analar-az
Kapron INCƏSƏNƏTİ və ya düzgün kapron çorab necə seçək?

Əmin edirəm, yazımı oxuyub bitirdikdən sonra əslində məqaləmə niyə incəsənət adını yaraşdırdığımı məlum edəcəksiniz. Çünki bu işdə seçim etmək həqiqətən də incə sənətdir. 
Bu mövzu dəfələrlə qadınların qarşısında sual qoyub - geyinmək olarmı, ya yox? Və ya mənim əvvəllər etdiyim kimi bir çox xanımlar kapron corablarla bağlı bəzi səhvlərə yol veriblər.  Bu səbəbdən də araşdırıb öyrəndiklərimi sizinlə də bölüşmək niyyətindəyəm. Bəli, bu dəfə mövzumuz açıq rəngli kapron kalqotkaların düzgün seçilməsi, geyimlə kombin edilməsi yollarıdır. 

İlk olaraq onu demək lazımdır ki, bu cür kalqotkaları vəziyyətdən asılı olaraq geyinmək olar. Dress-kod, yaş, fiziki qüsurlar (kapilyarlar) kalqotkani öz-özlüyündə "sifariş" edəcək. Bəzən protokoldan asılı olaraq vəziyyət amorf edir, yəni dəyişir. Əbəs yerə fashion blogerlərin nifrət etdiyi açıq rəngli kalqotkaları şahzadə xanımları, ölkələrin 1-ci xanımları rəsmi görüşlərə geyinməyə məcbur olmurlar.

Əslində, daxili duyum senzuramız ola bilər. Yəni, olar-olmazi bəzən özümüz də hiss edə bilərik. Konkret nümunədə analiz etsək, misal üçün uzunboğaz çəkməni qısa donla geyərkən obrazı kaqotkasız təssəvvür etmək qəribə olacaq. Ancaq incə bir nüans!  Kalqotka elə bir naziklikdə və rəngdə olmalıdır ki, dəri rəngimizdən heeeeç fərqlənməsin. 

Elə dress-kod, ofis geyimimiz, rəsmi və iş görüşmələrimiz də kalqotkanı diktə edə bilər. 

Yaş faktorunu araşdırarkən də diqqətə almaq lazımdır ki, yaş artıqca kalqotka geyinilməsinə ehtiyac artır. Axı, kalqotka zamanla ayaqlarda yaranan kapilyar "naxışlarını" yaxşı kamuflə edir.

Əgər nə zaman geyinə bilərik sualına cavab verdiksə, onda necə kalqotka seçəcəyimizə də göz ataq. 

Qaralmış dəri (zaqar) effekti yaratmağa çalışmaq fiaskoya uğrayacaq. Ya bir ton tünd, ya bir ton açıq kalqotkalar sizi bəzəməyəcək. Seçiminiz bu cür etməyin. Yalnız öz dəri tonumuzda seçilmiş corablar istədiyimiz nəticəni verə bilər. ÖZÜ DƏ PARILTISIZ variantda. Rənglə bağlı digər təhlükəli məqam.


ŞƏKİLDƏKİ XANIMIN BOYNU İLƏ AYAQLARI BAŞQA ŞƏXSLƏRƏ MƏXSUSDUR SANKİ. 
Yəni bəzən xanımlar ya öz dəri rənglərindən ağ kalqotka ilə cəsəd ayaqlarının, ya da süni günəş vannası qəbul edərəkən solyaridə unudulmuş ayaqların sahibəsinə bənzəyirlər.

Daha bir məqam qalınlıqla bağlıdır. Qalınlığı çox olan corablar yaxşı görünüş yaratmır. Oynaqların qatlanan hissəsində büzüşərək özünü sadəlöhvcəsinə ələ verir. Biz xanımlar çox gözəl bilirik ki, kalqotka gün ərzində sürüşərək ayaq topuğuna  yığışmaq və qırışıq görüntü yaratmaq kimi "qabiliyyətə" malikdir. İllər öncə uzaqgörən dəbbaz Şanel "xanımın topuğuna yığılmış kalqotka qırışındansa üzündə qırışlar olması daha yaxşıdır"- deyəndə nəyə işarə etdiyini gözəl hədəfləmişdi.

Burnu açıq ayaqqabılarla, bosanoşkalarla kalqotka geyinmek QƏTİ ŞƏKİLDƏ OLMAZ. Bosanoşka sözünün tərcüməsinə azca diqqət etsək, bu ayaqqabılar ayaqların yalın olmasına işarə etmək istəyir deyə anlayarıq. Barmaqların göründüyü ayaqqabılar üçün xüsusi kalqotkalar satışdadır. Toeless sans pointes adı ilə. Yenə də diqqətli olmaq lazımdır. Ayağınızın yəni dərinizin rəngindən fərqli kalqotkalarla ayaq barmaqları arasında rəng fərqi yarana bilər. 

