Biber salati
Biber salati hazırlamaq istəyirsinizsə, zaman bizim sizə təqdim etdiyimiz resseptlər ilə tanış ola bilərsiniz. Salatı qonaq gəldiyində, bayramlarda, özəl günlərdə və adi vaxt hazırlaya bilərsiniz. Hazırlanma qaydası olduqca asandır. Sizə aşağıdakı ərzaqlar lazım olacaq:
- 450 qram toyuğun döş əti
- 1/2 çay qaşığı duz
- 1 ədəd qabığı soyulmuş xiyar
- 2 ədəd yerkökü
- 1 ədəd yaşıl Bolqar bibəri
- 1 ədəd qırmızı Bolqar bibəri
- 1 ədəd sarı və ya narıncı Bolqar bibəri
- Şüyüd
- Duz
- Istiot
- 4 xörək qaşığı mayonez və yaxud 2 xörək qaşığı xama
Hazırlanma qaydası:
- Toyuğun döş əti duzlu suda bişirilir.
- Yerkökü də suda bişirilir, daha sonra qabığı soyulur.
- Xiyarın qabığı soyulur.
- Döş ətini, xiyarı, yerkökünü, bolqar bibərləri uzunsov şəkildə doğrayın.
- Duzu, istiotu, mayonezi və şüyüdü zövqə görə tökərək qarışdırın. Nuş olsun!
Ressept
- Mayonez
- 1 ədəd böyük kök
- 300 qr toyuq filesi
- Duz
- 3-4 ədəd turşu xiyar
- 3 ədəd bibər (yaşıl, sarı, qırmızı)
- 200 qr göbələk konservi
- İstiot
Hazırlanma qaydası:
Bu salatın hazırlanma qaydası çox asandır.
- Toyuq filesi və kökü bişirin.
- Digər ərzaları da uzunsov şəkildə doğrayın.
- Hər birini bir qaba töküb üzərinə mayonez və duz, istiot əlavə edərək qarışdırıb servis edin. Nuş olsun!
Ressept 3
Közlənmiş bibər salatı
- 10 ədəd qırmızı bibər
- 1 stəkan zeytun yağı
- yarım stəkan sirkə
- 2 diş sarımsaq
- Duz
- təzə kəklikotu
Hazırlanma qaydası:
- İlk öncə qırmızı bibərləri soba sinisinə qoyub sobada közləyin.
- Qabıqlarını və tumlarını təmizləyib bir qaba düzün.
- Bir kasa götürün zeytun yağı, duz və sirkəni içərisinə töküb qarışdırın.
- Sarımsağı xırda-xırda doğrayın və zeytun yağına qarışdırın. Bu qarışığı qırmızı bibərlərin üzərinə tökün. tökün. (Təzə kəklikotu ilə bəzəyərək süfrəyə verə bilərsiniz)
Qeyd: Qırmızı bibərlərə əlavə olaraq közlənmiş badımcan da əlavə edə bilərsiniz.
Ressept 4
Rəngli bibər salatı
- 4 kartof
- 4 yumurta
- 3 yerkökü
- 3 duzlu xiyar
- 2 yaşıl bibər
- 2 qırmızı bibər
- 100 q ət və ya toyuq döşü
- 3 budaq cəfəri
- 500 q mayonez
- Duz
Hazırlanma qaydası:
- Kartot, yumurta, yerkökü, toyuğun döş əti, suda bişirilir.
- Ərzaqların hər biri uzunsov şəkildə doğranılır.
- Bütün inqridentlər doğranılaraq üzərinə zövqə görə duz, cəfəri və mayonez tökülərək qarışdırılır.
Ressept 5
Acı bibər salatı
- Yarım kq acı bibər
- 6 diş sarımsaq
- Yarım su stəkanı qoz içi
- 1 yemək qaşığı sirkə
- 1 su stəkanı su
- 1 şirin qaşığı toz şəkər
- 1 su stəkanı qatıq
- Yarım su stəkanı zeytunyağı
Hazırlanma qaydası:
- Bibərləri halqa şəklində doğrayın.
- Sonra sarımsağı da doğrayaraq bu qarışığa əlavə edin.
- Kiçik bir qazanda yağı qızdırın və bibərləri orada 15-20 dəqiqə qızardın.
- Qırmızı bibər, şəkər, duz və suyu
- Bibərlər yumşalıb suyunu çəkincə ocaqdan götürün və üzərinə sirkəni əlavə edib soyumağını gözləyin.
- Soyuduqdan sonra qatıq və qoz qarışdırıb süfrəyə servis edin. Nuş olsun!
Resept 6
Bibər salatı axtarışında olanlar üçün fərqli resseptlər təqdim edirik. Bu resseptlərin içərisindən ağız dadınıza uyğun olanı seçib hazırlaya bilərsiniz. Hazırlanma qaydası olduqca asandır.
Ərzaqlar:
- 300 q toyuğun döş əti
- 4 ədəd şirin bibər
- 1 ədəd tər xiyar
- 2 ədəd kök
- 1 ədəd tutma xiyar
- 1 kiçik banka konserv olunmuş qarğıdalı
- 4-5 x.q zeytun yağı
- Kiçik dəstə şüyüd
- Duz, istiot
Hazırlanma üsulu:
- Toyuğun döş etini duzlu suda qaynadın.
- Yerkökünü suda bişirin, qabıqlarını soyun.
- Hər bir ərzaq uzunsov şəkildə doğranılır.
- Şüyüdlər doğranılır və bütün ərzaqlar qarışdırılaraq zeytun yağı əlavə olunur. Servis olunarkən üzərinə keşni, şüyüd, cəfəri ilə bəzək verə bilərsiniz.
qadınları, yemek reseptləri , Hamilə qadın , ana südü, uşaqlar, uşaq yemekleri, intim münasibətlər, qadin xeberleri, sağlamlıq xəbərləri, faydalı melumatlar, ən yeni 2023 deb moda, kosmetika mehsullari , gozellik və sağlamlıq haqqında məlumatlar ala bilərsiz.