Zoğal mürəbbəsi
Zoğal mürəbbəsi demək olar ki, Azərbaycanda ən çox bişirilən mürəbbələrdəndir. Demək olar ki, hər bir azərbaycanlının evində bu mürəbbəyə rast gəlmək mümkündür. Zoğal mürəbbəsindən adətən dərman kimi istifadə olunur. Xeyirli olduğundan adətən soyuqdəymə, qrip zamanı daha çox içilir. Hazırlanma qaydası isə çox asandır. Gəlin tanış olaq.
Hazırlanma qaydası:
Əgər mürəbbəni 1 kq meyvədən edəcəksinizsə, sizə hazırlamaq üçün 1,2 kq şəkər tozu və 1 stəkan su lazım olacaq.
1. Yuyulan hər meyvə diş çöpü ilə deşilir ki, işi yaxşı bişşin və şirə daha çox olsun.
2. Qazana şəkər tozu və su tökülür, vam odda qızdırılır.Şəffaf olana qədər bişirilir.
3. Meyvələri qazanın işinə töküb axşamdan səhərə qədər saxlamaq lazımdır.
4. Səhər mürəbbəni orta odda qatılaşana qədər bişirin. Mürəbbənin hazır olub-olmadığını yoxlamaq üçün nəlbəkiyə mürəbbənin 1 damcısını tökün. Damcı yayılmırsa, mürəbbə hazırdır. Nuş olsun!