İdman növləri haqqında bilmədiyiniz 6 təccüblü faktlar!
İdman coşqun statistikalar, gözlənilməz rekordlar və hətta azarkeşlərin bilmədiyi qəribə ənənələrlə doludur. İstər təsadüfi tamaşaçı, istərsə də matçı heç vaxt qaçırmayan biri olmağınızdan asılı olmayaraq bu faktlar oyuna baxış tərzinizi dəyişə bilər. Azarkeş biliklərinizi növbəti səviyyəyə çatdırmaq üçün 6 əyləncəli və təəccüblü idman faktını nəzərdən keçirin:
1. FİFA DÜNYA KUBOKU ƏN ÇOX IZLƏNILƏN IDMAN YARIŞIDIR
FİFA Dünya Kuboku və ya sadəcə Dünya Kuboku, futbol idman növü üzrə ən geniş yayılmış və vacib yarışdır. Bu turnir 1930-cu ildən bəri hər dörd ildən bir təşkil olunur. Turnirdə dünyanın hər yerindən gəlmiş 32 ən yaxşı milli komanda qalib olmaq üçün mübarizə aparır.
Turnir tarixi boyu yarışlarda ən çox qalib gələn ölkələr Braziliya (5 dəfə), Almaniya, İtaliya və Argentina olmuşdur. Yarışlarda ən çox iştirak edən futbolçular isə öz növbəsində Antonio Karbalax (Meksika, 1950-1966), Lotar Matteus (Almaniya, 1982 -1998) olmuşdur. Onların hər biri 5 dəfə olmaqla Dünya Kubokununn iştirakçilar idilər. Ən çox qol vuran idmançı isə 2002-2014-cü illər ərzində çempionatda iştirak etmiş Alman millisini təmsil edən Miroslav Kloze 16 qol hesabı ilə bu titulu qazanmışdır.
FİFA Dünya Kuboku ən böyük futbol yarışması kimi ən çox baxılan idman növüdür. 2002-ci ildə isə Qatarda keçirilmiş Dünya Kubokunu bir ay ərzində 3.5 miyardaddan çox izləyici izləmişdir. Argentinanın Fransanı məğlub etdiyi final yarışını isə təkce 1.5 milyarddan çox izləyici izləmişdir.
2.BUZÜSTÜ HOKKEY İRLANDLILAR TƏRƏFINDƏN YARADILIB
Buz üstə hokkey, ilk dəfə orta çağlarda Şimali Avropalılar tərəfindən oynanmaqda idi. 19-cu əsrin ortalarında isə primitiv formada Kanadada oynanmağa başlanmış, ilk rəsmi hokkey oyununun 1855-də Kinqston, Ontarioda oynandığı düşünülməkdədir.
Buzüstü hokkey – hokkeyin buz üzərində oynanılan növüdür. Oyunçular hokkey konkilərini geyinib hokkey çubuqlarıyla diski (pakı) nəzarət etməyə çalışırlar. Oyunçular diski (pakı) qapıya vuraraq xal qazanırlar. Komanda biri qapıçı olmaqla altı oyunçudan ibarət olur. Oyunçulardan biri qaydaları pozduqda hakim cəza olaraq onu bir müddətlik oyundan qovur. 26×56 metr ölçüləri olan bir sahədə oynanır. Oyun vaxtı 15 ya da 20 dəqiqəlik üç dövrdən ibarətdir.
Maraqlı məqamlardan biri odur ki, oyun diskinin buz üzərində yaxşı sürüşməsi üçün hər oyundan öncə disklər dondurulur.
3.MAYKL CORDAN MƏKTƏB BASKETBOL KOMANDASINDAN ÇIXARILIB
Dünya üzrə məşhur basketbol oyunçusu və MBA (Amerika Milli Basketbol Assosiyasiyasının) üzvü Maykl Cordan, 17 fevral 1963-cü ildə Nyu Yorkda anadan olmuşdur. Şimali Karolina ştatında böyüyən Maykl, 1980-ci və 1990-cı illərdə “Chicago Bulls” komandasında oynayıb.
