Namaz qılmaq qaydaları
İslam dünyası üçün vacib ibadətlərdən biri də namaz qılmaqdır. . Gündəlik beş namaz var: səhər, günorta, əsr, axşam və gecə namazları. Müsəlmanlar üçün vacib elan edilən bu ibadəti yerinə yetirmək istəyən bəzi insanlar ” namaz qilma qaydaları” sualına cavab axtarırlar. Xüsusilə ilk dəfə namaz qılmağa hazırlaşan və ya təzədən namaz qılmağa başlayan və hələ namaza alışmayan insanlar namaz qılmaqda çətinlik çəkirlər. Bəs namaz qilmaq qaydaları necədir?
Namaz qilmaq qaydalari
1.Namaz qılan şəxs qibləyə tərəf dayanıb əllərini qaldırır və hansı namazı qılacaqda ona niyyət edərək Allahuekber deyir və əllərini bağlayır.
2.Allahu Əkbər deyilərək Təkbir alınır və əllər bağlanır. Sonra sıra ilə Sübhanəkə, Fatihə və İxlas ( Qurandan başqa surə də olar) sürəsi oxunur.
3.Allahu Əkbər deyilərək Rükuya gedilir və burada 3 dəfə Sübhanə Rəbbiəl azim oxunur.
4.SemiAllahu limen hamideh oxunaraq rükudan qalxılır. Tam dik duranda isə RABBANƏ LƏKƏL HƏMD deyilir.
5. ” Allahu Əkbər” deyərək səcdəyə gedilir. Səcdədə dizlər, əllər, alın və burnun yerə dəyməsinə diqqət eləmək lazımdir. Burada 3 dəfə ” Sübhanə Rabiyyel-ale” oxunur.
6. ” Allahu Əkbər” deyərək oturulur Oturduqda iki dəfə RABBƏNƏĞİRLİ deyilir.
7. “Allahu Əkbər” deyilib təkrar səcdəyə gedilir. Səcdədə ikən üç dəfə SÜBHANƏ RƏBBİƏL – ALE deyilir.
8. “Allahu Əkbər” deyilib oturulur. İlk oturuşda ƏT-TƏRBIYYƏTİ duası, son oturuşda ƏT TƏHİYYATU, ALLAHUMMƏ SALLİ və ALLAHUMMƏ BARİK duaları oxunur.
Namazda oxunacaq surələr
- FATİHƏ SURƏSİ
- KÖVSƏR SURƏSİ
- İXLAS SURƏSİ
- ƏSR SURƏSİ
- FƏLƏQ SURƏSİ
- NAS SURƏSİ
Namazda oxunan dualar
SÜBHANƏKƏ
Namazda ayaqda ikən oxunur.Oxunduğu yerlər bunlardır:
1. Hər namazın ilk rükətində, başlanğıc təkbirdən sonra.
2. Əsr və İşa namazının ilk və üçüncü rükətinin əvvəlində.
3. Təravih namazı dörd rükətdən bir salam verilərək qılınarsa, üçüncü rükətə qalxılan zaman Fatihədən əvvəl.
4. Cənazə namazında birinci təkbirdən sonra.
ƏTTƏHİYYATU – Namazların hər oturuşunda oxunur
ALLAHUMƏ SALLİ və ALLAHUMMƏ BARİK- Bütün namazların son oturuşlarında Əttəhiyyatudan sonra.
2. Əsr namazının sünnəti ilə işa namazının ilk sünnətinin birinci oturuşunda Əttəhiyyatudan sonra.
3. Cənazə namazında ikinci təkbirdən sonra.
RABBƏNƏ ƏTİNƏ və RABBƏNƏĞİRLİ
QUNUT duaları –
Vitir namazının üçüncü rükətində Fatihə və surə oxunduqdan sonra əllər yuxarı qaldırılaraq təkbir alınır (Allahu Əkbər deyilir) və əllər təkrar bağlanaraq qünut duaları oxunur.