Dualar

Oruc tutanda ne deyilir

Oruc tutanda ne deyilir, oruc tutan zaman hansı dualar oxunur, imsak və iftar vaxtları nə zamandır və s kimi suallarınızın cavabı saytımızda tapa biləcəksiniz.

Məlum olduğu kimi İslam dinin ibadətlərindən biri də hər Ramazan ayında bir ay boyunca oruc tutmaqdır. Bütün müsəlmanlar, səhhətində problem olmayan və həddi buluğa çatan insanlar oruc tuta bilər. Oruc nəfs tərbiyəsi ilə yanaşı insan orqanizmi üçün də çox faydalıdır. Bədən lazımsız maddələrdən azad olur, zərərli qidalardan uzaq qalınaraq orqanların işləmə fəaliyyəti yaxşılaşdırılır. Olduqca faydalı olan Oruc sübh tezden tutulur. Səhər namazından əvvəl oyanmalı, dualar oxunaraq imsak süfrəsinə əyləşib təamlardan dadılmalıdır. Adətən bu zaman lifli qidalara və insanları tox tutan qidalara üstünlük verilməsi tövsiyyə olunur. İftar süfrəsinə oturulan zaman isə orucu xurma və su ilə açmaq tövsiyyə olunur. Daha sonra başqa qidalardan dadıla bilər.

Bakı və digər bölgələr üçün oruc vaxtları biraz fərqlənir. İmksak və iftar saatları aşağıda sizlər üçün təqdim olunur.

İmsak duası

Tərcüməsi:

“Ya Rəbbim indi nə qədər sahura qalxan mömin varsa onların niyətini qəbul et. Qaxlmayanlara da niyət nəsib et Rəbbim”

Orucu açan zaman oxunan dua

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban ALLAHın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

“Allahummə ləkə sumtu və bikə əməntu ve əleykə təvəkkəltu və əla rizqıkə əftartu, fə təkabbəl minna. İnnəkə Sumtə’s-səmiu’l-alim.”

Tərcüməsi:
“Allahım! Sənin üçün oruc tutdum. Sənə iman etdim. Sənə güvənib dayandım. Ruzinlə iftar etdim. Bizdən bunu qəbul et. Şübhəsiz Sən, hər şeyi eşidən və bilənsən”

“Zəhəbə’z-zamən, və’btələti’l-uruku və səbətə’l əcru inşaallah”

Tərcüməsi:
“Susuzluk getdi. Damarlar islandı. İnşaallah savab sabit oldu”

“Ya vasia’l-mağfirəti. vağfirli və li validəyyə və li’l-mu’mininə yəvmə yəkumu’l hisab”

Tərcüməsi:
“Ey bağışlaması bol olan ALLAHım! Məni, ana-atamı və bütün möminləri hesab günündə mağfirət et”

Dəyərləndir

Əlaqəli yazı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Yoxla
Close
Back to top button