Bayramlar

Ramazan ayının 1-ci gününün duası

Ramazan ayı bütün müsəlmanların böyük həvəs və sevinclə gözlədiyi ən müqəddəs aylardan biridir. Bu ayın ən gözəl tərəflərindən biri oruc tutmaqdır. İnsanlar pis vərdişlərindən uzaqlaşır, kasıblara yardım olunur, nəfsimiz tərbiyə edilir. Ramazanın ilk günü üçün imsak və iftarda oxunan dualar bunlardır.

Bu günün duası:

Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin.

Tərcüməsi:

İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla, ey günahkarları bağışlayan!

5/5 - (1 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button