Ümumi

Reyhan kompotu

Reyhan kompotu yay aylarında ən çox hazırlanan sərin içkilərdən biridir. Həm hazırlanması ucuz başa gəlir, həm xeyirlidir, həm də dadlıdır. Yay aylarında müxtəlif növ meyvə və bitkilərdən şirələr, kompotlar hazırlanılır. Gəlin bu asan hazırlanan içki ilə siz də tanış olun.

Sizə aşağıda sadalanan ərzaqlar lazım olacaq:

  • 1 dəstə reyhan
  • 3 l su (və ya 10 st su)
  • 1 st şəkər tozu (və ya 10 x.q şəkər tozu)
  • 1 ç.q limon duzu

Hazırlanma qaydası:

  1. Reyhan yuyulub təmizlənilir.
  2. Qazana su tökülür qaynamağa qoyulur.
  3. Qaynadıqdan sonra qazana şəkər tozu, limon duzu və reyhan əlavə olunub qapağını bağlayırıq.
  4. Soyuyandan sonra servis olunur.

Nuş olsun!

5/5 - (1 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button