Ümumi

Toyuq salati

Toyuq salati ən çox sevilən salat növlərindən biridir. Demək olar ki, ən çox hazırlanılan salatlardan biridir. Bu salatın fərqli resseptləri vardır. Analar.az komdansı olaraq ən dadlı resseptləri sizinlə bölüşürük.

Lazım olan ərzaqlar:

  • 3 ədəd kök
  • 3 ədəd şirin bibər (qirmizi, sari, yaşil)
  • 2 ədəd xiyar
  • 2 ədət pomidor
  • 400 q toyuğun döş ətiZovgə görə mayonez
  • Duz
  • Istiot
  • mayonez

Hazırlanma qaydası:

  1. Yerkökünü, döş əti suda bişirin. Döş ətini duzlu suda qaynadın.
  2. Pomidoru, bibərləri, döş ətini və yerkökünü uzunsov şəkildə doğrayın.
  3. Bu ərzaqların üzərinə mayonez əlavə edib qarışdırıb süfrəyə təqdim edin. Nuş olsun!

Kartof qablarında xardallı toyuq salatı

Bu salatın hazırlanması üçün sizə lazı olacaq:

  • 2 orta kartof
  • Duz
  • 1 qaşıq mayonez

Salat üçün;

  • 1 toyuq döşü
  • yarım konservləşdirilmiş qarğıdalı
  • 3-4 turşu kornişon
  • Şüyüd
  • 4-5 qaşıq qatıq
  • 1 diş sarımsaq
  • 1 xörək qaşığı xardal
  • Duz

Hazırlanma qaydası:

  1. Kartof suda bişirilir, sonra pürə halına salınır və duzlanılır.
  2. Daha sonra mayonezlə qarışdırılır və streçlə qəlibə qoyularaq forma verilir.
  3. Toyuq qaynadılaraq xırda-xırda doğranılır.
  4. Sous üçün bir qabda qatıq, sarımsaq, duz və xardal qarışdırılır və döş ətinin üzərinə tökülərək qarışdırılır.
  5. Bu qarışıq soyudulmuş və qəlibdən çıxarılan kartofların ortasına əlavə edilir.
  6. Bəzəyərək servis edə bilərsiniz. Nuş olsun!

Qovrulmuş badımcanlı toyuq salatı

  • 1 böyük toyuq döşü
  • 2 ədəd qovrulmuş badımcan
  • 1 stəkan qaynadılmış əriştə
  • 4 turşu kornişon
  • 1 çimdik xırda doğranmış cəfəri
  • 1 çimdik xırda doğranmış şüyüd
  • 2 diş rəndələnmiş sarımsaq
  • 1,5 stəkan süzülmüş qatıq
  • 1 xörək qaşığı mayonez (isteğe bağlı)
  • Duz, bibər

Üzəri üçün;

  • 3 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı kərə yağı
  • 1 çay qaşığı qırmızı bibər tozu
  • 1 ovuc xırda doğranmış qoz
  • Hazırlanma qaydası:
  • Toyuq döş əti duzlu suda qaynadılır.
  • Badımcan qızardılaraq qabığı soyulur və kiçik şəkildə doöranılır.
  • Kornişonlar kiçik kublara kəsilir. Yaşıllar incə doğranır.
  • Bütün salat inqrediyentləri bir qaba tökülərəkqarışdırılır.
  • Qatıq, mayonez, sarımsaq, duz və istiot əlavə edib yenidən yaxşıca qarışdırılır.
  • Zeytun və kərə yağı sous qabında əridin. Üzərinə bibəri və qoz əlavə edib yaxşıca qızdırın.
  • Sonda salatın üzərinə səpərək servis edin. Nuş olsun!
Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button