14 fevral sevgililer günü mesajları ❤️
14 fevral sevgililer günü mesajları axtarışında olanlar üçün bu ilin ən gözəl mesaj nümunələrini təqdim edirik.
Həyat sevdikcə gözəlləşir. Dünyanı sevginin qurtaracağına inanırlar. Təbii ki, bu deyim doğrudur. Çünki bu həyatda sevgi, yaxşılıq, mərhəmət insanın vicdanını rahatladan, yaxşı hiss etdirən ən gözəl duyğulardandır. 14 Fevral bir çox ölkələrdə “Sevgililər günü” kimi qeyd olunur. Azərbaycanda da bu gün xüsusi bayram kimi qeyd edilir. Sevgilinizi özəl, xüsusi hiss etdirəcək, ona səmimi hisslərinizi bildirəcək mesaj axtarışındasınızsa, sevgililer günü tebriki, sevgililer günü mesajını bizim saytımızdan seçdiyiniz sözlərlə bildirə bilərsiniz.
Qaranlıqda olanda sən mənim günəşimsən. Həyatımın hər anına məna verən əzizim. Sevgililər günün mübarək.
Səni sevmək həyatın daha gözəl görünməsi üçün ediləcək ən asan şeylərdən biridir… Mən səni sevirəm və səni heç vaxt itirmək istəmirəm. Mənim üçün sən həyatda əvəzolunmazsan. Sevgilim, hər Sevgililər Günündə bir yerdə olmaq, bu günü səninlə keçirmək istəyirəm.
“Sevgimiz bizi sonsuza qədər bir yerdə saxlayacaq! Həyatımda sənin olduğun üçün çox şanslıyam. Sevgililər günümüz mübarək.”
Sevgililər günündə səninlə olmaya bilərəm, amma ürəyin qədər dünən, bu gün və sabah səninləyəm. Özünü tənha hiss edəndə əlini ürəyinin üstünə qoy, Mən həmişə oradayam!
Gözlərinin işıltısı, səsinin ahəngi mənə ən böyük hədiyyədir. Bütün xəyallarım, ümidlərim səndən ibarətdir. Yaxşı ki, varsan.
Səni sevdiyim qədər yaşaya biləcəyimi bilsəm, ölümsüzlüyün adı sevgi olardı. Günümüz mübarək.
Həyat arzulamadan, arzulamaq sevmədən, sevgi sən olmadan əbəsdir. Unutma, sevgi hər saniyə birlikdə olmaq yox, sənin yoxluğunda belə varlığını ürəyində hiss etməkdir. Yanında olmasam da, kölgən qədər yaxınam sənə. Sevgililər Günün mübarək.
Səni sevmək həyat qədər vacib, su qədər həyatidir. Sən yanımda olarkən bu anın heç vaxt bitməməsini arzulayıram. Sənə olan sevgimi sözlərlə izah edə bilmərəm. Sevgililər Günün mübarək, əzizim.
Mənə xəyal qurmağı sevdirən sənsən. Məni hüzurlu edən gözlərindir. Mənə həyatı sevdirən gülüşündür. Yaxşı ki, varsan.
Dünyanın harasında olursan ol, eyni göy üzünə baxdığımız müddətdə həmişə səni sevəcəyəm. Sənin ürəyində olduqca sənsiz yaşaya bilməyəcəyimi bir daha anlayıram. Sevgililər Günün mübarək.
Sən bu şəhəri, ölkəni, dünyanı gözəlləşdirmisən. Qəlbimdə özünə taxt qurmusan. Sən mənim sevgilim, sevimli həyat yoldaşımsan.Sevgililər Günün mübarək!
Yanımda olduğun hər an çox gözəldir. Bu gün də həmin gözəl günlərdən biri olacaq. Sevgililər Günün mübarək, əzizim. Daim əllərini tutmaq, saçlarını oxşamaq istəyirəm.
Səni dünyadakı bütün ulduzlar qədər, bütün qum dənəcikləri qədər, ucsuz-bucaqsız dənizlər qədər sevirəm. Hər Sevgililər Gününü sənin qollarında keçirmək istəyirəm. Yaxşı ki, mənimsən.
Bir çox insan tanıdım, ulduzlara bənzəyirdilər, amma mən səni seçdim. Çünki sən günəşsən. Günəşə görə bütün ulduzlardan imtina etdim. Sevgililər Günümüz mübarək.
Sən dünyaya sürgün bir mələksən və mən səni o qədər çox sevəcəyəm ki bir daha cənnətinə geri dönmək istəməyəcəksən. Sevgililər günün mübarək!
Ayrılıq kiçik sevgiləri öldürər amma böyük sevgiləri gücləndirər. Eynilə küləyin şamı söndürüb yanğını gücləndirdiyi kimi… Bizim də sevgimiz həmişə yaşayacaq və daha da güclənəcək sevgilim. Nəçə belə sevgililər günlərində birlikdə olmaq diləyi ilə.
Bir dəstə gül vermək istəyirəm sənə. Əslində güllərdən gözəlsən, gülü bir gün, səni isə sonsuza qədər sevirəm.
Doğan hər günün səhərində içimdə gözlərini görə bilmək eşqi olmasa, inan heç bir şeyə dəyməzdi yaşamaq. Sevgililər günün mübarək!
