analar-az
Uşaq inkişafı üçün rəsmlər (0-6 ay)

Körpələr ilk günlərində dünyanı gözləri ilə öyrənirlər. Bu dönəmdə görmənin fiksasiyası, iki gözün bərabər hərəkəti, dərinliyi seçmə, mühitin dərk edilməsi inkişaf edir. Lap əvvəl günlərdən körpə gözləri ilə nə qədər çox informasiya alırsa, beyni də o qədər çox inkişaf edir. Bu səbəbdən də ətrafı zəngin görüntülərlə dolu olan körpə daha sakit və diqqətli olur. 

Körpə ilk müşahidə etdiyi görüntülər ana və atasının simasıdır. Bu səbəbədən körpələrimizin üzünə daha çox baxmal, daha çox söhbət etməliyik. 

İkinci yerdə isə ağ-qara rəngli kontras şəkillərdir. 

İlk 6 ay çox vacib dönəmdir. Bu aylarda körpənin göz alması, beyinə informasiya daşıyan kanallar inkişaf edir. Psixofizioloqlar bu dönəmi göz inkişafı üçün kritik dövr adlandırırlar. Bu aylarda edilən məşğələlər görməyə təsir edir, işıqhissiyyatına, görmənin itiliyinə,rəng seçiminə, görmə sahəsinin genişliyinə müsbət təsir edir. 

Məşğələləri bələmə masasında, çarpayıda, yataqda da etmək olar. Əsas odur ki, işıq mənbəyi körpənin arxasında olsun və körpə rəsmlərə aydın baxa bilsin. 

Məşğələ vaxtı əsas məqsəd baxışları cəmləmək yəni fiksasiya etmək və daha sonra obyekti izləyə bilməkdir. 

0-1 ay

Doğulanda körpənin görməsi zəif və dardır. Ətrafları və uzağı 30 faiz zəif görür. Gördüyü obyektlıərin sərhədlərini aydın seçə bilmir. O hələ obyektləri öz kütlə fomasında görür. Buna görə də ona kontrast rəsmlər göstərmək lazımdır. Əsasən də həndəsi fiqurllar.  

 

 

1-3 ay:

Bu preriodda körpə baxışlarını bir obyektə cəmləməyə çalışır və bəzən alınır da. 30 smlik məsafədə diqqətlə baxıb gülümsəyir. Üz cizgilərini, xəttləri seçə bilir. Körpəni daha çox darirələr, çevrələr cəlb edir. Amma əsasən istənilən obyektin mərkəzinə baxır, kənarlarına yox. 3-cü ayın sonunda körpə yanına gələn obyektə baxa, istiqamətlənə, hərəkətsiz obyektə diqqətlə 1-2 dəqiqə baxa bilir. Gözdən itən obyektin geri qayıtmasını gözləyə də bilir. 

Nə etməli, Rəsmləri divarlardan asıb körpə ilə evdə gəzişərkən rəsmləri ona göstərmək lazımdır.  Amma həmin vaxt körpə şaquli vəziyyətdə durmalıdır. Artıq tapşırıqları çətinləşdirmək olar. rəsmləri dalğalı olanlarla əvəz edin. Diqqətini cəmlədiokdən sonra bu cür rəsmləri hərəkət etdirin. 

 

3 - 4 ay

Körpələr bu dönəmdə daha mürəkkəb şəkilləri sevirlər. qırıq-qırıq xəttləri, düz v ya əyri xəttləri. Baxışlarını bir obyektdən digərinə keçirdirlər və başlarını yeni obyektə çevirirlər. Bu dövrdə körpələrin rəng qavraması formalaşır. 

Nə etməli, artıq rəngli rəsmlərə başlamaq olar. Əvəlcə qırmızı daha sonra, sarı, daha sonra yaşıl və göyrəngi seçməyə başlayırlar. Ardınca istənilən rəgə keçid edə bilərsiz. Yuxarıda qeyd etdiyim təlimatla. 

Əvvəl müxtəlif rəngli ancaq eyni formalı rəsmləri göstərin. Daha sonra eyni rəngli ancaq fərqli formalı rəsmləri göstərin. 

Daha bir məşğələ.

Əvvəllcə əlvan rəsm göstərin körpəyə . Daha sonra ağ vərəqlə şəklin yarısını örtün körpə diqqətini cəmlədikdən sonra 30 saniyə gözləyin. Daha sonra rəsmin yarısını yox hamısını örtüb eyni sistemlə açın. Növbəti mərhələdə iki rəsmin ard-arda qoyun amma aralarına ağ vərəq yerləşdirin. Körpə birinci rəsmi göstərin, 30 saniyəli diqqətli baxışdan sonra rəsmi götürün onun qarşısına ağ vərəq çlxacaq və dsaha sonra ağ vərəqi çəkin ikinci rəsm qarşısına çıxacaq. 

