Ümumi

Yeni ildə uşaqlara nə hədiyyə edə bilərik?🎁

Yeni il ən çox sevilən bayramlardan biridir. Bu bayramın 25 əsrlik tarixi var. Dünya xalqları tərəfindən böyük maraqla, həvəslə qarşılanan Yeni il, ilk dəfə eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriyada qeyd olunmağa başlamışdır. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babilillərdən öyrənərək qeyd etmişlər. Yunanlar vasitəsilə ilə də bu ənənə Qərbi Avropaya yayılmışdır.

Yeni il yeni arzular deməkdir. Hər kəs qarşıdan gələn ilə böyük ümid bəsləyir. Dünyanın müxtəlif ölkələrində qeyd olunan Yeni il üçün müxtəlif inanclar vardır. Misal üçün dünyanın bir çox ölkələrində şaxta baba evlərin bacasından daxil olaraq ev sakinləri üçün hədiyyələr gətirir və onları bəzədilmiş şam ağacının altına qoyur. Beləliklə, Yeni il səhəri ev sakinləri hədiyyələri görüb sevinir.

Artıq dekabr ayı gəldiyindən bəri şəhərlər və rayonlar rəngarəng işıqlarlar, bəzədilmiş şam ağacları ilə, müxtəlif növ şar və aksesuarlar ilə göz oxşayır. Hər yer nağıllar aləminə bənzəyir.

Bu bayramı ən çox uşaqlar sevir. Çünki bol hədiyyəli və rəngarəng bir mühit onlara inanılmaz xoşbəxtlik bəxş edir. Valideynləri də şirin bir təlaş bürüyür. Övladlarına nə hədiyyə alacaqları barədə elə hey axtarış edirlər.

Analar.az komandası olaraq sizlər üçün bu axtarışınızı daha da asanlaşdırmaq istədik.

Yeni ildə uşaqlara nə alına bilər?🎁

Uşaqlar bu dünyanın ən saf, ən şirin varlıqlarıdır. Bir uşağı xoşbəxt etmək olduqca asandır. Kiçik bir hədiyyə verərək ona dünyanı bəxş edə bilərsiniz. Bu həyatda bir uşağın gülümsəməsindən daha gözəl nə ola bilər ki?

Əziz valideynlər, əlinizə ən gözəl fürsətlərdən biri keçmişdir. Qarşıdan çox sevilən bayramlardan olan Yeni il gəlir. Bu bayrama ən gözəl şəkildə hazırlaşırıq elə deyilmi? Gözəl libaslar geyinilir, ən dadlı təamlar hazırlanılır və hər kəsi sevindirən hədiyyələr alınır. Övladlarınızın Yeni ilini daha gözəl etmək fürsətini qaçırmayın. Onlara, onları sevindirəcək hədiyyələr axtarmağa başlayın.

Hədiyyə seçimləri yaş qruplarına, cinsiyyətə, maraq dairəsinə görə dəyişir. Bəs siz Yeni ildə övladınıza nə hədiyyə ala bilərsiniz?

Ən çox satın alınan oyuncaqları sizlər üçün təqdim edirik:

  • 1. Leqo masaları
  • 2. Oyun çadırları
  • 3. İnkiçaf etdirici oyuncaqlar
  • 4. Yumuşaq oyuncaqlar
  • 5. İri maşın qarajları və qatarlar
  • 6. Gəlinciklər
  • 7. Velosiped, skuterlər, maşınlar
  • 8. Oyun konsolları
  • 9. Hekayə kitabları
  • 10. Robotlar

Leqo masaları ən gözəl hədiyyələrdən biri sayılır. Bu masalar olduqca mükəmməldirlər. Belə ki, masa və stuldan ibarət olan oyuncaqdan bir çox məqsədlər üçün istifadə oluna bilir. Masanın üst hissəsi ayrılır. İki üzlüdür. Bir üzündə çıxıntılar vardır, uşaq leqolarlar istənilən formada fiqurlar yarada, binalar tikə, yollar sala bilir. Digər üzü isə düzdür. Burada uşaq plastilin, oyun xəmiri və s ilə rahatlıqla oyunlar oynaya bilir. Masanın içərisi dərindir. Övladınız burada kinetik qumla oynaya, içərisinə su doldurub gəmi və digər oyuncaqlarını üzdürə bilər. Masa kompaktdır, yığıla bilir. Rahatlıqla yığıb evin bir küncünə yerləşdirə bilərsiniz. Leqo masaları övladınızın maksimum inkişaf etməsi üçün əvəzolunmaz hədiyyə seçimlərindən biridir.

