Qoc burcunun sevgisi
Zodiakın bütün üzvləri arasında, Qoç qədər özünü sevgiyə adayan və o qədər də klassik romantiklərdən anlamayan başqa bir bürc yoxdur! Onların xoşladıqları insanın ürəyinə girmə yolu özlərinə xasdır. Sevdikləri insana özlərini göstərmək üçün səxavətli, fövqəladə, təsir edici və alovlu işlərə cəhd edə bilərlər. Rədd etməyi qürur məsələsi halına gətirmələri görülməmiş şey deyil.
Münasibətlərində son dərəcə qısqancdırlar. Sevdiyini heçkimlə bölüşmək istəmir. Bir anda aşiq olur və bir anda imtina edə bilər. Azadlığını qurban verə biləcəyi insan çox azdır. Onların ehtirasları dərin, həssasdır. Qoc burcunun sevgisi çox əhəmiyyətlidir. Çox bəyənilən bir insan olsa belə, özünə güvənmir. Həmişə qüsurlarının olduğunu düşünür və həyatı özünə zindan edir.
Qoç balıqlar və xərçəng kimi çox emosional bürclərlə uyğunlaşmaqda çox uğurlu deyil. Ancaq aralarındakı elektrik hər ikisinində bir-birini kəşf etməsi üçün gözəl bir səyahətin başlanğıcı ola bilər. Qoç bürcü sevgidə daim dəyişən münasibətləri ilə Oxatan bürcünə bənzədiyi üçün ikisinin də yaxşı uyğunlaşacağını söyləyə bilərik.
Qoç bürcü sevgidə
Qoç ümumiyyətlə çox romantik bir bürc deyil. Romantika yaşamağına şərait yaradan digər tərəf olmalıdır. Kiçik sürprizlər və əyləncəli fəaliyyətlərlə Qoçların diqqətini cəlb etmək çox çətin olmayacaq. Ümumiyyətlə məntiqlə hərəkət edən və iş həyatına böyük əhəmiyyət verən Qoç münasibətlərində qarşı tərəf bəzən laqeydlikdən və sevgisizlikdən şikayətlənə bilər. Ona sizə vaxt ayırmasın təmin edin. Birlikdə yaxşı və kifayət qədər vaxt keçirə bilsəniz, o zaman yaxşı bir cütlük yaradacağınızdan əmin ola bilərsiniz.
Qoç çox zamanı münasibət üçün bir insan deyil. Uzun tərəfdaşlıqlar onun üçün uzaq görünür. Ancaq yenə də onun harada və nə edəcəyini bilmək olmaz. Birinə aşiq olanda onu dünyanın ən xoşbəxt insanı da edə bilər. Qoç qadını münasibətlərdə asanlıqla güvənmir, həmçinin Qoç kişisi də. Etibarını qazanmaq üçün sevgilisi bir az çalışmalı olacaq. Qoç seksuallıqdakı təcrübələrə və yeniliklərə açıq olduğu üçün sevgililər yataqda bir-birlərini çox yaxşı tamamlayacaqlar.
Qoç bürcü kişisi sevgidə
Eşq həyatı Qoç kişilərində bir az təlatümlüdür. Ən kiçik səhvdə sevgisini, marağını itirir və buda problemə səbəb olur. Buna görə də Qoç kişisin həyat yoldaşı çox diqqətli olmalıdır. Kişi istənilən vaxt ovuclarından qaça bilər. Azadlığının məhdudlaşdırılmasını heç vaxt qəbul etmir və buna reaksiyası böyük və sərtdir. Qısqanclığı var, amma elə də böyük deyil. Eqoist bir xarakterə sahib olduqları üçün həddindən artıq sevgi və bağlılıqları yoxdur, ölçülüdürlər.
Qoç bürcü qadını sevgidə
Qoç qadınları, yaydığı cəlbedici və sevinc enerjisinin son dərəcə fərqində olan insanlardır. Bu fərqliliyi təkəbbürlü bir nöqtəyə aparmaz, ancaq son dərəcə ləzzətli hesab edərlər. Öz həyatlarında məqsədilərinə çatmış və rasional hədəflər çərçivəsində hərəkət edən insanlardan təsirlənirlənirlər . Başqa sözlə, bir xəyalı olmayan və ya özünə güvən problemi olan kişilər Qoç qadınlarının radarına girməkdə çətinlik çəkə bilər. Qoç qadınları sevgidən çox sevməyə, ehtirasdan daha çox paylaşmağa və andan daha çox zamana əhəmiyyət verirlər. Qoç qadınının ürəyinə girmək istəyirsinizsə, tanışlıq mərhələlərindən etibarən aranızdakı münasibəti yavaş-yavaş toxumalı, hər düyünü səbirlə atmağa alışmalısınız. Həm də onun ara-sıra dikbaşlığına hazır olmalısan!