analar-az
UŞAQLAR VƏ HELLOUİN BAYRAMI

Bu dəfə sizə tam müəllif mövqeyi olmadan aktual mövzunu sizin ixtiyarınıza buraxırıq. Mövzumuz və psixoloqların rəyi Hellouin bayramının uşaqlarla qeyd edilməsi barədə olacaq. Bu bayramın uşaq psixologiyasına təsiri barədə psixoloqların rəyini öyrəndik. Bundan əlavə sizə rus dilli və ingilis dilli mənbələrdən də nümunələr gətirdik. Seçimi siz valideynlərin öhdəsinə verməklə son qərarı sizə buraxırıq. Ancaq istənilən halda hər hansı bir yeniliyi, ənənəni övladımızın tərbiyəsinə tətbiq edərkən o məsələ ilə bağlı suallarımızı psixoloqla məsləhətləşsək daha düzgün nəticə əldə edərik.

 

Psixoloq Sindi Dell Klark. Psixoloqun fikirlərini linklərə keçid etməklə öyrənə bilərsiz.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Psixoloq Tahibə Quliyeva
 
 Hellouin, bizim dildə desək, cadügərlər bayramı dünyada geniş qeyd olunan bayramlardan biridir. Son illərdə Azərbaycanda da geniş yayılmağa başlayıb. Dünyada olduğu kimi kiçikdən böyüyə bu bayramı hər kəs qeyd edir. İstər bağçalarda, istər məktəblərdə, istərsə də yeniyetmə və yetkinlər arasında geniş vüsət almışdır. Bildiyimiz kimi bu bayramda bir çox obrazlar olur. Məsələn, cadügərlər, ölülər, şeytan, pəri və s. Balqabaq bu bayramın əsas rəmzidir. Bir çox mənfi obrazların uşaq psixologiyasına təsiri müxtəlifdir. Əlbəttə çox azyaşlı uşaqların bu bayrama qoşulması doğru deyil. Lakin Hellouin bizim ölkədə də geniş yayıldığı üçün hardasa uşaqlarda da bu bayrama xüsusi bir maraq var, eşitdikleri zaman bu bayram haqqında maraqlanırlar. Hellouinin bağçalarda və məktəblərdə de qeyd olunmasını nəzərə alsaq uşaqların bu bayramdan uzaqlaşdırılması qaçınılmazdır. Onlar artıq bu bayrama qoşulmaq və bu bayram haqqında daha çox şey öyrənmək istəyirlər.
Hellouin xüsusi kosyumlarda bir çox obrazlara rast gəlirik. Biz uşağımızı bu bayramdan tam məhrum edə bilməyəcəyimiz halda uşağımızı aparacağımız Hellouin partisinin proqramı ilə yaxından tanış olmalı, partidə şiddətli qorxunc obrazların olmamasına diqqət yetirməli, partiyə getməzdən öncə uşağa bu bayram haqqında ətraflı məlumat verməli, partidə obrazların gerçək olmadığını və onların da bizim kimi adi insan olduqlarını, xüsusi geyimler geyindiklərini ifadə etməliyik. Hellouin partisinin psixoloji cəhətdən həssas olan uşaqlara təsiri nələrdir? Əgər uşaq psixoloji cəhətdən həssas və bu bayramda rastlaşacağı obrazlar haqqında məlumatsızdırsa, onda uşaqda qorxu, aqressiya, gərginlik, əsəbilik, yuxu problemləri, iştahanın kəsilməsi, tez-tez ağlama halları, valideynlərindən ayrı qalmamaq, ümumiyyətlə, tək qalmamaq halları müşahidə olunur.
 
 
 
 
Psixoloq Narınc Rüstəmova
 
Çox təəssüf ki, dünyanın bie çox ölkələrində elə Azərbaycanda da bu bayramın əsl mesajı cəmiyyətə düzgün ötürülmür. Biz ilk növbədə anlamalıyıq ki, Hellouin bayramı əslində, insanlara hansı mesajı çatdırmaq istəyir. Bu bayramın keçirilməsi insanları ölən yaxınlarını xatırlamaq, onları yad etmək üçün daha bir fürsət verir. İnsanlar bu bayramın sağlam mesajını unudurlar. Həyatın ölümlü olduğu, əbədi olmadığı mesajını verir. Həmin gün bu bayramı qeyd edən insanlar kilsəyə gedir, ölən əzizləri üçün dualar oxuyur, onları yad edir, onları xoş sözlərlə xatırlayırlar. Ancaq  təəssüf ki, Azərbaycanda bu mesaj düzgün çatdırılmır. Bu bayramda ölüləri gülüşlə, zarafat etməklə, kimisə qorxutmaq üçün vasitə kimi tərənnüm edirlər. Uşaqların yəni, hələ ölümü o qədər də dərk etməyən azyaşlıların bu bayrama cəlb edilməsi düzgün nəticə vermir. Çünki uşaq 7 yaşına qədər ölümü tam anlamı ilə dərk etmir. Uşaqlar ölü kimi bəzədilməklə ölümün geri dönüşü olan bir proses kimi qiymətləndirilər. Yəni insanlar öldükdən sonra gəzə bilər, danışa bilər, gülüb-oynaya bilərlər. Yəni bu uşaqların ölümdən çəkinməsi azalır. Bu o deməkdir ki, o uşaqlar ölümdən qorxmurlarsa, eyvandan və ya başqa yerlərdən atılmaqla öləcəklərini və yenidən həyata davam edəcəklərini ehtimal edirlər. Bəzən yaratdıqları obrazı reallaşdırmaq istəyirlər. Axı, hamımız bilirik ki, uşaqlar özləri dedikləri kimi "doğruçu avtomat, doğrucu qazan-qab, doğruçu avtomobil" arzusunda olurlar. Yəni hansısa geyim və qrimlə deyil, həqiqi ölü olmaqla oyunu davam etdirmək istəyə bilərlər. Cizgi filmlərində də gördükləri spaydermen, betmen kimi obrazları təkrarlamaq istəyən çoxlu sayda azyaşlı olub. Bu cadügərliyə və vampirliyə də aiddir. Axı, bu bayramda cadügər və vampir kimi də bəzənirlər. İkinci məqam isə bu bayramda uşaqların digərilərini qorxutmaq istəyinin formalaşdırılması ilə bağlıdır. Uşaqlar kimisə qorxutmaqdan çəkinmirlər. Cizgi filmlərindəki manyakal düşüncə, aqressivlik burda da özünü göstərir. Hər cür psixologiyada uşaq mövcuddur. Bir uşağın psixologiyası bunu normal qəbul edir və digərini qorxutmaqdan çəkinmirsə, digəri yəni bundan qorxudulan uşağın psixologiyasında nə kimi izlər qoyduğundan bixəbərdilər. Bu qorxu hər kəsə müxtəlif cür təsir edə bilər. Üstəgəl bu bayram uşaqları heç bir qəhrəmana bənzəmək istəyi formalaşdırmır. Bu bayramda sadəcə yaşı icazə verən uşaqlara (7 yaşdan böyük) ölümün anlamını izah etməyə çalışmaq lazımdır. 
 
 
 Psixoloq Həqiqət Quliyeva
 
Bu mənim üçün çox vacib mövzudur. Təəssüf ki, hər kəs bir nüansı diqqətdən qaçırır. Psixologiyada belə bir məqam var. İnsanlar gözlərini nəyə yönəldirlərsə, o gördükləri obraz onların şüuraltında yerləşir. Başqa sözlə öz əksini buraxır. Bu obrazlar mütləq sonrakı zamanlardan insanın davranışına təsir edir. Müxtəilf fobiyalara, aqressiv davranışlara səbəb olur.  Fobiya yarandısa bunu sona qədər heç vaxt həll etmək olmur. Uşaqlar da bu partilərdə gördükləri obrazlar onların ali sinirlərinə daxil olmaqla onları idarə edir. Uşaqlar bu cür qorxu məkanda özlərinə müəyyən informasiya götürürlər, sanki proqramlaşırlar. Mənfiyə, qorxutmağa, vurmağa istəyirlər. Gələcəkdə də bunu təkrarən səbəbsiz formada daxilən öldürmək istəyində ola bilirlər. Bu bayramlar uşaqlarda rəhmsizlik hissini oyadır. İnsan nə görürsə, gələcəkdə onu seçir və bu da mütləq reallaşır. Uşaqlar isə bu cür istəklərini partidə etdiklərinə görə daha sonra daha rahat reallaşdırırlar. Oyunu davam edirlər. Uşaqlarda heç bir baryer olmadığından yəni kontrol az olduğundan onlar bunu daha tez edirlər. Uşaqlar o partidə və ya elə başqa yerdə cizgi filmində gördüyü dəhşətli bir şeyi görəndə əvvəlcə qorxur, sonra sarsıntı keçirir, özünü ona baxmağa məcbur edir, hisslərinə qalib gəlir və bunu qəbul edir. Demək, bu eybərcərliyi qəbul etdiyi üçün o bunun üçün artıq adi haldır. Özü də dünən qorxduğu vampirin obrazına girə bilər, adi bir şey kimi başqasını qorxuda bilər. Deməli, bu uşaqlar rəhmsizləşirlər.
 
