Qaşınmanın təbii yolla mualicəsi üsulları (tövsiyyə) ✅
Qaşıntı günlük həyatda yaşadığımız olduqca narahatcılıq verən bir durumdur. Həyatımızın bir çox dönəmində qaşıntı problemindən şikayətci oluruq. Qaşıntıya daha çox yaz aylarında rast gəlinir. Qasinma problemini həll etmək üçün bir çox müxtəlif növ kimyəvi krem var. Amma bu məhsullar tərkibindəki kimyəvi maddələrə görə təhlükəlidir. Bunun əvəzinə qaşınmanın təbii yolla müalicəsi mümkündür.
Qaşınma haqqında maraqlı faktlardan biri də odur ki,qaşınmada əsnəmək kimi keçicidir. Əgər sizin qarşınızda biri qaşınsa sizdə də qaşınma olacaq. Ümumiyyətlə insanda gün erzində 100 dəfə qaşınma olur. Hal hazırda bu yazını oxuyarkən də bədəninizin müəyyən hissəsində qaşınma hiss edirsiniz.
Qaşınmaya allergiya və yaxudda daxili orqanların xəstəlikləridə səbəb ola bilər. Buna görədə ilk öncə qaşınmanın səbəbini araşdırmaq lazımdır.
Qaşınma allergiya və ya dəri problemi ilə əlaqəli deyilsə,müalicə üçün ixtisaslı mütəxəssisə müraciət etmək lazımdır.
Qaşınmaya nələr səbəb olur?
- -Mövsümlə əlaqəli və ya digər amillər-dərmana, qidaya və s.
- – Dəri xəstəlikləri
- – Şəkərli diabet
– Dəri quruluğu – dərinizin təbii sağlığını qoruması üçün yetəri qədər nəmli olması lazımdır. Xüsusilə də qış aylarında bağlı yerlərdə uzun zaman qalmaq kondisioner və sobaların yanması içəridə ki havanı qurudaraq,üzündə nəmliyini azaldır.
-Daxili xəstəliklər- bəzi qaşıntılar daxili xəstəliklərdən qaynaqlanır. Məsələn böyrək yetməzliyi, qaraciyər xəstəliyi, xərçəng və s. xəstəliklər qaşıntıya səbəb ola bilir.
– Əsəb pozğunluğu- çox insan “əsəbləşəndə qaşınıram” sözünü yəqinki eşidib ya da ki özünüz də o halı yaşamısınız.Streesli həyat bədəndəki dəngəni poza bilər. Sinir sisteminə təsir edən səbəblər qaşınmaya səbəb ola bilər. Və bu vəziyyət düzəlmədən qaşıntı keçməz.
– Qan azlığı da qaşıntıya səbəb olan amillər arasındadır.
Yaz mövsümündə həddsiz istilərlə əlaqədar tərləmə, alergik problemlər və bəzi həşaratların dişləməsi ilə qaşıntı ortaya çıxa bilər. Qaşıntını təbii yolla müalicə etmək daha sağlıqlıdır.
Qaşıntı əvvəlcə bədənin müəyyən bir hissəsində yaranır, sonra isə bədənin başqa hissələrinə yayılır. Qaşıntıya səbəb olacaq səbəblər ortadan qalxdıqdan sonra təbii halda müalicə edilir.
Qasinmanın tebii yolla mualicesi
Soyuq su: Soyuq su qaşıntıya yaxşı gələn ən yaxşı üsullardan biridir. Qaşıntı olan hissəyə soyuq su və ya buz parçası qoya bilərsiniz. Soyuq sudan sonra qaşıntı qısa vaxt
ərzində aradan qalxacaq.
Soda: Qasinmanı sakitləşdirən digər üsullardan biri də sodadır. Soda bütün qaşıntınızı aradan qaldıracaq. Bir yemək qaşığı sodanın üzərinə su əlabə edib qarışdırın. Sonra bu qarışığı qaşınan bölgəyə vurun.
Limon: Limon da qaşıntıya güclü təsir edən vasitələrdən biridir. Limonu çəkirdəyi ilə birlikdə qaşıntı olan hissəyə 15-20 dəqiqə müddətində sürün. Bundan sonra 15 dəqiqə daha gözləyin və qaşıntı olan hissəni soyuq su ilə yuyun. Beləliklə qısa müddət ərzində qaşıntınız keçəcək və özünüzü daha rahat hiss edəssiniz.
Aloe vera: İnsan sağlığına olduqca faydalı olan aloe vera tam olaraq bakteriya düşmənidir. Qaşıntınıza olduqca yaxşı təsir edəm aloe vera yağı minerallarla olduqca zəngindir. Aloe vera mayesini qaşıntı olan bölgənizə gün ərzində istədiyiniz qədər vura bilərsiniz. Həmçinin cildinizin sağlığınada yaxşı təsir edəcək.
Mixək yağı : Mixək yağı tərkibindəki maddələrin təsiri ilə qaşıntını həmin an kəsər. Mixək yağını lazım olan hissəyə sürtün 10-15 dəqiqə gözləyib yuyun.
Yulaf: Yulafın tərkibində olan antioksidanlar səbəbi ilə qaşıntıya səbəb olan amilləri aradan qaldırır. Çox az miqdarda yulafla suyu qarışdırın. Krem halına gəldikdə qaşınan nahiyəyə vurun. Qaşıntının keçdiyini hiss etdikdə su ilə yuyun.
Qasinmanin tebii yolla mualicesi üsullarından biri də eyni miqdarda qalay tozu, keşniş şirəsi, bağayarpağı şirəsi və qızılgül yağını qarışdıraraq məlhəm hazırlayıb qaşınan nahiyəyə sürtməkdir.
Qaşınma zamanı ehtiyatlı olmaq lazımdır. Bədəni qaşıdıqca dəri əlavə histamin ifraz edərək beyinə daha çox qaşıntı siqnalları göndərir. Həddindən artıq qaşıdıqda isə dərini zədələmək olar. Nəticə də pis yaraya və ya infeksiyaya yoluxmaq hissi var.
Qaşıntı necə keçər?
Qaşıntını keçirmək üçün ilk növbədə qaşıntlya səbəb olan amillərin üstünde durmaq lazımdır.
Tərləmə: tərləmə qaşıntıya səbən olan faktorlar arasında öndə gəlir. Əgər çox tərləyən birisinizsə qaşıntınız da olacaq. Tərləmə keçincə qaşıntıda normal olaraq keçəcək.
Parça seçimi : seçdiyiniz parçalar da qaşıntıya səbəb ola bilər. Sintetik parça seçiminiz daha çox qaşıntıya səbəb ola bilir. Qaşınmanız çox olmasın deyə pambıq parçalardan istifadə edə bilərsiniz.
Paltar yuyarkən yumşaltıcı istifadə etməməyə özən göstərin. Yumşaldıcı paltarlarda qaşınmaya səbəb ola bilər. Dəriyə də zərər verə bilər. Buna görədə bədəndə qaşıntı yaranır. Paltar yuyarkən daha təbii yuyucu vasitələrdən istifadə edərək qaşıntınızı keçirə bilərsiniz.