Ümumi

Torpaq çərşənbəsi mesajları 🌱

Torpaq çərşənbəsi mesajları saytımızda təqdim olunur. Novruzun ən gözəl tərəflərindən biri çərşənbələrdir. Bu çərşənbələr hər kəsi bir-birinə daha yaxınlaşdırır, daha doğmalaşdırır. Saytımızda sizlərə təqdim olunan təbrik mesajları sayəsində doğmalarınıza səmimi hisslərinizi, bayram təbriklərinizi yollaya bilərsiniz. Torpaq çərşənbəsi mesajlarını təqdim edirik.

Torpaq oyanır.. Təbiət gözəlləşir.. İlaxır çərşənbəniz mübarək olsun!

İlaxır çərşənbədə bağ-bostan yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.

Sonuncu çərşənbə Torpaq çərşənbəniz mübarək olsun!

İlaxır çərşənbədə hamı 7 dəfə – ya 1 tonqalın üstündən 7 dəfə və yaxud da 7 tonqalın hərəsinin üstündən 1 dəfə tullanmalıdır. Tonqalın üzərindən tullanarkən bu sözlər deyilməlidir: “Sarılığım sənə, qırmızılığın mənə”, yaxud da “Ağırlığım odda yansın”. Çərşənbəniz mübarək!

Torpaq çərşənbəsi ilə Novruz çərşənbələri geridə qalır. Ən gözəl bayramımız Novruz bayramı gəlir!

Torpaq çərşənbəsi bütün Azərbaycana firavanlıq, bərəkət gətirsin!

Bayramlar gözəldir. Bayramlar insanları bir-birinə bağlayan ən dəyərli günlərdir. Torpaq çərşənbəmiz mübarək!

Yeni fəsilə artıq qədəm qoyuruq. Torpaq oyanır, hər yer canlanır. Torpaq çərşənbəniz mübarək!

İlaxır çərşənbədə hər kəs bir yerə toplanır. Bir-birini təbrik edir. Bu təbrikim də sizin olsun. Süfrəniz bərəkətli, eviniz xoşbəxt, üzünüz daim gülər olsun!

Hər zaman üzlərinizdə gülüş, süfrənizdə bolluq, evinizdə xoşbəxtlik olsun! Torpaq çərşənbəniz mübarək olsun!

Torpaq çərşənbəsi şəkilli mesajlar

5/5 - (1 Səs)

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button