Ümumi

Novruz bayramına aid inşa

Novruz bayramı xalqımızın milli bayramlarından biridir. Bu bayram bizə ta atalarımızdan miras qalmışdır. Novruz bu gün də Azərbaycanda böyük təm-təraqlı şəkildə qeyd olunur, böyük şənliklər təşkil olunur, hər kəs əylənir, deyir gülür. Bayramın gözəl adət-ənənələri vardır ki, onlardan bəziləri günümüzə gəlib çata bilmişdir. Novruz gəlişini xəbər verən çərşənbələr, fallar, adətlər bu bayramı bizə daha da sevdirir.

Novruz sözünün mənası “yeni gün” deməkdir. Baharın gəlişinin ilk günü də yeni gün, yeni il kimi qeyd olunur.

Novruzun xəbərçiləri olan çərşənbələr – su, od, yel və torpaq olaraq adlandırılır.

İlk çərşənbədən əvvəl artıq təmizlik işlərinə başlanılır. Həyət-baca qaydasına salınır, evlərin divarları rənglənir. Su çərşənbəsində su ilə bağlı inanlar yerinə yetirilir, Od çərşənbəsində tonqal yandırılır, Yel çərşənbəsində yorğan-döşək havaya çıxarılır, Torpaq çərşənbəsində yerlər şumlanır, ağaclar budanır.

Bundan əlavə İlaxır çərşənbədə fallar edilir. Novruzun bir maraqlı tərəfi də inanclarıdır. Qulaq falı, iynə, üzük, alma, yumurta falı kimi inancları vardır ki, son çərşənbədə və bayram axşamında edilir.

Qədimlərdə hər kəs bir yerə toplaşanda müxtəlif oyunlar oynanılırdı, el şənliklərində aşıqlar saz çalıb nəğmələr söyləyərdi, qızlar, gəlinlər, gənclər bayatılar oxuyub haxıştalar deyərdilər.

Çərşənbələrdə xonçalar bəzədilərdi. Xonça bəzəməyin də xüsusi qaydası var. Xonçda 7 “S” hərfi ilə başlayan nemət olmalı, ailə üzvlərinin sayına görə şam yandırmalıdır.

Çərşənbələrdə şəkərbura, badambura, paxlava, qoğal kimi Novruz şirniyyatları bişirilər, yumurtalar boyanardı. Novruzun ilk çərşənbəsində niyyət olunaraq səməni qoyulardı. Səməni bolluq-bərəkət deməkdir. Xonçada eyni zamanda çərəzlər də olmalıdır. Hər bir atributun xüsusi bir mənası vardır.

Novruzun gözəl adətlərindən bidir də Kosa və Keçəldir. Bu qəhrəmanlar duzlu-məzəli söhbətləri, oyunları ilə izləyiciləri əyləndirərdi.

Bayram axşamlarında papaq atma, yumurta döyüşdürmə kimi maraqlı adətlərimiz də vardır. Uşaqlar və yeniyetmə oğlanlar qapılara papaq atar, əvəzində şirniyyatlar götürərdilər. Yumurta döyüşdürən uşaqlar və gənclər isə mərc edər və qaanardılar.

Çərşənbələrdə iri tonqal qalanar, hər kəs ətrafına yığışardı. Tonqalın üzərindən tullanaraq, il ərzində olan dərdi-qəmi, ağırlıqları orada yandırardılar.

Azərbaycanda hər il Novruz şənliyi təşkil olunur ki, bu şənlikdə uşaqdan-böyüyə hər kəs iştirak edir. Milli adət-ənənələrimiz, milli atributlarımızın hər biri bu şənliklərdə sərgi olunur. Novruz şənliklərində Dədə Qorqud, Bahar qız, aşıqlar, pəhləvanlar, Kosa və keçəl iştirak edər, milli rəqlər edilər, Novruza aid bayatılar, mahnılar söylənilər.

Əziz oxucular Novruz haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, bu https://analar.az/novruz-bayrami-haqqinda/ linkə daxil ola bilərsiniz.

5/5 - (1 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button