O, altı qat NBA çempionu titulunu və 5 dəfə MVP mükafatını qazanaraq, dünyada misilsiz rəqabət qabiliyyəti, debriyaj performansları və özünə məxsus oyun imzası ilə tanındı. Həmçinin, Maykl Cordan basketbol idman növünün dünyada daha geniş miqyaslı tanınmasında böyük rol oynamışdır. O, Nike idman geyimləri və aksesuarları brendi ilə tərəfdaşlığı əsasında yaratdığı “Air Jordan” ayaqqabıları ilə dəb dünyasında yeni bir səhifə açmışdır.
İkinci kurs tələbəsi kimi orta məktəb kollec komandasından çıxarılmasına baxmayaraq, o, bu uğursuzluğu motivasiyaya çevirdi və dünyanın ən tanınmış basketbol oyunçusu oldu.
4.FORMULA 1 SÜRÜCÜLƏRI HƏR YARIŞDA 4 KILOQRAMA QƏDƏR ÇƏKI ITIRIRLƏR
Formula 1 – Dünyanın ən bahalı idman növü olan Formula 1 açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. Formula 1 üzrə dünya çempionatı hər il keçirilir və Qran- pri statusu daşıyan ayrı-ayrı mərhələlərdən ibarət olur.
Azərbaycanda hər il keçirilən bu yarışdakı maşınların sürəti 354km/saat kimi çata bilir. Yarış zamanı G qüvvüsi və ekstrimal şərait nəticəsində (isti və güc) Formula 1 sürücüləri hər bir yarışda 4 kiloqrama qədər çəki itirə bilirlər.
Formula 1 yarışlarında tarix yazan sürücülər Mihael Şumaxer, Ayrton Senna və Lyuis Hamilton olmuşdur. Karyerası ərzində ən çox xal toplayan pilot Mihael Şumaxer (1369 xal), hazırki çempion isə sürücü Lyuis Hemilton (2008, 2014, 2015, 2017, 2018, 2019, 2020-ci illər) olmuşdur.
Qlobal azarkeş kütləsi ilə F1 həm də canlı proqnozlar və mərclər üçün qaynar nöqtəyə çevrilib. Azərbaycanda bu proqnozların nəticələrinə baxmaq üçün Mostbet AZ giriş etmək kifayət edir.
5.SERENA VILYAMS HAMILƏ OLARKƏN BÖYÜK DƏBILQƏDƏ IŞTIRAK EDIB
Amerikanın keçmiş professional tennis oyunçusu Serena Vilyams, bu idman növü üzrə qadınlar arasında ən tanınmış idmançısıdır. O, Qadın Tennis Assosiyasiyası (WTA) tərəfindən 319 həftə ərzində ən yaxşı idmmançısı seçilmişdir. Serena Qadın Tennis Assosiyasiyası tərəfindən təsdiqlənmiş 73 fərdi yarışlarda qalib olmuşdur. Serena Vilyams 2000-ci il Sidney (qoşa yarışlar), 2008-ci il Pekin (qoşa yarışlar), 2012-ci il London (qoşa və fərdi yarışlar) Olimpiya Oyunlarında ümümilikdə dörd qızıl medal qazanmışdır.
2017-ci ildə isə Serena səkkiz həftəlik hamilə olarkən Avstraliya Açıq Çempionatında qalib gəlib və bununla da gücünün qadınlar arasında ən güclü tennisçi olaraq seçilməyinin səbəbini bir daha sübut etdi.
6.OLIMPIYA OYUNLARININ ƏN ÇOX MEDAL QAZANAN QITƏSI AVROPADIRİlk müasir Olimpiya Oyunlarının əsası fransız ictimai xadimi Baron Pyer Kubertenin təşəbbüsü sayəsində qoyulmuşdur. İlk dəfə Afinada 1896-cı ildə keçirilmiş bu beynəlxalq tədbir, bu vaxtdan etibarən hər 4 ildən bir keçirilir.
Müasir Olimpiya oyunlarını bərpa edərkən baron Pyer de Kuberten olimpiya ideyalarını irqindən, sosial, siyasi, dini əqidəsindən asılı olmayaraq hər bir kəsin bərabər hüquqlu şəkildə yarışmasını istəyirdi. O, Olimpiya Oyunlarını idmana aid olmayan digər amillərdən asılı olmayaraq, bütün qitələrin atletləri arasında ədalətli mübarizəsinin simvolu kimi qəbul etmişdir.