Ümumi

Gavali salati

Gavali salati etmək istəyənlər üçün fərqli resseptləri təqdim edirik. Salatlar içində ən çox bəyənilənlərdən biri olan bu salat müxtəlif ərzaqlarla, fərqli ləzzətlərdə hazırlanıla bilir. Bayram günlərdə, xüsusi günlərdə, qonaq gəldikdə hazırlaya biləcəyiniz ən gözəl salatlardan biridir. Analar.az olaraq bu dadlı və xeyirli gavali salati resseptini sizlərə təqdim edirik.

Ərzaqlar:

  • 100 qr qara gavalı
  • 100 qr toyuğun döş əti
  • 100 qr qoz ləpəsi
  • 2 ədəd kartof
  • 2 ədəd kök
  • 2 ədəd yumurta
  • Mayonez
  • Duz

Hazırlanma qaydası belədir:

  1. Kartof, kök, yumurta bir qabda, döş əti ayrı qabda bişirilir.
  2. Bişmiş döş əti didilir, digər ərzaqlar rəndədən keçirilir.
  3. Daha sonra qoz ləpəsi üyüdülür.
  4. Kartof ilk öncə servis qabına tökülür, üzərinə mayonez çəkilir.
  5. Daha sonra kök də eyni qaydada hazırlanılır.
  6. Daha sonra üzərinə gavalı tökülüb mayozənilir.
  7. Gavalının üzərinə qoz ləpəsi də eyni qaydada hazırlanılır.
  8. Bütün inqidentlər növbəli şəkildə bu qaydada mayonezlərək üzt-üstə yığılır.
  9. Ən sonda qoz ləpəsi üzərinə tökülür və mayonezlənmir. Qara gavalı ilə bəzək verərək servis edə bilərsiniz.
Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button