En yaxsi burcler
Yaxşı ya da pis bürc olmadığı kimi, bürclərin də yaxşısı pisi olmaz.
Əqrəbin gücü heçkimdə yoxdur. Heçkim Xərçəng kimi yaxınlıq qurmaz, kimsə Balıq dər yaradıcı ola bilməz. Və kimsə Qızlar kimi çalışaqan deyil.
Digər tərəfdən bürclərin kölgəli cəhətləridə var. Əqrəb pislik haqqında düşünə və intiqam ala bilər. Qız daim hər şeyə görə deyinə bilər. Buğa durğun, can sıxıcı həyat yaşaya bilər. Oxatan hər şeyi bildiyini düşünüb, özündən razı danışa bilər.
Qısası ən yaxşı bürclər və ya ən pis bürclər deyə ayırmaq düzgün deyil. Hər bürcün yaxşı və pis xüsusiyyətləri var.
Cəsarətli və açıqsözlüdür! Arzu ilə istədiyi hər şeyə çatmaq üçün motivasiyaya və güclü enerjiyə sahib olmaq onu çox yaradıcı və uğurlu edir; Qoç düşdüyü yeri atəş kimi yandırır, anidən vurur, ağzından çıxanları eşitməz və asanlıqla xaosa sürüklənir! Cəsarəti həm yaxşı, həm də pisdir! Çünki bəzən yaradıcı, bəzən dağıdıcıdır!
Səbrlə başladığı hər işin sonunu gətirəcək bir sabitliyə sahibdir. Eyni səbrlə insan münasibətlərində çox şeyə dözür və yaxın dostluqlar qurur. Ənetibarlı bürclərdən biridir. Hamı qibtə etdiyi, yaxşıdan və gözəllikdən anlayan Buğa, həyatını gözəlliklə bəzəyir! Çox gözəl sevər və sahib olar Buğa!
Şeytan tüklüdür, Əkizlər girdiyi mühit üçün sevinc mənbəyi olur. Hər kəsə özünü sevdirib dost söhbətlərinin axtarılan adı olur.Praktik zəkası sayəsində münasibətdə olduğu insanların işini asanlaşdırır və yol göstərən olur. Mövzuları uzatmaz, həll etməmiş qalmaz, kin saxlayıb və məsələləri uzatmaz. Həll yönümlü və tələsikdir. Əkizlər dünyada internet şəbəkəsinin qurucusudur.
Kimin ən həssas olduğunu soruşsalar, bütün Xərçəngləri tapın və sıraya düzün! Nə mərhəmətlərinin sonu var nə də şəfqətlərinin sonu! Sevdikləri üçün əllərindən gələni də gəlməyəni də tapıb edirlər. Hamı üçün yaşayırlar, hamımızın rahatlığını düşünürlər. Ən əsası, kainatın isti evi və yaradıcı enerjisi ana ruhu olurlar !
Belə açıq əlli, isti ürəkli insan başqa harada ola bilər? Şirin səxavəti, ehtiyacı olanların yanında olan ürəyi hər kəsə bəllidir. Şir öz parlaq həyatını qurarkən, bölgəsində qurban buraxmaz heç kimə göz yumub və öz maraqlarını düşünməz. Şir paylaşdıqca çoxalır.
Qızların cəmiyyətə faydalı olan hər hansı bir işdən yayınıb, gizlənərək səylərini saxladığı görülməyib. Hər hansı bir kömək çağırışına laqeyd qala bilməzlər, gördükləri pozuntuları quru-quru ltənqid etməzlər və onları aradan qaldırmadan dayana bilməzlər. Bürclərin ən çox çalışqanı, detalların ustası, istedadlı analitik düşüncə sahibi olan Qızlar; Detallı bir baxışla dünyadakı nizamın qurucusudur.
Kim belə bir huzur rəmzi, kəpənək kimi yaşayan Tərəzini sevməz! Hər bədbəxtliyin arxasındakı təbəssümü tapır, qaranlığa toplu iynə qədər sızan işığın dadını çıxarır! Şirin dilinə nə çuxurunda gizlənən ilan qarşı dura bilər, nə də zülm edən zalım! Tərəzilərin barışıq çağırışları dünyanı tamamilə yeni bir hala çevirir!
Əqrəbin sahib olduğu dərin bilgi çox zaman intiqam andlarında istifadə etdiyi və ehtimal olunan istənməyən hadisələrə qarşı səbəb tutduğu bir silah kimi istinad edilməsinə baxmayaraq, əslində ecazkar bir fəzilətin məhsuludur. Əqrəb daxil olduğu mühitin havasını qoxlayır , əhatəli bir müşahidə aparır, intuisiyasının köməyi ilə demək olar “hər şeyi” bilir! Əqrəb əla dostdur! Dar gün, çıxılmaz yollar, təhlükə tanımaz, dostunu heç vaxt yalnız buraxmaz.
Ümid işığı gözündə gəzən, qulaqlarından xoşbəxtlik sıçrayan və xoşbəxtliyini yayaraq çoxalan birisini görsəniz, Oxatan salam vermədən keçməyin! Bir salamı beləsevinc qatır insana! Macəranı sevir, enerjisi bitməz.
Kim belə bir insanı həyatında istəməz?
Oğlaqa dünyanın ən qarışıq, içindən çıxılması imkansız, hərəkətsiz qalması qaçınılmaz bir vəziyyət verin Oğlaqa; Nəinki təhlil edər hətta 5 illik inkişaf planını da tərtib edər! Təşkilatçılıq qabiliyyəti ilə Oğlaqın planlaşdıracağı bir şey yoxdur! Əlbətdə ki, onun zəhməti və nizam-intizamı onun ən yaxşı keyfiyyətlərindəndir.
Sahib olduğu bərabərlik və ədalət duyğusu inkişaf etmiş sağlam düşüncəsi ilə gözünü gələcəyə dikən Dolça ; Yeni bir sosial rahatlıq qurmağı arzulayır! Bütün bu yaradıcı və yenilikçi münasibətlə insanlıq üçün ən yaxşını hədəf alır.
Dünyada Balığın mərhəmətindən və əlbətdə sevgisindən yüksək bir hiss varmı? Sahib olduğu bütün varlıq, insanlardan əvvəl və böyük bir kainata yönələn Balıqlar hər şeyə mərhəmətlidir. Sonsuz xəyal gücü sayəsində yoxdan var edən Balıqlar, sənət bütün növlərində istedadlıdır.