Ümumi

Yeni il mahnısı sozleri

Yeni il mahnısı sozleri axtarışında olanlar burada tapa bilər. Yeni ilə aid şən və qəmli mahnılar ifa olunub. Sizin üçün fərqli repertuara malik mahnıları təqdim edirik. Bəyəndiyinizi seçib ifa edə bilərsiniz. Bir-birindən gözəl, mənalı yeni il mahnısı sozleri Analar.az-dadır. Yeni il şənliklərində, dostlarınızla əyəndiyiniz zaman bu mahnılardan bəyəndiyinizi ifa edə bilərsiniz.

Yolka mahnısı

  • Musiqi: Oqtay ZülfüqYusif Həsənbəyovarov
  • Sözləri: Yusif Həsənbəyov

Geydi ağ köynəyini

Yenə el,oba.

Xoş gəldin Şaxta baba,

Mehriban baba.

Yandırdın yolkamızda

İşıqları sən,

Sevindirdin gülərüz

Uşaqları sən.

Nəqərat:

Yolka, yolka,

Şən, mehriban yolka!

Əziz yolka, Can yolka.

Əziz çağların var,

Oyuncaqların var.

Dövrəndə nə çoxlu

Uşaqların var.

Mahnı deyir, oynayır,

Qaz, ördək, ayı.

Uşaqlar, ay uşaqlar,

Çalın, oynayın.

Yayılsın hər tərəfə

Nəğmələrimiz.

Birləşək yolkamızın

Ətrafına biz.

Nəqərat:

Yolka, yolka,

Şən, mehriban yolka!

Əziz yolka,

Can yolka.

Əziz çağların var,

Oyuncaqların var.

Dövrəndə nə çoxlu

Uşaqların var.

Sən gedərsən bir zaman

Təzə il gələr.

Gətirər özüylə o,

Təzə nəğmələr.

Onda yenə hamımız

Tutub əl-ələ,

Oynayarıq, gülərik

Min sevinc ilə.

Nəqərat:

Yolka, yolka,

Şən, mehriban yolka!

Əziz yolka,

Can yolka.

Əziz çağların var,

Oyuncaqların var.

Dövrəndə nə çoxlu

Uşaqların var.

Yağsana qar

  • Sözləri: Gülzar İbrahimova
  • Musiqisi: Elşən Nicat

Şaxta baba bilirsən,

Səni necə sevirik.

Səni hər Yeni ildə,

Həsrətlə gözləyirik.

Amma ki, Şaxta baba,

Həsrət qalmışıq qara.

Bilmirik gedək hara,

Qartopu oynamağa.

Gələndə bizə çoxlu,

Qırmızı torba dolu,

Qar və buz gətirərsən,

Bizi sevindirərsən.

Nəqarət:

Şaxta baba,

Tez gəl baba

Qar qızı da,

Gətir baba.

Bizə çoxlu torba dolu

Çoxlu qar gətir, baba.

Gözləyirəm yağmır qar,

Heç qarsız da qış olar?

Həsrətdədir uşaqlar,

Nə olar yağsan a qar?

Gözləyirəm yağmır qar,

Heç qarsız da qış olar?

Həsrətdədir uşaqlar.

Nə olar yağsan a qar?

Elnarə Xəlilova – Yeni il gəldi

Sözləri: Hikmət Ziya
Musiqis: Musa Mirzəyev 

Yeni il gəldi

Süd kimi ağ qar ilə,
Çoxlu çoxlu bar ilə,
Qış ilə, bahar ilə,
Yeni il gəldi, yeni il gəldi
Neçə nübar ilə yeni il gəldi.

Dekabrın son günü,
Bizə tutub üzünü,
Dedi ürək sözünü.
Yeni il gəldi, yeni il gəldi
Görürmü özünü yeni il gəldi.

Bəzənmişdir yolkalar,
Oların da sözü var.
Bilsin ellər, obalar.
Yeni il gəldi, yeni il gəldi
Neçə nübar ilə yeni il gəldi.

Sevinclə gülə-gülə,
Aydın səhərlər ilə,
Yeni zəfərlər ilə
Yeni il gəldi, yeni il gəldi
Hər obaya-elə yeni il gəldi.

Xatirə İslam – Yeni il

  • Musiqi və sözləri: Qüdrət Əsəd
  • Aranjman: Rabil Səfərli

Bax nə gözəl, bax nə gözəl qar yağır,
Yeni ili sevgiylə qarşılayır,
Qoy yeni il
Nağılları gətirsin,
Qoy nağıllar
Arzuları çin etsin.
Qoy yeni il
Nağılları gətirsin,
Qoy nağıllar
Arzuları çin etsin.
Qoy nağılları çin etsin.

Yeni iliniz mübarək olsun,
Yeni iliniz sevgiylə dolsun.
Yeni ilimiz mübarək olsun,
Yeni ilimiz sevgiylə dolsun.

Hər qapıda yeni il qonaq olur,
Qar nəğməsin bizlərlə bir oxuyur,
Gəl, sevgilim, əl-ələ tutaq bu gün,
Bir oxuyaq yeni il nəğməsini
Gəl, sevgilim, əl-ələ tutaq bu gün.
Bir oxuyaq yeni il nəğməsini
Gəl oxuyaq yeni il nəğməsini

Yeni iliniz mübarək olsun,
Yeni iliniz sevgiylə dolsun.
Yeni ilimiz mübarək olsun,
Yeni ilimiz sevgiylə dolsun.

Gəl, sevgilim, əl-ələ tutaq bu gün.
Bir oxuyaq yeni il nəğməsini
Gəl, sevgilim, əl-ələ tutaq bu gün.
Bir oxuyaq yeni il nəğməsini
Bir oxuyaq yeni il nəğməsini

Yeni iliniz mübarək olsun,
Yeni iliniz sevgiylə dolsun.
Yeni iliniz mübarək olsun,
Yeni iliniz sevgiylə dolsun.
Yeni iliniz sevgiylə dolsun.

Əlaqəli məqalələr:

5/5 - (1 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button