4-6 ay:

Bu dövrdə körpə hər şey seçir. gözlərini uzaqda və yaxımnda olan obyektlərdə fokuslaya bilir, hər iki gözdən eyni məlumat ötrülür. Dərinlik anlamı formalaşır. Bu aylarda körpələri xaalça naxışları və ya mürrəkkəb, simmetrik və asimmetrik rəsmlər cəlb edir. 

Nə etməli,

 

Eyni vaxtda körpə 2 rəsm göstərin. O bir şəkildən digərinə ötürəcək nəzərlərini. Rəsmi körpəyə güzgüdə göstərin.  

Rəsm və qalın ağ vərəq götürün. Rəsmi uşağa 50-60 sm lik məsafədə göstərin.  Daha sonra həmin rəsmi yavaşca körpənin görə bildiyi bir yerdə masaya qoyun. 2-3 dəfədən sonra ağ vərəqi götürün. rəsmi masaya uzadanda elə edin ki, rəsm ağ vərəqin arxasında itib vərəqin digər tərəfindən çıxsın. Onda görməsi normalara uyğun inkişaf edən uşaq rsəm kağızın dalından itibb digər tərəfdən çıxanda onun izləyəcək. Yəni baxışlarını vərəqin arxasından çıxan rəsmə yönləndirə biləcək. 

Çox sadə şəkillərdən başlayın. 

Şəkilləri hər 3 gündən bir dəyişin.

Körpənin marağını çəkər rəsmi daha uzun müddət gözünönündə saxlayın. 

Şəkilləri qara flomasterlə də çəkə bilərsiz.

Çarpayısının üstünə, divarlara, soyuducuya və ya iri kublara asmaq olar. 

Şəkilləri körpəni qucaqda gəzdirərkən, yedizdirərkən, üzüstdə uzadarkın göstərin. Çəngin görünütülü ətraf mühit görməni yaxşı inkişaf etdirir, sakit yuxunu təmin edir. 

Birdən -birə körpəyə çox rəsm göstərmək olmaz. Reaksiyasına uyğun hərəkət etmək lazımdır. əgər rəsmə diqqətlə baxmırsa, maraq etmirsə, üzülməyin, hər şeyin öz zamanı var. 

1,5 aylıq uşaqlar üçün 10 gün müddətində 30 sm-lik məsafədə tutun rəsmləri. Rəsmlərin həcmi A4 olmalıdır və ya onun 4də biri qədər. 

4 ayından sonra şəkilləri rənglilərlə əvəz etmək lazımdır. özü də gigiyenik baxımından daha təmiz olanlarla əvəz edin. Çünki həmin dövrdə hər şeyi ağzına alır. 

Müəllif: Səma Abiyeva

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bütün məqalələr
heart
Baş redaktor
SƏMA
ABİYEVA

Analıq Akademiyamıza xoş buyurdunuz! Saytımızda qonaqsınızsa, demək, siz ana olmağın, qadınlığın əsrarəngiz gözəlliklərini kəşf etməyə hazırsınız. Bizimlə tanışlıqdan məmnun olacaqsınız. Saytımızda səyahət etdikcə yerli veb məkanda indiyədək edilməmiş bir çox yeniliklərin istifadəçilərinə çevriləcəksiniz. Mövzuları daha ətraflı izah etmək üçün veb məkanda ilk dəfə olaraq saytın VİDEO KANALI yaradılıb. Kanalımıza abunəlik ödənişsizdir!

 

 

MÜTƏXƏSSİSLƏR
  • Günay Rəsulova
    pediatr
    Sual ver
    Mirzəliyeva Zümrüd
    Həkim-kosmetoloq
    Sual ver
    Kərimova Xəyalə
    loqoped-defektoloq
    Sual ver
  • Dürdanə Kərimova
    həkim-ginekoloq
    Sual ver
    Rəna Cəfərova
    pedaqoq
    Sual ver
    Tahibə Quliyeva
    Uşaq psixoloqu
    Sual ver
  • Nuriyyə Quliyeva
    Yeniyetmə psixoloqu
    Sual ver
KÖRPƏLƏR ÜÇÜN AUDİO NAĞILLAR
YOUTUBE
AD
BANKI
Həkim:
Ad
Vəzifəsi:
Vəzifə
Adınız:
Emailiniz:
Sualınız:
Göndər