Bayramlar

Ramazanın on ikinci gününün duası

Ramazanın on ikinci gününün duası saytımızda təqdim olunur. Bu müqəddəs ayda hər bir müsəlmanının bir amalı olur. Nəfslərini tərbiyə etmək, acları doydurmaq, insanlara daha çox yaxşılıq etmək. Ramazan bu gözəl əməllərin bayramıdır. Ona görə də hər zaman digər bayramlardan və aylardan seçilir.

“Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin”.

Tərcüməsi:

“İlahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətcillik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi”.

5/5 - (1 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button