Şeirlər

Yeni il seirleri🎄

Yeni il seirleri axtarışında olan balacalarımız üçün bir-birindən gözəl şeirləri təqdim edirik. Hər il Dekabr ayı gəldiyində insanların içini xoş bir təlaş bürüyür. Yeni ilə hər gün biraz daha yaxınlaşırlar. İnanclar belədir ki, ili necə qarşılasan, elə də keçəcək. Ona görə də nəinki evlərdə şən abu-hava olur, eyni zamanda məktəblərdə, bağçalarda da Yeni il şənlikləri hazırlanılır. Burada uşaqlar şeirlər, mahnılar oxuyur, səhnəciklər yaradırlar. Bu şənlikdə söylənilə biləcək ən gözəl Yeni il seirleri bizim saytımızdadır.

Şaxta Baba

yeni il seirleri

Gəl bu xoşbəxt elimizi,
Təbrik elə, bir-birimizi,
Təzə gələn ilimizi
Şaxta baba, şaxta baba
Saçların ağ, saqqalın ağ,
Hansı evə getsən qonaq,
Hörmət edər hər bir uşaq
Şaxta baba, şaxta baba.

Müəllif: Xanımana Əlibəyli

Müəllif: Hikmət Ziya

Yeni il gəlir

Süd kimi ağ qar ilə,
Çoxlu-çoxlu bar ilə,
Qış ilə, bahar ilə
Yeni il gəldi,
Yeni il gəldi.
Neçə nübar ilə,
Yeni il gəldi.

Dekabrın son günü,
Bizə tutub üzünü,
Dedi ürək sözünü:
Yeni il gəldi,
Yeni il gəldi.
Görürük özünü,
Yeni il gəldi.

Bəzənmişdir yolkalar,
Onların da sözü var:
–Bilsin ellər, obalar,
Yeni il gəlir,
Yeni il gəlir.
Sevinir uşaqlar,
Yeni il gəlir.

Sevinclə gülə-gülə,
Aydın səhərlər ilə,
Yeni zəfərlər ilə
Yeni il gəldi,
Yeni il gəldi.
Hər obaya, elə,
Yeni il gəldi.

Müəllif: Mirvarid Dilbazi

Yolka bayramı

Yığılın gəlin
Uşaqlar hamı
Gəlin, şən keçsin
Yolka axşamı.

Tıq – tıq – tıq döyüb
Qapını birdən,
Qış baba baxır
Pəncərələrdən,

Ətəyi dolu
Əlvan kağızlar.
Onun içində
Gözəl şeylər var.

Pay gətiribdir
Qış baba sizə,
Deyir ki, tez ol,
Yolkanı bəzə!..

Eşiyə yağır
Quşbaşıtək qar,
Qış baba gəlib
Sizə payı var.

Budur açıldı
Qapı taybatay.
Qış baba dedi:
Aman ay- ay – ay,

Kənara durun
Ay uşaqlar siz.
Əzilib gedər
Yer – yemişiniz!

Qış baba evə
Bir nəzər saldı
Uşaqlar tezcə
Dövrəsin aldı.

Yolka yanında
Çökdü qış baba.
Yaşıl budaqlar
Bir – bir bəzəndi.
Xırda uşaqlar
Hamısı şəndi.

Elbəyi Cəlaloğlu

Yeni il

Sevinin, a dostlar, sevinin bu gün
Yenə də bir yeni illə görüşdük.
Qəmi unutduran, kədəri danan
Neçə şirin-şirin dillə görüşdük.

Yenə də bir vərəq doldu ömürdən,
Bir qamçı da dəydi göy atımıza.
Bir çəngə gül-çiçək yoldu ömürdən,
Şənlik gətirənlər ovqatımıza.

Ürək odlandıqca gözlər yaş süzər,
Yaşlardır söndürən ürəkdə odu.
Olsa da həyatın sonucu kədər,
Sevincdə, gülüşdə, dəmdədir dadı.

Uşaq cavanlaşır, qocalır cavan,
Yaş üstə yaş gəlir, hər yeni ildə.
Qalacaq yenə də sirli, sehirli
Hər solan çiçək də, açılan gül də.

Sevinin, a dostlar, sevinin, bu gün
Sevinclər bəzəsin anlarınızı.
Gəlsin xoş xəbərlər hey dəstə-dəstə,
Müjdələr oxşasın günlərinizi.

Müəllif: Zeynal Xəlil

Yeni il

Əsir qışın küləyi
Küçələrdə soyuq, qar,
Oynayırlar qar topu
Dəstə – dəstə uşaqlar.

Bağçalarda dəydikcə
Soyuq qışın sazağı,
Alma kimi qızarır
Körpələrin yanağı.

Böyük yolka qurulub
Meydançada bax yenə.
Nəğmə deyir uşaqlar
Gözəl qışa, Vətənə,

Yox, yox! Gəlin hələ siz
Bəzəklərə baxın bir,
Bu sayrışan işıqlar
Bir – birindən gözəldir!

Əlində böyük əsa,
Başında da qar papaq
Şaxta baba yenə də
Bizlərə gəlmiş qonaq,

Uşaqlarla o, yenə
Gözlərində məhəbbət
Bəzən də edir söhbət,
O, söyləyir: – Uşaqlar,

Oynayın qəşəng – qəşəng;
Sizin yeni iliniz
Görüm olsun mübarək!
Sevin dərsi, zəhməti,

Sadiq olun yoldaşa;
Sevin аnа Vətəni,
Ziynət verin hər daşa.
Daha gözəl olacaq
Xalqımızın həyatı!

Qar

Qar örtdü bağça bağları,

Çiçəkli gülü dağları,

Qışın səfalı çağları

Yetişdi. Qəlbim oldu şən.

Səfalıdır bizim Vətən.

Nə xoş gəlib bu qış, bu qar

Qışın da başqa zövqü var.

Qar altda yatdı tarlalar

Düm ağ geyindi çöl, düzən.

Səfalıdır bizim Vətən.

Fərəhlidir bu eldə qış,

Baharda gur yağan yağış,

Açıb düm ağ örpəyi

A yurdumuz bəzən-bəzən,

İlin bütün fəsilləri

Səfalıdır bizim Vətən.

Müəllif: Mirvari Dilbazi

Yeni ilə aid yazılarımız

2.9/5 - (17 Səs)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button