analar-az
1-3 YAŞLI UŞAQLAR ÜÇÜN KAHI SALATI

İnqrediyentlər:
50 q yaşıl salat(kahı),
1 st. xama,
yumurtanın 1/2-i,
qənd siropunun 1 çay qaşığı,
duz məhlulu zövqə görə
şüyüd.
Hazırlanması:
Yaşıl salatı əvvəlcə 2-3 dəfə yaxşıca yuyuruq(qaynadılmış sərin su ilə), suyu yaxşıca çəkilir və xırda formada doğrayırıq. Üzərinə yumurta doğrayırıq, şüyüd, qənd siropu və duz duz məhlulu əlavə edirik. Sonda salata xama əlavə edirik.

Uşaqlara həyatlarının birinci ilində şəkər və duz yalnız və yalnız suda həll olunaraq verilməlidir. Çünki adi şəkərdə elə duzda da, toz və mikroorqanizmlər olur. Bu cür sirop(şəkərli) soyuducuda 7 günə qədər saxlanıla bilər. Meyvə şəkərindən (fruktoza) istifadə etmək daha yaxşı olar. Qənd siropu uşağın ən erkən yaşlarında istifadə edilir. Südə, süd qarışıqlarına, giləmeyvə-meyvə şirələrinə, çaya, suya, sıyıqlara, kisellərə əlavə olunur. Qənd siropunu hazır qidaya əlavə etmək lazımdır.

Qənd siropu necə hazırlanır.
İnqrediyentlər:

şəkər tozu – 100 q
su – 40 ml
Qazana şəkər tozu boşaldırıq və su əlavə edirik. Qarışdırırıq və qaynar odda şəkər əriyənə qədər qaynadırıq.
Alınmış siropu ikiqat qat tənzifdən süzürük, vasitəsilə süzürük . Alınan siropun miqdarı sirop üçün götürdüyümüz şəkər tozunun miqdarı qədər olmalıdır. Misal üçün bu reseptdə biz 100 qr şəkər tozu götürmüşüksə siropumuz da 100 ml olmalıdır. Əgər sirop şəkər tozundan azdırsa, qaynayan su əlavə edə bilərik.

Duz məhlulu necə hazırlanır

25 q. duzu 100 ml-da həll edirik. (1 çay qaşığı = 5 q-dır). 10 dəqiqə ərzində yavaş odda qaynadırıq. Yenə də Tənzifdən süzürük. Duzlu məhlulun da miqdarı eyni üsulla hesablanır. Yəni duzlu məhlulun miqdarı götürdüyümüz duzun miqdarına bərabər olmalıdır.

Səma Abiyeva_analar.az

Bütün məqalələr
heart
Baş redaktor
SƏMA
ABİYEVA

Analıq Akademiyamıza xoş buyurdunuz! Saytımızda qonaqsınızsa, demək, siz ana olmağın, qadınlığın əsrarəngiz gözəlliklərini kəşf etməyə hazırsınız. Bizimlə tanışlıqdan məmnun olacaqsınız. Saytımızda səyahət etdikcə yerli veb məkanda indiyədək edilməmiş bir çox yeniliklərin istifadəçilərinə çevriləcəksiniz. Mövzuları daha ətraflı izah etmək üçün veb məkanda ilk dəfə olaraq saytın VİDEO KANALI yaradılıb. Kanalımıza abunəlik ödənişsizdir!

 

 

MÜTƏXƏSSİSLƏR
  • Günay Rəsulova
    pediatr
    Sual ver
    Mirzəliyeva Zümrüd
    Həkim-kosmetoloq
    Sual ver
    Kərimova Xəyalə
    loqoped-defektoloq
    Sual ver
  • Dürdanə Kərimova
    həkim-ginekoloq
    Sual ver
    Rəna Cəfərova
    pedaqoq
    Sual ver
    Tahibə Quliyeva
    Uşaq psixoloqu
    Sual ver
  • Nuriyyə Quliyeva
    Yeniyetmə psixoloqu
    Sual ver
KÖRPƏLƏR ÜÇÜN AUDİO NAĞILLAR
YOUTUBE
AD
BANKI
Həkim:
Ad
Vəzifəsi:
Vəzifə
Adınız:
Emailiniz:
Sualınız:
Göndər