Ümumi

Uşaqları neçə yaşdan sonra dənizə aparmaq olar?💥

Yay fəsli gəldiyində hər kəs sərinləmək, vitamin D qəbul etmək üçün dənizlərə və hovuzlara axın edirlər. Körpə uşaqlar üçün təbii yolla qəbul edilən D vitamini olduqca xeyirdir. Pediatrların tövsiyyəsinə görə səhər satlarında günəş şüası qəbul etmək çox faydalıdır. Günorta saat 11-12dən sonra isə qəbul edilən günəş şüası zərərli hesab olunur. Məhz buna görə də valideynlər körpələri səhər saatlarında dənizə aparmağa üstünlük verirlər.

Pediatrlar 4 ayından sonra uşaqların dəniz suyuna salına bilcəklərini bildirirlər. Lakin yaxşı olardı ki, sizlər 6 ayından sonra bunu edəsiniz. Hal-hazırdakı mövcud vəziyyəti nəzərə alaraq dənizdə baş verən natemiz hallar uşaqların ümumiyyətlə suya salınmasının düzgün olmadığını göstərir. Çünki dəniz suyundan keçən infeksiyalar nəticəsində hər il yüzlərlə uşaq müxtəlif xəstəliklərdən əziyyət çəkirlər.

Dəniz suyundan sonra uşaqlarda aşkarlanan xəstəliklərə olaraq:

  • Sidik yollarının infeksiyası,
  • Qulaq infeksiyası,
  • Bağırsaq infeksiyası,
  • Dəridə problemlər.

Uşaqların çox hissəsi suyu sevsə də, bəziləri vardır ki, sudan qorxur. Buna görə də dənizdə suya salınmaq istədikdə ağlayaraq bundan imtina edirlər. Odur ki, valideynlər uşaqları buna məcbur etməməli, onları yavaş yavaş suya alışdırmalıdırlar.

Gigiyenik cəhətdən tam etibar etdiyiniz hovuz və dənizlərə övladlarınızı salmalısınız. Suda olarkən isə onların çox vaxt keçirməklərinə icazə verəyin. Körpələr üçün yarım saat kifayətdir.

Saat aralıqlarına mütləq diqqətt edin. Səhər saatlarında 11:00-dan 15:00-a kimi ümumiyyətlə günəş şüası altında qalmaq tövsiyyə olunmur. 16:00-dan sonra isə günəş şüası qəbul oluna bilər.

Alınacaq olan tədbirlər

Uşaqlar hovuza girmədən əvvəl bir sıra tədbirlər görülməlidir. Belə ki, onlara ilk əvvəl dəniz və hovuza girmədən bəzi şeyləri öyrəmək vacibdir. Çünki bir çox insan bu qaydalara riayət etmədiyi üçün hal-hazırdaxəstəliklər çoxalmır, insanlar infeksiya səbəbiylə bir çox xəstəliklərdən əziyyət çəkirlər. Uşaqlara dənizə və hovuza;

  • suya tüpürməmək,
  • ayaqqabı ilə suya girməmək,
  • suya tualet ehtiyaclarını etməmək,
  • dənizdə olan güvənlik şarlarını əsla keçməməyi bildirmək lazımdır.

Dənizə gedərkən aparılacaq əşyalar

Körpələr və uşaqlar geniş kənarlı papaqlar, uşaqlar UV-dən qoruyan eynək taxmalıdırlar. Körpələr və uşaqlar üçün dənizə gedərkən aparılmalı olan əşyaları belə sadalamaq olar:

  • Uşaq bezləri,
  • Təmiz mələfələr,
  • Onun rahat edəcəyi, yatacağı ana qucağı yaxud araba,
  • Günəş kremi və nəmləndirici krem,
  • Çimərlik geyimi, papaq, eynək,
  • Uşağın yaşəna uyğun qidalar,
  • Geyimlər,
  • Quma oynaya biləcəyi müxtəlif cür oyuncaqlar.

Hansı günəş kremi seçilməli?

Valideynlər üçün əsas maraqlandıran suallardan biri körpələr və uşaqlar üçün seçilməli olan günəş kremləridir. Çünki tamamilə zərərsiz maddələrdən hazırlanan günəş kremi tapmaq onlar üçün çox vacibdir. Müxtəlif yaş qruplarından olan uşaqlar üçün fərqli markalara məxsus çox sayda məhsul seçimi vardır. Bəzi günəş kremləri isə ailəlikcə istifadə edilə biləcək şəkilə istehsal olunur.

Valideynlər tərəfindən ən çox üstünlük verilən günəş kremləri istehsal edən markalar aşağıdakılardır:

  • Mustela
  • Sebamed
  • Bioderma
  • Siveno
  • Ecowell
  • La Roche Posay

Sadalanan markalara məxsus günəşdən qoruyucu vasitələr həm krem, həm də losyon şəkildə olur.

Bu kremlər suya girmədən əvvəl çəkilməli və mümkünsə 1-3 saatdan bir yenilənməlidir.

Uşaqlara xilasedici geyimlər geyindirilərək suya salınmalıdır.

Qoruyucu günəş kremi alarkən diqqətli olmaq lazımdır, faktor 30-u keçməməlidir.  Qəbul edilən günəş şüasından sonra duş qəbul olunmalı və uşaqlara nəmləndirici çəkilməlidir. Körpələrin dərisi çox həssas olduğu üçün dərisinin qurumasının qarşısını almaq üçün nəmləndirici kremlər tətbiq edilməlidir. Körpələr üçün ideal yer ağacların altı, kölgəlik olan yerlərdir. Çalışın dənizə gedərkən uşaqları qalın geyindirməyin. Kətan parçalardan tikilən, ağ geyimlərə üstünlük verilməlidir. Onları çətirin altında saxlamaq əlverişsizdir. Körpələr və uşaqlar həddindən artıq istidə susuzluğun qarşısını almaq üçün kifayət qədər maye ilə təmin edilməlidir. 

Dənizmi qummu?

Valideynlər təmizlik səbəbindən uşaqları daha çox hovuzlara aparmağa üstünlük verirlər. Çünki dənizdə gigiyenik qaydalara çox da riayət edilmir. Buna görə də uşaqlar infeksiya səbəbindən çox əziyyət çəkirlər. Yüksək hərarət, qusma, ishal, ağızda yaralar və dəri infeksiyaları bu infeksiyalardan ən çox yayılanlardır. Lakin unutmamaq lazımdır ki, hovuz heç bir zaman dənizin verdiyi imkanları verə bilməz. Dənizdə olan qum uşaqlar üçün çox xeyirlidir. Adətən pediatrlar uşaqlarda olan ayaq, qol, onurğa əyriliklərinin müalicəsində davamlı dəniz qumuna getməyi tövsiyyə edirlər. Körpələr və uşaqlar üçün qum seçimində də diqqətli olmaq lazımdır. Qum rütubətli olmamalıdır. Bununla yanaşı, pişik, it kimi heyvanların sidiyi və nəcisinin, hər cür şüşə qırıqlarının, zibillərin qarışdığı qumlar da uşaqlar üçün böyük təhlükə yaradır. Buna görə də uşaqlar və körpələrin qumun üzərində tamamilə çılpaq ayaqla gəzməsi məsləət görülmür. Bu tədbirlər onları sidik yollarının və göbələk infeksiyalarından qoruyacaqdır.

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button