Şeirlər

Saxta baba seirleri

Seirler şaxta baba şeirləri Analar.az-da təqdim olunur. Dekabr ayında məktəb və bağçalarda şənliklər keçirilməyə başlanılır. Bu şənliklərdə körpələr, məktəbli uşaqlar şaxta babaya aid, Yeni ilə aid şeirlər səsləndirirlər. Biz də sizlər üçün ən çox söylənilən saxta baba seiri, Yeni il şeirlərini təqdim edirik. Yeni iliniz mübarək!

1️⃣ Şaxta baba xoş gəlib

…Qopdu bayırda tufan,
Uğuldadı yel, boran.
Döyüldü pəncərə bərk,
Açdı qapını külək.


Yelləndi çil-çiraqlar,
Doldu evə soyuq qar…
Aha-aha deyəsən,
Şaxta babadır gələn!


Saç-saqqalı tamam ağ,
Başında qardan papaq.
Girdi evə bir qoca
Boyu çinardan uca.


Yapıncısı buz kimi.
Parlayır ulduz kimi.
Qotazlı, qar xurcunu,
Uşaqlar görcək bunu-


Alıb dövrəyə həmən,
Tutdular ətəyindən:
–   Şaxta baba!…
–   Şaxtacan!…
–   Haradasan bu vaxtacan?…

Müəllif: Əhməd Cəmil

2️⃣ Şaxta baba

Gəl bu xoşbəxt elimizi,

Təbrik elə, bir-birimizi,

Təzə gələn ilimizi

Şaxta baba, şaxta baba

Saçların ağ, saqqalın ağ,

Hansı evə getsən qonaq,

Hörmət edər hər bir uşaq

Şaxta baba, şaxta baba.

Müəllif: Xanımana Əlibəyli

3️⃣ Qar

Qara bax, qara
Gör necə yağır.

Çıxsan bayıra

Məni də çağır.

Qalın geyinək,

Həyətə çıxaq.

Qartopu yığaq.

Top-top oynayaq.

Müəllif: Mirmehdi Seyidzadə

4️⃣ Birinci qar

Dağlara qar yağdı bu gün,

Birinci qar,birinci qar!
Hər bir tərəf ağdı bu gün,
Çölə çıxın,ay uşaqlar!

Geyiminiz isti,qalın,
Şaxta sizə neyləyəcək?
Qar üstündə ilk iz salın,
Gəlin görək,gəlin görək!

İşə salın xizəkləri,
Buz üstündə axın,keçin!
Birinci qar,qış səhəri
Nə gözəldir,baxın keçin!

Yadınızdan çıxmasın ha,
Qartopu da ay uşaqlar!
Doğurdan da,bunsuz daha
Nəyə lazım birinci qar?

Yurdun xoşbəxt balaları,
Nəğmə deyin quşlar kimi.
Sevin qışı,sevin qarı
Allı-güllü bahar kimi.
Birinci qar, birinci qar!

Yeni il ilə bağlı digər məqalələr

1.7/5 - (4 Səs)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button