Oyun çadırları əsasən 3-6 yaş aralığında olan uşaların maraqlarını çəkirlər. Müxtəlif rəng seçimində təklif olunan çadırlar görünüş və keyfiyyətləri ilə də seçilir. Çadırların daxilində yastıqlar və döşək vardır. Uşaq çox rahatlıqla çadırın içərisinə yerləşir və yata bilir. Eyni zamanda oyun evi kimi də istifadə olunur. Yeni il üçün ən çox satın alınan bu çadırlar valideynlər tərəfindən xüsusi rəngli işıqlarla bəzədilir. Günün çox hissəsini uşaq çadırda keçirərək əylənir.

İnkişaf etdirici oyuncaqlar çox saydadır. Taxtadan və plastik materialdan hazırlanılır. Adətən valideynlər taxtadan hazırlanan inkişafetdirici oyuncaqlara üstünlük verirlər. Bu oyuncaqlar içərisində balıq tutmaq üçün istifadə olunan tilovlar, müxtəlif fiqurlar, hərf və saylar, pazllar, mozaikalar, oyun kartları, kinetik qum, plastilin, oyun xəmiri və s kimi oyuncaqlar vardır. Uşaq oyuncaqlar vasitəsilə həm səmərəli zaman keçirir, həm də yeni şeylər öyrənir. Rəngləri, heyvanları, tərəvəzləri, fiqurları, rəqəmləri ən asan şəkildə uşağa aşılamağın yolu bu oyuncaqlardan keçir. Kinetik qum, oyun xəmirləri isə uşaqlarda motorika bacarıqlarını inkişaf etdirir. Bu oyuncaqların digər bir üstün cəhəti isə valideyn ilə uşağın birlikdə oynamasıdır. Övladınız sizinlə nə qədər çox zaman keçirsə, onun üçün daha effektiv olacaqdır.

Yumuşaq oyuncaqlar da uşaqlar tərəfindən çox sevilir. Müxtəlif heyvanların (ayı, it, pişik, dovşan, pələng, at, meymun, tülkü, fil və s) oxşarları olaraq hazırlanılan yumuşaq oyuncaqlar da top 10-luğa daxil olan siyahıda öz yerini alır. Valideynlər daha çox keyfiyyətli məhsullardan hazırlanılan oyuncaqlara üstünlük verirlər. Bu oyuncaqlar həm uşaqları heyvanlarla tanış edir, həm onları sevdirir, həm də uşaqlar yuxuya getdikləri zaman onlar üçün təhlükəsiz olur. Çox uşaq yuxu dostunu məhz yumşaq oyuncaqlardan seçir.

İri maşın qarajları və qatarlar adətən oğlan uşaqları tərəfindən sevilir. Bu oyuncaqlar batareya ilə işə düşür. Bəzi modelləri isə əl ilə hərəkətə gətirilir. Bu oyuncaqlar səs çıxarır, işıqları yanır. Ona görə də uşaqların diqqətini cəlb edə bilir. Qiymətlər fərqlidir. Oyuncağın keyfiyyətinə görə qiymətlər də fərqli olur. Adətən valideynlər keyfiyyətli qaraj və ya qatarlara üstünlük verirlər ki, istifadəsi uzunmüddətli olsun. Ucuz olanlar çox tez zamanda sıradan çıxır, bu isə uşağın əhvalını korlayır. Müxtəlif fərqli modellərdə iri maşın qarajları və qatarlar təklif olunur ki, hər biri inanılmaz gözəlliyə sahibdir. Yeni il hədiyyəsi olaraq seçim edə biləcəyiniz oyuncaqlardandır.

Gəlinciklər adından da göründüyü kimi qız uşaqlarının sevimli oyuncaqlarındandır. Adətən uşaqlar cizgi film qəhrəmanlarının gəlinciklərinə daha çox üstünlük verirlər. Ən çox satın alınan gəlinciklər isə Frozen animasiyasının baş qəhramanı Elsa, Barbie cizgi filmlərinin baş qəhrəmanı Barbie, LOL, Disney tərəfindən yaradılan bir çox cizgi film qəhrəmanlarının gəlincikləridir. Bu oyuncaqlar sadəcə uşaqları əyləndirmək üçün istehsal olunur. Gəlinciklərin çoxu sadə olsa da bir hissəsi danışa, yeriyə, oxuya bilir.

