərdə də bu şirniyyatdan hazırlaya bilərsiniz.

Ərzaqlar:

  • 1 kq un
  • Yarım kilo kərə yağı

Şərbət üçün:

  • 1 kq şəkər tozu
  • 3 stəkan su
  • 1 çay qaşığı sarıkök
  • Darçın (istəyə görə)

Hazırlanma qaydası:

  • Şərbəti hazırlamaq üçün suya şəkər tozu və sarıkök töküb qaynadın. Mət halında olduqdan sonra ocaqdan götürün.
  • Unun üzərinə su səpib əlinizlə ovxalayın və umac hazırlayın.
  • Sonra bunu xırda gözlü sürtgəcdən keçirin. Ələyib ununu çıxardıqdan sonra umacı quru dəsmalın üzərinə sərib qurudun.
  • Kərə yağını əridin.
  • Umacı qaynar yağın içərisinə töküb taxta qaşıqla tez-tez qarışdırın.
  • Umac sarı-qızılı rəngə çalanda və yağını buraxanda üzərinə qaynar şərbət tökün. Yaxşı qarışdırıb altını söndürün.

Nuş olsun!

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button