Ümumi

Karamelin hazirlanmasi

Karamelin hazirlanmasi üzrə ressept axtarışındasınızsa, saytımızda tapa bilərsiniz. Burada bir deyil, bir neçə ressept təqdim olunur. Tortları dadlı edən, onlara xüsusi ləzzət verən karamel eyni zamanda bir çox başqa şirniyyat növlərinin hazırlanmasında da istifadə olunu. Axtardığınız ən ləzzətli karamelin hazirlanmasi ressepti buradadır.

RESSEPT 1

Tərkibi:

  • 1 stəkanı şəkər tozu
  • 5 xorək qaşığı su
  • 5-6 damcı limon suyu
  • 100 qr kərə yağı (2 xorək qaşığı)
  • 100 qr qaymaq (və ya südün üzərində yığılan qaymaq)
  • 1 çay qaşığı vanil

Hazırlanma qaydası:

Şəkər tozu, limon suyu və 5 xorək qaşığı suyu bir tavaya töküb zəif odda qaynamağa qoyun. Arada bir tavanı yelləyərək qarışdırın. (Karamelize olduqda qaşıqla qarışdırmayın!). Şəkər tozu qaynadıqca rəngi tündləşməyə başlayacaq. Südlü qəhvə rəngini aldıqda içərisinə kərə yağını əlavə edib əriyənə qədər qaşıqla qarışdırın. Daha sonra qaymağı da əlavə edib sürətlə qarışdırmağa davam edin. Əridikdə ocaqdan götürüb, vanil əlavə edib 2 dəqiqə daha çırpmağa davam edin. Əgər içində qaymaq parçaları varsa əl blenderi ilə qarışdıra bilərsiniz. Blenderlə qarışdırdıqda rəngi bir az daha açılacaq. Karameli istiykən şüşə qaba boşaldın. Soyuduqda qapağını bağlayıb soyuducuda saxlayın.

RESSEPT 2

Ev üsulu karamel sosu
Bu reseptdən bir stəkandan biraz az sos əldə edəcəksiniz.

• 1 st. şəkər
• 80 qr. kərə yağı
• 1/2 st. krema, yəni qaymaq (120 ml) (məsləhət görülən yağlılıq miqdarı 30%)
• 1 ç.q. dəniz duzu (adi duz istifadə edirsinizsə, biraz az)

Hazırlanma qaydası:

1. Bir tava və ya qazanın içinə şəkəri töküb, qazın üzərinə qoyun, yavaş-yavaş spatula və ya taxta qaşıqla qarışdırın.

2. Bir neçə dəqiqə sonra şəkəriniz əriyəcək və əmbər (yantar) rəngi alacaq. Şəkərlərin hamısının əriməsini gözləyin, amma istiliyini az edin ki, karameliniz yanmasın.  Bu məqamda şəkər tozu düyün-düyün durduğu üçün dəfələrlə bişirməyimə baxmayaraq, narahatçılıq hissi keçirirəm, bəlkə bu dəfə elə bu şəkildə qalacaq düşünürəm. Amma, biraz daha isti vurduqdan sonra bütün şəkərlər əriyir, sadəcə səbrli olmaq, şəkərlərin əriməsini və sonra əmbər rəngli olmasını gözləmək lazımdır.

3. Ərimiş və ənbər rəngində olan karamelin üzərinə kərə yağını əlavə edin, qarışdırmağa davam edin, amma əlinizi qoruyun.

4. Üzərinə kremanı əlavə edin və qarışdırın, bir dəqiqə sonra qazın üzərindən götürün.

5. Kənara qoyun və duzu əlavə edib qarışdırın.

6. Başqa bir qaba tökün, yaxşı olar ki ağzını bağlaya biləcəyiniz qab olsun ki, soyuducuda saxlaya biləsiniz, təzə vaxtı duru olacaq, soyuyandan sonra sosunuz nisbətən qatılaşacaq.

Karamel sousunuz hazırdır. 

RESSEPT 3

Məhsullar:
– 175 qr şəkər tozu
– 120 qr yağlı qaymaq
– 30 kq kərə yağı
– vanilin
Hazırlanması:
1. Divarları qalın qazanı qızdırın, içinə şəkər tozunu tökün, orta odda əridin, vaxtaşırı qarışdırın ki, yanmasın.
2. Şəkər tozu kəhrəba rəngində olmaldır. Çalışın, şəkər tozu yanması, əks halda dadı acı olacaq.
3. Qaymağı yaxşı qızdırın (qaynatmayın!)
4. İsti qaymağı əridilmiş şəkərin içinə qarışdıra-qarışdıra tökün.
5. Yumşaq kərə yağı və vanil əlavə edin, yenə yaxşı qarışdırın. Hazır karameli soyuducuda saxlayın.  

RESSEPT 4

Krem üçün:
2-3% yağlılıqlı süd
1 x.q. şəkər tozu
1 x.q. vanilli şəkər
1 yumurta
2 yumurta sarısı

Karamel üçün:
100 q şəkər tozu
100 ml su

Hazırlanması:
Əvvəlcə karameli hazırlayın. Bunun üçün tayqulpa şəkər tozu töküb orta itilikdə ocağın üstünə qoyun. Şəkər tozu karamel halına gələnədək saxlayın. Amma çox bişirməyin, desertə acı dad verə bilər.

Karamelizə edilmiş şəkərə ehtiyatla qaynar su əlavə edin, qaynara düşəndən sonra orta itilikdə odda qatı şərbət halınadək bişirin.

Ocaqdan götürün.

Krem hazırlamaq üçün südü qızdırın. 1 yumurta və 2 yumurta sarısını şəkər tozu və vanilli şəkərlə qarışdırın (çalmayın, sadəcə, qarışdırın).

Dayanmadan qarışdıra-qarışdıra buraya nazik axınla qaynar südü əlavə edin.

Formaları (təxminən 250 ml-lik) kərə yağı ilə yağlayın. Dibinə karamel, üstünə isə yumurta-süd qarışığını əlavə edin. Sonra formaları dərin siniyə qoyun. Həmin sininin içinə formaların yarısına çatacaq qədər qaynar su tökün.

Sinini 150 dərəcə qızdırılmış sobada 45 dəqiqə saxlayın.

Hazır deserti sobadan çıxarıb otaq temperaturunadək soyudun. Sonra soyuducuda bir neçə saat saxlayın.

Süfrəyə verməzdən əvvəl iti bıçağın ucu ilə formanın kənarlarından ayırın, sonra boşqaba tərs çevirin.

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button