Velosiped, skurtet və maşınlar da uşaqların səmərəli vaxt keçirməyinə kömək edən vasitələrdəndir. Uşaq həm çöldə xeyli vaxt keçirir, həm də əzələləri daim hərəkətdə olur. Müxtəlif rəng və model çeşidində velosiped və skuterlər vardır. Qiymətlər isə məhsulların keyfiyyətinə görə dəyişir. Göy, qara, çəhrayı və s rənglərdə istehsal olunan velosipedlərə eyni zamanda işıqlar və digər aksesuarlar da taxılaraq daha maraqlı formaya gətirilir. Hər iki cinsə məxsus uşaqlar tərəfindən bu minik vasitələrinə maraq xeyli yüksəkdir. 2 yaşından etibarən rahatlıqla istifadə oluna bilər.

Maşınlar istər oğlan, istərsə də qız uşaqlarının ən sevdiyi hədiyyələrdən biridir. Real avtomobil modellərinin eynisi olaraq hazırlanılan bu kiçik minik vasitəsidir. Akkumlyatorlu maşınlar həm pultla, hə də uşaq tərəfindən idarə olunur. İşıqları yanır, musiqi oxuyur, siqnal verir. Qiymətlər adətən 300 manatdan başlayır. Maşının modelinə görə ölçüləri də fərqli olur. Həmçinin tək maşın modelləri deyil motosikletlər də istehsal olunur. Qızlar üçün adtən ağ, çəhrayı, qırmızı, bənövşəyi rəng maşınlar satın alındığı halda, oğlan uşaqları üçün sarı, qara, göy rəngli maşınlara üstünlük verilir. Valideynlər adətən övladlarının doğum günlərində və bayramlarda bu hədiyyəni almağa üstünlük verirlər.

Oyun konsolları adətən 6 yaşdan böyük uşaqların maraq dairəsində olan oyun növlərindən biridir. Müxtəlif oyunların oynanıldığı bu konsollar sadəcə əyləncəli zaman keçirməyə kömək edir. Uşaq ana və ata ilə həmçinin bacı və qardaşla maraqlı zaman keçirir, əylənir. Qiymətləri heç də ucuz olmayan bu məhsulu təkcə uşaqlar deyil böyüklər də çox sevirlər. Hal hazırda yeni PlayStation modelləri ən çox satılanlardandır.

Hekayə kitabları valideynlər tərəfindən övladlarına verilə biləcək ən gözəl hədiyyələrdəndir. Uşaqlarda bədii yaradılıcığı, xəyal qurmağı, ağıllı davranışı, söz ehtiyatını artıran, onlara düzgün yolu göstərməyə kömək edən kitablar əvəzolunmaz hədiyyələrdəndir. Rəngarəng kitablar hər zaman uşaqların marağını çəkir. Körpələr üçün əsasən cırılmayan qalın karonlardan, parçalardan hazırlanan kitablara üstünlük verilir. 3 yaşından etibarən isə bu seçimlər də dəyişir. Hekayə kitabları yalnız hədiyyə deyil övladınıza verəcəyiniz ən dəyərli yatırımlardan biridir.

Robotlar adətən oğlan uşaqlarının marağına səbəb olan oyuncaqlardandır. 21-ci əsr texnologiya əsridir. Artıq müxtəlif sahələrdə robotlardan istifadə olunmağa başlamışdır. Bu oyuncaqlarda da özünü göstərir. Yaradılan robotlar müxtəlif hərəkətlər edə bilir, fərqli vasitələrə çevrilir, hətta uzaqdan əl ilə də hərəkətə gətirilir. Həm insan formasını alır, həm maşına çevrilərək hərəkət edir. Oxuyur, səs çıxarır, dediklərinizi təkrarlayır və daha bir çox funksiyaya malik olur. Robotlar ölçüsündən və modelindən asılı olaraq fərqli qiymətlərə təklif olunur.

Təbii ki, uşaqlarınıza seçəcəyiniz hədiyyələr yalnızca bununla bitmir. Müxtəlif ölçü və modellərdə olan oyuncaq maşınlar, pultlu maşınlar, rəsm çantaları, sensorlu masalar, yazı lövhələri, hərəkətli oyuncaqlar və s kimi min bir çeşiddə oyuncaqlar da Yeni il hədiyyəsi kimi satın alına bilər.

Yeni ilə həm şən, həm də xoşbəxt girmək istəyirsinizsə, ətrafınızdakı uşaqları güldürməyə, sevindirməyə çalışın. Onlara arzuladıqları hədiyyələri alaraq  şirin sürprizlər bəxş edin. Dünyanın ən məsum canlılarını sevindirə bilməniz üçün Oyuncaq.net -ə göz gəzdirin. Unutmayın ki, uşaqları Yeni ildən gözlədikləri yeganə şey hədiyyələrdir.

4.6/5 - (741 Səs)

Əlaqəli yazı

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button