Ümumi

Yeni il sehnecikleri 🎄

Yeni il sehnecikleri axtarışında olanlar maraqlı bir səhnəciyi saytımız vasitəsilə yarada bilərlər. Məktəb və baöçalarda hər il dekabr ayında Yeni il şənlikləri təşkil olunur. şənlikdə Şaxta baba, Qar qız, klonlar, eyni zamanda uşaqlar çıxış edirlər. Mahnılar oxunur, şeirlər söylənir, rəqslər edilir. Fərqli Yeni il şənliyi üçün ssenari tapa bilməsinizsə, o zaman bu məqaləmiz ilə tanış olun.

YENİ İL ŞƏNLİYİ SSENARİSİ

2013-2014 il üçün “Yeni İl” şənliyinin ssenarisi.

Aparıcı T

  • Açın qapıları,taybatay açın
  • Təzə il vətəninə vüqarla gəlsin
  • Duyub arzusunu yarın yoldaşın
  • Könüllər dindirən baharla gəlsin.

Aparıcı B

  • Bilib rəhbərliyində qəhrəmanların
  • Zəfər məclisinə zəfərlə gəlsin
  • Görub sevincini mərd insanların
  • Yaxası, günəşlə, səhərlə gəlsin

Aparıcı T-

  • Salam əziz uşaqlar və hörmətli müəllimlər!

Aparıcı B

  • Xoş gördük sevimli, qayğıkeş, gülərüz dostlar

Ap. T və Ap. B- Yeni iliniz mübarək !!!

yeni arzular

Aparıcı B-

  • Budur,2014-cü ilin astanasındayıq.Görəsən qarşıdan bizi hansı yeniliklər gözləyir.

Aparıcı T-

  • İcazə verin şənliyimizi bir mahnı ilə başlayaq. Oxuyur Cəfərov Mirəhməd.

Aparıcı-B 

  •  “Yeni il gəldi” oxuyurlar………..sinif öyrəni……………………… . ………………………………………… .. ………………………………………………………. ..

Aparıcı T

  • Hər bir tədbirin belə adət ənənəsi var ki, böyük sözünə, böyük nəsihətlərinə ehtiyac duyulur.

Aparıcı B

  • Məhz buna görə ilk sözü məktəbimizin direktoru Rauf müəllimə veririk.

Aparıcı T

  • Uşaqlar gəlin,şaxta baba gələnə qədər………….. və ……..ni rəqsə dəvət etmək.

Aparıcı B- Uşaqlar nədənsə şaxta baba yubanır.Gəlin onu səsləyək.

Şaxta baba- Salam uşaqlar! (Xor salamı alır)

Mənim nəvələrim, nəticələrim! Axır ki, qarlı dağları aşıb,çoxlu-çoxlu elləri dolaşıb,nəhayət sizinlə görüşə gəldim.Bax Qar qız balamla sizlərə çoxlu-çoxlu sovqat da gətirmişəm.Uşaqlar düzünü deyim ki,bu fərqli sizin məktəbə gəlmirdim. həyətindən keçirdi.İçəridən eşitdiyim musiqi məni bura gəlməyə məcbur etdi. Uşaqlar elə gözəl oxuyurdular ki,düzü bayaqkı musiqinin təsirindən qurtarmamışam.Deyirəm Qar qız, o musiqini bir də çalsaydılar balalarımızla bir yerdə oynayardıq.(rəqs çalınır,şaxta baba uşaqlarla oynayır)

Şaxta baba- çox sag olun uşaqlar,çoxdandır ki, belə rəqs etməmişdim.Düzdür,bir balaca yoruldum.Axı sizə baxanda mən bir balaca qocayam.

Qar qız-Uşaqlar,Şaxta baba sizə hədiyyələr verir.

Şaxta baba- darıxma Qar qız,görürəm uşaqlar da bizə hədiyyələr hazırlayıblar.Qoy əvvəl onlar təqdim etsinlər,sonra biz.

Qar qız-Nə deyirəm,buyursunlar.

Aparıcı-B İndi mən sinif şagirdləri………………………………… .. ……sizin şeir söyləyəcəklər.Buyurun uşaqlar.

Aparıcı-B…………………………..gözəl bir mahnı ilə şaxta babanı təbrikə gəldi.Gəlin onu dinləyək.

Aparıcı B.Əziz uşaqlar bir yarış keçirək.Xahiş edirəm iki qoçaq uşaq səhnəyə buyursun.Kim bu tortu tez ye o qalib hesab olunacaq.Ona şaxta babanın hədiyyəsi var.Uşaqlar sizin alqışlarınızın müşaiyəti ilə yarışa başlayaq.

Aparıcı T- Uşaqlar yenə söz I-lərindi.Onlar şaxta baba və Qar qız üçün şeir hazırlayıblar…………………….. ….. ……………………………………… …… …………………………………………

Aparıcı B-Əziz uşaqlar 31 dekabr

Aparıcı T

  • Xoş qədəm olasan səni,təzə il,
  • Təzə arzularla doydun qapımı
  • Durma ürəklərdə qəm qüssəli sən
  • Sevinsin, şad olsun, qoy gülsün hamı

Aparıcı B

  • Təzə cığır düşsün,təzə iz düşsün
  • Sinən ilk addıma ilk dayaq olsun
  • İlk dəfə sevənlər, səndə görüşsün
  • Vüsal ayaq açsın, qoy yaşa dolsun

Aparıcı T

  • Gəlir yenə təzə il, arzular təzələnir
  • Bu gəlişlə hər yana gülüş çiçək açılır

Aparıcı B

  • Şən mahnılar ucalsın,hamı sevinsin gülsün
  • Bu bayram gecəsində mahnı,gülüş seçilsin

Aparıcı T- yenə bir mahnı payı.oxuyur……………….

Aparıcı B-

  • Açın qapıları pişvaza çıxın
  • Əzizdən əzizdir bu gələn qonaq
  • Böyük bir hörmətlə əlini sıxaq
  • Qədəmi ugurlu təzə il gəlib

Aparıcı T-Gəlin Şaxta babadan xahiş edirəm ki,şagirdlərin hədiyyəsini gətirsin

Aparıcı B-Hamının ürəyində arzu dolu bir ürək çırpınır.Yeni il arzuları.Qoy qarşıdan gələn yeni 2014-cü il hamıya xoşbəxtlik ,yesevinc gətirsin.ın yets hamırı

Aparıcı- Yeni iliniz mübarək!

Aparıcı- Yeni iliniz mübarək!

Aparıcı I, II Yeni iliniz mübarək !!!!!

Oxşar məqalələr

3.5/5 - (4 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button