Sudle cinsiyyet teyini
Sudle cinsiyyet teyini haqqında məlumatınız varmı? Çox güman ki, bu haqda nənələrinizdən yaxud analarınızdan eşitmisiniz. Lakin tam olaraq necə edəcəyinizi bilmirsiniz. Elə isə ekrana yaxın əyləşin. Sizə sudle cinsiyyet teyini necə olacağını izah edəcəyik.
Keçmişdə uşağın cinsiyyətini təyin etmək üçün müxtəlif üsullardan istifadə olunurdu. Çünki tibb indiki kimi inkişaf etməmişdi. Analığa namizəd olan qadınlar üçün isə uşağın qız və ya oğlan olacağını bilmək çox önəmli, həm də maraqlı idi. Bəs o zamanlar uşağın cinsiyyəti necə təyin olunurdu? Sizin üçün kiçik bir araşdırma etdik və əldə etdiyimiz nəticələri hamilə xanımlarla bölüşürük. Ev şəraitində uşağn cinsiyyətini bu üsullarla təyin edə bilərsiniz.
Süd ilə cinsiyyətin təyin olunması
Südlə cinsiyyət təyin etmək istəyən hamilə xanımların müəyyən aydan sonra artıq sinələri şişməyə və giləni sıxdıqda süd kimi maye axmağa başlayır. Hamilə qadınlar döşündən gələn süd kimi, lakin daha sarı rəngli mayeni bir stəkan suya tökür və alınan nəticəyə görə körpənin cinsiyyətini müəyyən etməyə çalışırdılar. Körpənin cinsiyyətini anlamaq üçün döşdən çıxan maye suya damladılırdı və həmin maye suyun səthində qalırdısa, bu, körpənin oğlan olması, əks halda isə qız olması demək idi.
Üzüklə cinsiyyət təyini
Bu üsula çox inanılır. Üzük uzun ipə bağlanır və ananın qarnına asılaraq yellədilidi. Üzük sağa-sola və ya irəli-geri yellənirdisə, bu, körpənin oğlan olacağı demək idi. Əgər üzük bir dairədə dönsə idi, o zaman körpənin qız olacağına inanılırdı.
Soda ilə cinsiyyətin təyini
Bu üsulu sınamaq üçün sizə su və soda lazım olacaq. Bir stəkan suyu götürün və içərisinə 2 və ya 3 xörək qaşığı soda tökün. Daha sonra bu qarışığın üzərinə bir neçə damcı sidiyi damladın. Əgər yuxarıya doğru fışqıran baloncuklarınız varsa, sizin bir oğlunuz olacaq deməkdir. Yox əgər kiçik bir reaksiya varsa, soda çox qabarmırsa, o zaman qız anası olacaqsınız.
Yağ testi
Hamilə qadınların keçmişdəsınadığı üsullardan biri də yağ testi idi. Bu yolla onlar uşağın cinsiyyətini təyin etməyə çalışırdılar. Bu testə görə qarının ən çox şişən yerinə bir qədər zeytun yağı tökülür. Yağ tez axsa, oğlan uşağına, axmasa, qız uşağına işarə olunur.
Qayçı və bıçaq testi
Uşağın cinsiyyətinin təyin olunmasında istifadə olunan üsullardan biri qayçı və bıçaq testidir. Qohumlarından yaxud da ailə üzvlərindən biri bir yastığın altına bıçaq, digərinin altına qayçı qoymalıdır. Lakin hamilə qadın bunu görməməlidir. Daha sonra hamilə xanım bu yastıqların birinin üzərində oturmalıdır. Əgər altında bıçaq olan yastığın üzərində əyləşsəniz oğlunuz, qayçılı yastıq üzərinə əyləşsəniz qızınız olacaq deməkdir.
Çin təqviminə görə uşağın cinsiyyətinin hesablanması
Körpənin cinisyyətinin təyin olunmasında ən çox istifadə olunan, hətta günümüzdə də öz aktuallığını itirməyən üsullardan biri Çin təqviminə görə cinsiyyətin hesablanması üsuludur. Hətta bu üsulla uşağın cinsiyyətinn təyin olunması ödənişli şəkildə həyata keçirilir.
Çin təqviminə görə cinsi təyin edərkən hamiləliyin yaşı və ayı nəzərə alınır. Bəziləri isə ana və atanın doğum tarixinə və qadının son menstruasiya tarixinə əsasən hesablayırlar. Hesablama nəticəsində ortaya çıxan rəqəmə əsasən uşağın cinsiyyəti təyin olunur.
Lakin bu üsulların heç biri 100 % uşağın cinsiyyətini təyin etmək gücünə sahib deyildir. Övladınızın cinsiyyətini öyrənməyin ən düzgün yolu həkim müayinəsidir.
Oxşar yazılar: