analar-az
DOĞUM EVİNDƏN ÇIXARKƏN NECƏ GEYİNMƏLİ?
Qadın həyatının ən sehirli epizodu bəlkə də ana olduğu dönəmdir. Ancaq bir çox xanımlar doğuş əziyyətindən sonra evə dönüş vaxtı qulluqlu və gözəl görünə bilmirlər. Məhz doğum evindən çıxarkən ən yaddaqalan mərasimi gözoxşayan formada yaşamaq üçün tədbirli olmaq kifayət edəcək. Çox vaxtdoğum evi təlaşı səbəbindən xoşagəlməz və ürəkaçmayan obrazınızı bir neçə məsləhətlə qüsursuz edə bilərsiz. 
Yeni ana olan xanımlar nə cür gözəl və zövqlü ola bilərlər?
 
1. Doğum evindən çıxmaq üçün özünüzə əvvəlcədən bir don hazır edin.Ümumiyyətlə öncədən qeyd edim ki, doğum evindən çıxarkən ən idealı don geyinməkdir. Çünki don qadınlığın epogeyini yəni zirvəsini yaşan xanımın qadınsayağı görünüşünü daha da bütövləşdirəcək. Bu don ampir formal don ola bilər. Yəqin ki, bir çox xanım artıq hamiləlik vaxtı bu cür donu əldə etmiş olur. Bu cür donların beli sinənin alt hissəsindən başladığı üçün qarın nahiyəsini yaxşı gizlənir. Hava imkan verərsə, bu cür donu dəri gödəkçə və ya bleyzer ilə geyinmək olar. Ampir donlar həm də ayaqları uzun göstərir.  
 
2. Digər bir variantda isə A-siluetli bir dondur. Bu don limon sarısı və başqa yaz-yay rənglərində ola bilər. Əlavə şalvarı bluzla, bluzu ətəklə kombin etməyə ehtiyac olmaycaq. bir sadə don işləri həll edəcək. Ancaq incə məqam. Bu donların öndən düymələnən variantını seçin. Niyəsini bilirsiz. Körpəni südlə əmizdirməyin rahat yolu budur ancaq.
3. Beli yüksək köynək-don və ya don-xalat da geyinmək olar. Bax bu donlarda çox əziyyət tələb etmir. Lakonik obraz yaradan bu donlar ideal formada qarın nahiyəni kamuflə edir. Amma eyni zamanda da həm dəbli həm də daha xanımsayağı görünüş qazanılır. Bax bu donlar da ananın südverməsinə əngəl törətməyəcək. 
4. Bütün sadaladığım donlarla slipon, nazik altlıqlı krassovkalar geyinilsə əla olar. Rənglər də xəsislik etməyin. Ümumiyyətli smart ana obrazı üçün, dəbli ana görüntüsü üçün sport ayaqqabılarla donları kombin etmək fürsətdir. Sport ayaqqabılar hərəkət sərbəstdir, yorucu deyil həm də. 
Hava soyuqdursa, rəngli kardiqan geyinin. Bir də unutmaq olmaz ki, dioqanal cizgilər fiquranın korrektəsi üçün idealdır.
Geniş siluetli geyimlər geyinsəz də, çalışın mütləq doğuşsonrası bandaj taxın. 
 
Ümumiyyətlə bir müddət öçülərinizin hamiləlik dönəmindəki kimi olacağını nəzərə alsaq hamiləlik zamanı aldığınız geyiməLərdən istifadə edə bilərsiz. Və ya ən yaxşısı öncədən doğum evindən çıxış üçün, xoş əhval-ruhiyyə üçün yeni geyim alın. Çünki bütün xanımlar bilir ki, yeni geyim həmişə xoş əhval yaradır. Ancaq xəsislik edirsizsə, ond hamiləlik vaxtı aldığınız geyimləri həmin vaxta qədər etmədiyiniz bir formada kombin edin. Saçlarını isə doğuşa yaxın fərqli bir biçimdə kəsdirin, rənglədin. Əgər saçlarınızı düzləşdirə, fenlə nizamlaya bilməyəcəksinizsə, fərqli bir formada çalma bağlayın. 
İnanın, illər sonra həyatınızın ən önəmli kadrları çəkilən şəkilləri, həm də ən rəngliləri olacaq. Balacanıza göstərdiyiniz şəkillərdə onun həm də necə zövqlü və gözəl anaya sahib olduğunu xatırladacaqsız.
Səma Abiyeva_analar.az
Bütün məqalələr
heart
Baş redaktor
SƏMA
ABİYEVA

Analıq Akademiyamıza xoş buyurdunuz! Saytımızda qonaqsınızsa, demək, siz ana olmağın, qadınlığın əsrarəngiz gözəlliklərini kəşf etməyə hazırsınız. Bizimlə tanışlıqdan məmnun olacaqsınız. Saytımızda səyahət etdikcə yerli veb məkanda indiyədək edilməmiş bir çox yeniliklərin istifadəçilərinə çevriləcəksiniz. Mövzuları daha ətraflı izah etmək üçün veb məkanda ilk dəfə olaraq saytın VİDEO KANALI yaradılıb. Kanalımıza abunəlik ödənişsizdir!

 

 

MÜTƏXƏSSİSLƏR
  • Günay Rəsulova
    pediatr
    Sual ver
    Mirzəliyeva Zümrüd
    Həkim-kosmetoloq
    Sual ver
    Kərimova Xəyalə
    loqoped-defektoloq
    Sual ver
  • Dürdanə Kərimova
    həkim-ginekoloq
    Sual ver
    Rəna Cəfərova
    pedaqoq
    Sual ver
    Tahibə Quliyeva
    Uşaq psixoloqu
    Sual ver
  • Nuriyyə Quliyeva
    Yeniyetmə psixoloqu
    Sual ver
KÖRPƏLƏR ÜÇÜN AUDİO NAĞILLAR
YOUTUBE
AD
BANKI
Həkim:
Ad
Vəzifəsi:
Vəzifə
Adınız:
Emailiniz:
Sualınız:
Göndər