 
 
 Psixoloq Murad İsayev
 
Biz mütləq bu bayramın köklərini araşdırıb daha sonra bunu özümüzə şamil etməliyik. Bu bayram bütünlüklə bizim bayram təssəvvürlərimizə yaddır. Bayramdakı obrazları görən böyüklər onlardan qorxur, o ki, qaldı uşaqlar. Hellouinə ingilislərin, amerikanların uşaqları daha rahat öyrəşə bilərlər. Bizim mental dəyərlərimiz fərqlidir. Bizim uşaqlarını bunu mənimsəməsi eyni cür ola bilməz. Axı, maraqlıdır bir uşağa zamanından öncə, lazımsız bir formada ölü obrazı ilə qarşılaşmaq nə verə bilər? Bir bayramın ki, kökündə ölüm dursun. Ölüm isə həmişə qorxudur, istənməyən bir şeydir. Ağrı, acı deməkdir. Amma bu bayram sayəsində uşaq ölümə yaxın, dünyadan uzaq olur. Dünya ilə olan bağ qırılır. Bu bayramda yaradılmış ab-havanı uşaq istənilən an aktivləşdirə bilər. Uşaqlar kəsik baş maskaları ilə, cadügər maskaları ilə bəzənməklə, bir-birilərini qoxutmaqla sadizmə və mazaxizmə meyilli ola bilirlər. Bu gün birini qorxutmaqdan gülən, zövq alan uşaqlar sabah kiməsə işgəncə verməkdən zövq ala bilərlər. Mən bir psixoloq kimi bu bayramın qəti şəkildə əleyhinəyəm. Qorxudan uşaq bu işdən zövq alır bunu vərdişə çevirə bilər. Qorxan uşaq isə mənən həm əzilir, həm də qorxudan həyəcan keçiri. Hər an partidəki başqa bir obraz tərəfindən qorxudulacağının səksəkəsində qalır. Analar uşaqlarını bu bayramdan uzaq etmək üçün onu uşaqlara qadağan etməklə yox, nəyə görə pis olduğunu izah etməlidirlər. 
 
 
 
 Psixoloq Afaq Əmirli
 
Bu bayrama münasibətim birmənali şəkildə mənfidir. Çünki insan məhz kiçik yaşlarından nəyin yaxşı, nəyin pis olduğunu anlamağa başlayır. Odur ki, uşaqlara əgər biz mehriban olmağı, gülərüz olmağı, bir-birini sevməyi öyrədiriksə, o cümlədən bayramlarımız da uşaqlara yalnız yaxşılığı aşılamalıdır. Bu dırnaqarası bayram uşaqlara nəyi öyrədir? Bir-birini qorxutmağı, mənfi qüvvələrin bayramını qeyd etmeyi, qapı-qapı gəzib şirniyyat yığmağı. Sonucda məqsəd nədir? Bizim özümüzün gözəl bayramlarımız var. Götürək elə Novruz bayramını. Novruz bizə əksinə, bərəkətimizi, sevincimizi paylaşmağı öyrədir. Və yaxud Qurban bayramı da həmçinin bizə paylaşmağı öyrədir. Odur ki, xalqımızın bu cür gözəl bayramları olan yerdə, bizim ruhumuza, əxlaqımıza tamamilə yad olan Hellouin tip bayramların qeyd olunmasının tam əleyhinəyəm.
 
Səma Abiyeva_analar.az
 
 
 
 
 
 
 
 
Bütün məqalələr
heart
Baş redaktor
SƏMA
ABİYEVA

Analıq Akademiyamıza xoş buyurdunuz! Saytımızda qonaqsınızsa, demək, siz ana olmağın, qadınlığın əsrarəngiz gözəlliklərini kəşf etməyə hazırsınız. Bizimlə tanışlıqdan məmnun olacaqsınız. Saytımızda səyahət etdikcə yerli veb məkanda indiyədək edilməmiş bir çox yeniliklərin istifadəçilərinə çevriləcəksiniz. Mövzuları daha ətraflı izah etmək üçün veb məkanda ilk dəfə olaraq saytın VİDEO KANALI yaradılıb. Kanalımıza abunəlik ödənişsizdir!

 

 

MÜTƏXƏSSİSLƏR
  • Günay Rəsulova
    pediatr
    Sual ver
    Mirzəliyeva Zümrüd
    Həkim-kosmetoloq
    Sual ver
    Kərimova Xəyalə
    loqoped-defektoloq
    Sual ver
  • Dürdanə Kərimova
    həkim-ginekoloq
    Sual ver
    Rəna Cəfərova
    pedaqoq
    Sual ver
    Tahibə Quliyeva
    Uşaq psixoloqu
    Sual ver
  • Nuriyyə Quliyeva
    Yeniyetmə psixoloqu
    Sual ver
KÖRPƏLƏR ÜÇÜN AUDİO NAĞILLAR
YOUTUBE
AD
BANKI
Həkim:
Ad
Vəzifəsi:
Vəzifə
Adınız:
Emailiniz:
Sualınız:
Göndər