Əgər kişisayağı balağı qatlanmış şalvarları kabluklu ayaqqabı ilə geyinmək lazım olanda kalqotkanı geyinməyi mütləq UNUTMALIYIQ. Baletka ayaqqabılarla da eyni prinsipdir. Əgər "axı ayaqlarımda döyənək yaranacaq"- deyə üzünüzü turşudursuzsa, narahat olmayın kapron, çarıq formalı papışlar var. Onlar ayaqqabıdan kənara çıxmadan döyənəklərin yaranmasının, ayaq tərləməsinin qarşısını alır. 

Kalqotkaya ehtiyac həm də fəsildən asılı olaraq yaranır. Yay aylarında yaxşıca təmizlənmiş, skrablanmış ayaqlara nəmləndirici krem və parıltı püskürtməklə daha şık görünütü qazanmaq olar. 

Misal üçün bu cür kalqotka ilə harasa yol almaqdansa, kalqotkasız getmək daha ağıllı seçimdir.  

Bəyənilməyən digər epizod.  Parıltılı kapron kalqotkalar. Parıltısı olan kalqotkalar istənilən fotoda sizi zövqsüz adı ilə təltif edə bilər. Demək mağazada seçim edərkən mat görünüşlü corablara "əl uzadacayıq". 

Unutmamış deməliyəm. Heç vaxt bu qarderob üzvünə xəsislik etməyin. Çünki ucuz və keyfiyyətsiz kalqotka istənilən şık looka ucuz hava üfürəcək. 

Daha bir məqam artıq satışda ayaqların ayaqqabıda sürüşüb ayaqqabının ucuna yığılmaması üçün kalqotkalar var. Çünki sürüşüb ayaqqabı ucuna yığılan barmaqlar bir müddətdən sonra ağrı verir. Ancaq altında rezin altlıqları olan kalqotkalar ayaqların sürüşməsinin qarşısını alır. Ancaq bu cür kalqotları Bakıda satışda tapmaq möcüzəyə bərabərdir, yəqin. 

Və əgər açıq rəngli kalqotka geyinməyə məcburuqsa, 8-10 Den olan kalqotka almalıyıq. Özü də mat. Rənginin dəri rəngimizə maksimum yaxın olan versiyasını seçməliyik. Üzümüzün, qollarımızın rəngini nəzərə alırıq, mağazada əlimizə geyərək yoxlanış edirik)))) və çoox təbii görüntü üçün maksimum nazik kalqotka olmasına nəzarət edirik. 

Son olaraq balaca məsləhət.  Ayaqlarımızı uzun göstərmək üçün ayaqqabı ilə kalqotkalarımızı eyni rəngdə geyinə bilərik. Belə olanda vzual olaraq görüntü topuğa çatanda kəsilməyəcək. 
Daha bir tədbirli addım, kalqotka alarkən çanaq hissəsində tikişləri olmayan variantlari seçin. Əks halda dar geyimin altından ətrafdakılara kalqotkanız əl yelləyəcək.

Sizə uğurlu variantları seçim üçün təqdim edirəm.

Müəllif:Səma Abiyeva_analar.az

 

Bütün məqalələr
heart
Baş redaktor
SƏMA
ABİYEVA

Analıq Akademiyamıza xoş buyurdunuz! Saytımızda qonaqsınızsa, demək, siz ana olmağın, qadınlığın əsrarəngiz gözəlliklərini kəşf etməyə hazırsınız. Bizimlə tanışlıqdan məmnun olacaqsınız. Saytımızda səyahət etdikcə yerli veb məkanda indiyədək edilməmiş bir çox yeniliklərin istifadəçilərinə çevriləcəksiniz. Mövzuları daha ətraflı izah etmək üçün veb məkanda ilk dəfə olaraq saytın VİDEO KANALI yaradılıb. Kanalımıza abunəlik ödənişsizdir!

 

 

MÜTƏXƏSSİSLƏR
  • Günay Rəsulova
    pediatr
    Sual ver
    Mirzəliyeva Zümrüd
    Həkim-kosmetoloq
    Sual ver
    Kərimova Xəyalə
    loqoped-defektoloq
    Sual ver
  • Dürdanə Kərimova
    həkim-ginekoloq
    Sual ver
    Rəna Cəfərova
    pedaqoq
    Sual ver
    Tahibə Quliyeva
    Uşaq psixoloqu
    Sual ver
  • Nuriyyə Quliyeva
    Yeniyetmə psixoloqu
    Sual ver
KÖRPƏLƏR ÜÇÜN AUDİO NAĞILLAR
YOUTUBE
AD
BANKI
Həkim:
Ad
Vəzifəsi:
Vəzifə
Adınız:
Emailiniz:
Sualınız:
Göndər