Bəzi yuxular var digərlərindən daha uzun sürər, bəziləri çox gözəldir. Mənim ən uzun və ən gözəl yuxum indi bu dəqiqə bu mesajı oxuyur. Sevgililər günümüz mübarək.
Səni ulduzlara bənzədirəm, onlar qədər uzaq, onlar qədər əlçatmaz amma bir fərqin var, onlar milyonlarca, sən isə birdənəsən.
O qədər gözəlsən ki, üzünə baxa bilmirəm, titrəyir əllərim, əllərini tuta bilmirəm. Dolanıb qucaqlamaq gəlir içimdən qucaqlaya bilmirəm. Elə bağlanmışam ki, sənsiz dura bilmirəm. Yuxudan oyanınca insanı oyandığına peşman edən, geri dönmək istəyib də dönəməyincə çarəsiz qalan, həyatda bir dəfə görüləbilən şirin yuxumsan. Səni çox sevirəm, sevgililər günümüz mübarək!
Bilirsən hər göyqurşağının bitdiyi yerdə bir xəzinə gizlənirmiş. Göyqurşağını izləyib getdim, gəldi sənin yanında bitdi. Ən dəyərli xəzinəmsən mənim.
Səni təxmin edəcəyin qədər deyil, dözüm edə bilməyəcəyin qədər çox sevirəm. Sənə “Sevgilim!” deyə bildiyim üçün özümü çox şanslı görürəm.
Sən ən böyük sevgini haqq edəcək qədər mükəmməl amma hər kəsin sevməyə layiq olmayacağı qədər xüsusisən.
Bir damla göz yaşı olub, göz bəbəklərində dolub, yanaqlarından süzülüb, dodaqlarında ölmək istərdim .Sevgilimm… Günümüz mübarək!
Qəlbimdəki tək arzu, xəyalımda yeganə qadın, məni yaşadan tək duyğu sənsən Ürəyim…
Qəlbimin ən gözəl yerində, sən mənim həyatımın anlamısan. Ayırmasın bizi heç bir şey.
Sevgililər günümüz mübarək olsun eşqim.
Aldığım hər nəfəsdə və atdığım hər addımda səni düşünürəm. Yaxşı ki, varsan, Əzizim. Sevgililər günümüz mübarək olsun…
Səni hər düşündüyümdə ürəyimə bir dənə ulduz şəkli çəkirəm, Mənim indi bilirsən neçə dənə ulduzum var? Mənim artıq bir göy üzüm var. Sevgililər günümüz mübarək….
Gözlərin göl kipriklərin körpü olsa, mən üzərindən keçəndə ipleər qırılsa və düşdüyüm yer dodaqların olsa. Sevgililər günündə bir öpüş borclusan mənə…
Kimsən sən? Ya.amaq istəyibdə yaşayamadığım ümidlərim, fərqində olmadan illərdir gözlədiyimmi? Kimsen sen? Sen menim birdənə sevgilimsen, sevdiyimi söyləyə bildiyim qadın….Sevgililer gününü təbrik edirəm!
Sevgililər günündə ağ bir göyərçin göndərirəm sənə; qanadlarında xoşbəxtlik, ürəyində sevgi və sədaqət. Ürəyin qədər yanındayam. Özünü yalnız hiss etdiyində əlini ürəyinə qoy; mən həmişə ordayam! Sevgililər Günümüz Mübarək!
Sən günəşin doğduğu, qaranlığın bitdiyi yerdəsən. Sən həmişə qəlbimdə tək olan sevgilimsən. Sevgililər gününümüz mübarək olsun!
Quyruqlu ulduzlar olur, dünyaya yetmiş ildə bir gəlirlər. İnsanlar onu həyatı boyunca bəlkə bir dəfə görər. Mən o ulduzu gördüm, o da sənsən birdənəm. Sevgililər günün mübarək!
Sevgililər öpüşərkən niyə gözlərini yumar bilirsənmi? Çünki gözləriylə deyil də ürəkləriylə görmək istəyərlər. Yəni hiss etmək istəyərlər. Mən də səni ruhumun dərinliklərində hiss edirəm sevgilim çünki səni çox sevirəm. Sevgililər günümüz mübarək olsun!
Güllər danışsın sənə olan sevgimdən, güllər danışsın yanlızlığımdan çarəsizliyimdən. Yavaş yavaş əriyən ürəyimdən güllər danışsın mən danışa bilmədim.
Ürəyimdəki tək arzu, xəyalımdakı tək tutqu, məni yaşadan tək duyğu sənmişsən birdənəm… Sevgililər gününü təbrik edirəm. Neçə belə günlərə.
Gəl tut əllərimi! Mənimlə yan! Mənimlə meydan oxu hər çarəsizliyə! Mənimlə yat mənimlə oyan. Birlikdə varaq neçə illərə.
Bir quş olub getsəm, aşsam bütün əngəlləri, çatsam sənin yanına. Öpsəm doyana qədər, qoxlasam səni, ən böyük hədiyyə bu olar mənə.
Məni qaranlıqdan aydınlığa, yalandan gerçəyə, ölümdən ölümsüzlüyə gətirdiyin üçün təşəkkür edirəm. Səni sevirəm.
Könlümə taxt qurdun, könlümün sutltanı oldun, gecə göy üzündə parıldayan ulduzum, sabah isə ruhuma doğan günəşim oldun. Sevgililər günümüz mübarək.