Ümumi
Qarox supu
Qarox supu çox dadlı sulu xörəklərdən biridir. Adi suplardan daha ləzzətli olan qarox supu əsasən qış alarında daha çox bişirilir. Fərqli resseptlərin təqdim olunduğu Analar.az-dan ən ləzzətli xörəklərin resseptlərini əldə edə bilərsiniz.
Ressept 1
Tərkibi:
- 2 ədəd soğan
- 2-3 xörək qaşığı kərə yağı
- 1.5 lt su
- 2 ədəd kartof
- 1 stəkan qarox
- Zövqə görə duz, istiot, sarıkök
- yarım dəstə keşniş
Hazırlanma qaydası:
- İlk əvvəl kərə yağını əridib üzərinə doğranmış soğanları əlavə edin.
- Qovurmağa başlayın.
- Daha sonra tomatı əlavə edərək qovurmağa davam edin.
- Qaynar suyu tökün.
- Doğranmış kartofları əlavə edin.
- 1 gün soyuq suda saxladığınız qaroxları əlavə edin.
- Kartof bişdikdən sonra keşnişləri yeməyin üzərinə səpərək servis edin.
Nuş olsun!
Ressept 2
Tərkibi:
- 2 ədəd soğan
- 2-3 xörək qaşığı kərə yağı
- 1 diş sarımsaq
- 1.5 lt su
- 2 ədəd kartof
- 1 ədəd kök
- 1 stəkan qarox
- 100 qr ovçü kolbasası
- Zövqə görə duz, istiot, sarıkök
- yarım dəstə keşniş
Hazırlanma qaydası:
- Soğanı yağda qızılı rəng alana kimi qovurun.
- Üzərinə ilk əvvəlsarımsağı daha sonra isə tomatı əlavə edərək qovurmağa davam edin.
- Suyu tökərək qaynamasını gözləyin.
- Qaynadıqdan sonra doğranmış kartfonları əlavə edin.
- Başqa bir qazanda kolbasları doğrayıb yağda qızardın.
- Qaroxları əlavə edib yenidən qaynamasını gözləyin.
- Bişən yeməyin üstünə doğranmış kolbasaları əlavə edin.
- Zövqə görə keşniş səpərək servis edə bilərsiniz.
Nuş olsun!