analar-az
BALACALAR ÜÇÜN KİFTƏLİ ŞORBA

Lazım olacaq:

Toyuq  ayaqları 2 ədəd (dırnaqdan təmizlənmiş)

kök 2  ədəd

baş soğan 1 ədəd 

kartof 1 ədəd

toyuq filesi- 200-400 qr.

kərə yağı 2 x.q. 

Manna yarması 1,5 x.q. 

şüyüd, göy soğan

duz

 

Hazırlanması:

Dırnaqları kəsilmiş toyuq ayaqları yarım soğan və köklə birlikdə bulyon olanana qədər vam odda bişirilir.

Həmin müddətdə toyuq filesi soğanla farş edilir, duzlanır, ona əridilmiş kərə yağı qatılır. Daha sonra farşa 1,5 x.q. manna yarması əlavə edilərərk qarışdırılır. Balaca (2sm) ölçülü kiftələr hazırlanıb soyuducuya qoyulur. Ardınca bulyondan kök və soğan çıxarılır və kartof soyulub, kub formalı doğranır, soğanın qalan yarısı xırdalanır, kök isə rəndələnir. Bundan sonra kiftələr asta hərəkətlə qaynayan bulyona salınır. Bulyon farşa nisbətən duzlu farş isə az duzlu olmalıdır. Yəni duzlu suda kiftələr az dağılır. Ardınca şorbaya kartof, soğan, kök əlavə olunur. Kartof və ət bişdikdən sonra şorbaya şüyüd və göy soğan əlavə olunur. 

Səma Abiyeva_analar.az

 
Bütün məqalələr
heart
Baş redaktor
SƏMA
ABİYEVA

Analıq Akademiyamıza xoş buyurdunuz! Saytımızda qonaqsınızsa, demək, siz ana olmağın, qadınlığın əsrarəngiz gözəlliklərini kəşf etməyə hazırsınız. Bizimlə tanışlıqdan məmnun olacaqsınız. Saytımızda səyahət etdikcə yerli veb məkanda indiyədək edilməmiş bir çox yeniliklərin istifadəçilərinə çevriləcəksiniz. Mövzuları daha ətraflı izah etmək üçün veb məkanda ilk dəfə olaraq saytın VİDEO KANALI yaradılıb. Kanalımıza abunəlik ödənişsizdir!

 

 

MÜTƏXƏSSİSLƏR
  • Günay Rəsulova
    pediatr
    Sual ver
    Mirzəliyeva Zümrüd
    Həkim-kosmetoloq
    Sual ver
    Kərimova Xəyalə
    loqoped-defektoloq
    Sual ver
  • Dürdanə Kərimova
    həkim-ginekoloq
    Sual ver
    Rəna Cəfərova
    pedaqoq
    Sual ver
    Tahibə Quliyeva
    Uşaq psixoloqu
    Sual ver
  • Nuriyyə Quliyeva
    Yeniyetmə psixoloqu
    Sual ver
KÖRPƏLƏR ÜÇÜN AUDİO NAĞILLAR
YOUTUBE
AD
BANKI
Həkim:
Ad
Vəzifəsi:
Vəzifə
Adınız:
Emailiniz:
Sualınız:
Göndər