Hansi burcler evlenir?
Qoç bürcü
Qoç bürcü insan həyatına daim rəng qatır. Qoç bürcü ilə evlənmək istəyən hər şeyə hazır olmalıdır. Qoç bürcünün qadınları hər zaman qürur və güc axtarırlar. Ancaq biraz da itaət istəyirlər. Çünki kiminsə onların üstündə hakimiyyətini qəbul eləmirlər. Əgər bir Qoç-la evlənsəniz həyatınız rəngli olacaq.
Buğa bürcü
Buğa bürcləri böyük toylara daha çox üstünlük verirlər. Evliliyə o qədər də meyilli deyillər. Evlilik qərarı Buğalar üçün çətin verilən bir qərardır. Çünki evlilikdən öncə münasibətdən əmin olmaq istəyirlər. Evliliklərində detaylı və göstərişi olmasını istəyirlər. Buğa kişisi ilə evlənsəniz bütün ehtiyaclarınızın qarşılanacağına əmin olun. Buğa qadınlarının öncəlikləri işdir. Evlilik onlar üçün kariyerdən sonra gəlir. Sevgi dolu, ideal bir yoldaşdılar.
Əkizlər bürcü
Əkizlərin yaxşı yoldaş olmasının səbəbi hər mühitə tez adaptasiya olmalarıdır. Əgər ehtiyaclarına dəyər verən və onunla həyat tərzini paylaşan biri ilə evlənirlərsə xoşbəxt olurlar. Əkizlər bürcü qadınları əsil ev xanımlardır. Əkizlər kişisi üçün hər şey əvvəlcə çətin olsada sonradan çox gözəl bir yoldaş olurlar. Əkizlərlə evlilik həyat dolu və zövqlüdür.
Xərçəng bürcü
Xərçəng bürcləri evə bağlıdırlar. Hər zaman daimi, huzurlu ailə həsrəti ilə yaşayırlar. Ailə onlar üçün ən önəmli anlayışdır. Ailələrinə hər zaman dəyər verib qorumağa çalışırlar. Əgər problem yaransa inadla həll elemeye çalışırlar.
Şir bürcü
Şir bürcləri idarə etməyi sevirlər. Bəziləri bunu problem eləmir amma sərbəstliyinə düşkün insanlar bunu problem edə bilərlər. Amma hər zaman hər şərtlər altında Şir bürcü ilə evlilik rəngli və romantik olur. Şir bürcü qadınları dəlicəsinə sevilmək istəyirlər hər zaman. Əgər laqeydlik görsələr xəyal qırıqlığı yaşayırlar. Hər zaman yoldaşlarının yanındadılar və hər sahədə dəstək olurlar.
Qız bürcü
Qızlar üçün maddiyyat önəmlidir. Evlənib bir düzən qurmaq istəyirlər. Evi rahat dolandıra biləcək qədər pul istəyərlər. Qız bürcü həm kişiləri həm də qadınları dır-dır etməyə və bir birilərini tənqid etməyə meyillidirlər. Qız bürcləri mütəşəkkil və güclü təşkilatçılıq qabiliyyətlərinə sahibdirlər. Həyat yoldaşını dəstəkləməkdən məmnundurlar.
Tərəzi bürcü
Tərəzilər də evlilik qərarını asanlıqla ala bilmirlər. Çünki qərarsız insanlardır. Münasibətlərinin uzun müddət rahat getdiyini hiss etdikdə rahatlayarlar. Özlərini hər zaman güvəndə hiss etmək istəyirlər. Evləndikdən sonra münasibətlərinim hər zaman xoş olması üçün əllərindən gələni edirlər.
Əqrəb bürcü
Əqrəblər sərbəstliyi sevir. Əgər əqrəb bürcləri ilə evlənməyi bacarsanız hərşey tamam dəyişəcək. Bu vəziyyətdə olanların çoxu qayğıkeş, diqqətli, sevən və həyat yoldaşını hər vəziyyətdə müvəffəq olmaq üçün dəstəkləyən bir həyat yoldaşı olur. Münasibətdə güvən hiss etməsələr qısqanc olurlar. Evliliklərini qorumaq üçün əllərindən gələn hər şeyi edirlər.
Oxatan bürcü
Oxatan üçün evlilik bir macəra dır. Əgər evlilikdə bu həyacanı itirsələr problemlər başlayacaq. Təəssüf ki elədə sədaqətli deyillər. Həyat yoldaşını hər şeyi birlikdə etmək əvəzinə başqa maraqlar tapmağa təşviq edirlər; lakin bu çox vaxt qısqanclıq böhranlarına səbəb ola bilər. Yoldaşlarına o qədər də bağlı deyillər.
Oğlaq bürcü
Evlilik Oğlaqlar üçün də ele də asand deyil. Hər şeyin yolunda olmasını istərlər. Yoldaşlarının evliliyin hər detalına fikir verməsini istəyirlər. Evlilik onlar üçün sonsuza qədər sürən bir münasibətin başlanğıcıdır. Ailələrinə vaxt ayırmağı sevirlər. Həmçinin maddiyyat da onlar üçün önəmlidir.
Dolça bürcü
Qorxu və narahatlıqlardan qurtulan kimi evlənməyə qərar verirlər. Dolçalar sadiq və səmimi yoldaşdılar. Yoldaşlarına lazımı qədər sərbəstlik verər, onlar üçün dəstəkləyici və sevgi dolu yoldaş olmağa çalışırlar. Əgər bunlar olmasa evliliklərində problem yaşana bilər. Hər zaman dəyişikliklər arzulayırlar və yeni maraq dairələri yaradırlar.
Balıqlar bürcü
Balıqlar yoldaşları ilə birlikdə yuxularını reallaşdırmaq istəyirlər. Onların hər zaman şəfqət dolu, yuxu kimi evlilikləri olur. Balıq bürcü qadınları ailələri ilə olmaqdan zövq alırlar. Balıq kişiləri uşaqlarına və yoldaşlarına qarşı çox dəstəkləyicidir.